Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə4/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   176

 

12 


cür  adamların  hakim  təbəqədən  seçilməsi  və  tərbiyə  olunması  nə-

zərdə  tutulurdu.  Ardıcıl  təlim-tərbiyə  təcrübəsinin  əsasını  yarış 

prinsipi (aqonistika) təşkil edirdi. Uşaqlar, yeniyetmələr və gənclər 

həmişə  gimnastikada, rəqsdə, musiqidə  yarışır, öz bilik,  bacarıq və 

vərdişlərini kütlə qarşısında nümayiş etdirirdilər. 

Afinada uşaqlar 7 yaşa qədər ailədə tərbiyə alırdılar. Bundan 

sonra oğlan uşaqları məktəbə gedir, qızlar isə ailədə tərbiyə almaqla 

ev işlərinə alışdırılırdı. Varlı ailələrdən olan oğlanlara xüsusi peda-

qoq nəzarət edirdi. 

Tərbiyəçi  pedaqoqlar  təsərrüfatda  işləyə  bilməyən,  fiziki  cə-

hətdən zəif, quldarlar üçün faydasız hesab olunan qullardan olurdu. 

Tərbiyəçi  müsbət  keyfiyyətlərin  daşıyıcısı  olmadığından  çox  vaxt 

onun  tabeliyində  olan  uşaqlar  da  həmin  keyfiyyətləri  mənimsəyir-

dilər. 


Afinada  uşaqlar  7  yaşdan  13-14  yaşa  qədər  qrammatika  və 

kifara  (musiqi)  məktəblərində  təhsil  alırdılar  ki,  həmin  məktəblər 

xüsusi adamlar tərəfindən açılırdı. Bu məktəblərdə təhsil pullu olur- 

du.  Aşağı  təbəqənin  uşaqları  orada  az  hallarda  oxuya  bilərdilər. 

Uşaqları didaskal-müəllim oxudurdu. 

Kifara məktəbində uşaqlara musiqi, nəğmə, bədii qiraət öyrə-

dilirdi.  Bununla  da  uşaqlara  ədəbi  və  musiqi  təhsili  verilirdi.  Mək-

təb  proqramının  alfa  və  omeqası  Homerin  poemalarının  öyrə-  dil-

məsindən ibarət idi. Bununla bağlı, qədim yunan mütəfəkkiri Plato-

nun fikrincə,“Elladanı Homer tərbiyə etdi”. 

Homerin  “İliada” və Odisseya”  poemaları  yalnız savad və 

musiqi  təlimində  didaktik  material  olmayıb,  həm  də  yeniyetmələri 

həyati  münasibətlərlə  tanış  edir,  onları  əxlaq  ənənələrinə  daha  da 

yaxınlaşdırırdı. 

Musiqi məktəblərində təlim sinkretik xarakter daşıyırdı. Yəni 

Homerin  poemalarının  hekzamentləri  musiqinin  müşayiəti  ilə  uza-

da-uzada  söylənilirdi.  Oğlanlar  13-14  yaşlarında  palestra  adlanan 

məktəblərdə  oxumağa  davam  edir,  fiziki  təmrinlərlə  ciddi  məşğul 

olurdular.  Orada  onlara  beş  bacarıq-qaçmaq,  hoppanmaq,  güləş-

mək,  ox  atmaq,  üzmək  öyrədilirdi.  Bütün  bunlar  gələcək  döyüşçü 

üçün vacib şərtlər idi. 

“İdeal  vətəndaşlıq  məktəbini”-  kifara  (musiqi)  va  palestranı 

(gimnastika)  bitirənlər  üçün  təhsilin  növbəti  pilləsi-gimnasi  (son-



 

13 


ralar gimnaziya) hesab olunurdu. Afinada qadın təhsili və tərbiyəsi-

nin  məzmunu  və  vəzifələri  olduqca  sadə  idi.  Afina  tərbiyə  siste-

mində  qızların  ailə  qurana  qədər  evdə  tərbiyə  alması  nəzərdə 

tutulurdu.  Onlar  ailədə  sadə  oxu  və  yazı  vərdişlərinə  yiyələnir, 

musiqi təlimi keçirdilər. 

