AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTU
Firədun Nadir oğlu İbrahimov
Rüfət Lətif oğlu Hüseynzadə
PEDAQOGİKA
Dərslik
II cild
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.12.2011- ci il tarixli,
2062 №-li əmri ilə təsdiq edilmişdir.
Bakı 2012
2
“Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram!”
Heydər Əliyev
Kitab Ulu Öndərimiz Heydər Əliyevin - “Mənim ən sevimli
müəllimim!” – nidası ilə əzizlədiyi görkəmli pedaqoq, ədəbiyyatşünas
alim, ”İstiqlal” ordenli, Əməkdar müəllim Lətif Hüseynzadənin əziz
xatirəsinə ithaf olunur.
Elmi redaktor:
Ə.Ə.Ağayev
Pedaqogika üzrə elmlər doktoru, professor
Rəyçilər:
Akif Abbasov
Pedaqogika üzrə elmlər doktoru, professor
Ləzifə Qasımova
Pedaqogika üzrə elmlər doktoru, professor
Ağahüseyn Həsənov
Pedaqogika üzrə elmlər doktoru, professor
Mircəfər Həsənov
Pedaqogika üzrə fəlsəfə doktoru, professor.
Məmmədəli Ağayev
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Firədun İbrahimov, Rüfət Hüseynzadə. PEDAQOGİKA: 2
cilddə. II cild. – Bakı: Mütərcim, 2012, s.
Dərslikdə təhsilin Bolonya prosesi, kredit sistemi, yeni pedaqoji tex-
nologiyalar, innovasiyalar, fəal və interaktiv təlim metodları, pedaqoji proseslərə
yanaşmada yeni pedaqoji təfəkkür ümumiləşmiş şəkildə şərh olunur, müasir
pedaqoji elmin və son pedaqoji təcrübələrin nailiyyətləri əsasında pedaqogikanın
nəzəri və praktiki məsələləri geniş planda təqdim olunur.
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edil-
miş “Pedaqogika” proqramı əsasında hazırlanmış və Bolonya prosesi, kredit sis-
temi üzrə ali pedaqoji məktəblərin bakalavr pilləsi üçün nəzərdə tutulmuşdur.
İ
026
4702060000
хх-11
© F.N.İbrahimov, R.L.Hüseynzadə. 2012
4
I fəsil
TƏRBİYƏ, ONUN MEYDANA GƏLMƏSİ
VƏ İNKİŞAF DÖVRLƏRİ
Əhatə olunan məsələlər:
1.1. Tərbiyə.
1.2. İbtidai icma quruluşunda tərbiyə.
1.3. Antik yunan fəlsəfəsində tərbiyə.
1.3.1. Sparta tərbiyə sistemi.
1.3.2. Afina tərbiyə sistemi.
5
1.1. Tərbiyə
“Tərbiyə” sözü ərəbcə “əl-tərbiyə” sözünün “rəbb” kökün-
dən əmələ gəlib. O, üç mənanı ifadə edir: “Rəba”-doğru yol göstər-
mək; “Rəbi”- bəsləmək, yetişdirmək, böyütmək, tamamlamaq; “ri-
ba”-çoxaltmaq.
“Rəbb” Allahın 99 adından biri olub. “Quranda”da Allah sö-
zündən sonra ən çox (935) işlənən sözdür. Mənası “tərbiyə edən”,
“nemət verən”, “maddi və mənəvi kamilliyə doğru yönəldən”, “ər-
səyə çatdırma” deməkdir.
“Mürəbbi” sözü də
“rəbb” kəlməsindən
əmələ gəlmişdir.