Qızlar  adamlar  arasında  çox  nadir  hallarda,  məsələn,  dini 

mərasinlərdə  görünərdilər.  Onlar  yalnız  ev  işləri  ilə  məşğul  olur- 

dular. Spartada olduğu kimi, Afinada da qullar  “danışan alət” ad- 

landırılırdı.  Afina  ilə  Sparta  təhsil  sisteminin  arasındakı  bir  fərq 

odur ki, spartada tərbiyə müəssisələri dövlətin əlində olduğu halda, 

Afinada qrammatika, kifara və palestra məktəbləri xüsusi adamların 

ixtiyarında idi. Spartada tərbiyə daha çox hərbi-fiziki xarakter daşı-

dığı  halda,  Afinada  isə  əksinə,  zehni  və  estetik  tərbiyəyə  üstünlük 

verilirdi.  Afina  məktəblərində  özünütəkmilləşdirmə  amillərinə  üs-

tünlük verilirdi. Afina təhsil sistemi hərtərəfli şəxsiyyət kimi fiziki 

cəhətdən sağlam, zahiri və daxili gözəlliyi özündə birləşdirən adam-

lar  yetişdirməyi  bir  vəzifə  kimi  qarşıya  qoymuşdu.  Bu  vəzifənin 

yerinə yetirilməsində Afina dramı mühüm rol oynamışdır. 

Afina  dramları  şəxsiyyətin  intellektual  və  mənəvi  inkişafına 

müsbət  təsir  göstərmişdir.  Dramlarda  dövrün  əsas  idealı-quldarlıq 

dövrünün azad vətəndaşı, polisin siyasəti və etikasının müdafiəçisi, 

onun  mənəvi  sərvətlərinin  daşıyıcısı  obrazı  öz  əksini  tapmışdır. 

Dramlardakı  qəhrəmanlar  öz  vətənləri  yolunda  canından  keçməyə 

hazır  olan  vətənpərvərlərdir.  Bu  da  Afina  təhsil  sisteminin  müsbət 

məziyyətlərindəndir. 

 

Tapşırıqlar 



 

Aşağıdakıların hər biri üzrə elmi şərh verməyə çalışın: 

1.

 



İbtidai icma quruluşunda tərbiyə. 

2.

 



Quldarlıq dövründə tərbiyə. 

3.

 



Sparta tərbiyə sistemi. 

4.

 



Sparta tərbiyə sistemində yaş bölgüsü. 

5.

 



Afina tərbiyə sistemi və bu sistemdə yaş dərəcələri. 

6.

 



Sokrat,  Platon  və  Aristotel  şəxsiyyətin  inkişafı  və  tərbiyəsi 

haqqında 

 



 

14 


 

Ədəbiyyat 

 

1. Qasımova L.N., Rəhimova R.M. Pedaqogika (dərs vəsaiti). Bakı: 

Bakı Universiteti, 2003. 

2. Rüstəmov F.A. Pedaqogika tarixi . Bakı: Nurlan, 2010. 

3. Rüstəmov F.A. Şərqdə pedaqogika tarixi. Bakı: Nurlan, 2002. 

4. Rüstəmov F.A. Pedaqogika tarixi. Bakı: Nurlan, 2010. 

5. Hüseynzadə R.L. Qədim və orta əsrlərdə Azərbayсanda tərbiyə, 

təhsil və pedaqoji fikir. Bakı: Nurlar, 2007. 

6. Məmmədov T. M. Azərbaycan psixoloji fikir tarixində şəxsiyyət 

problemi. Bakı: Mütərcim, 2011. 



7.  Məmmədov  K.A.  Şərq  pedaqoji  fikir  tarixindən  (tədris  vəsaiti). 

Bakı: Mütərcim, 2011. 

8. Əlibəyzadə E.M. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi 

(İslamaqədərki dövr). Bakı: Gənclik, 1998. 

9. Seyidov Ə. Pedaqogika tarixi. Bakı: Maarif, 1968. 

10. Seyidov F.Ə. Soy kökümüzdən gələn pedaqoji fikir. Bakı, 2004. 

 

 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə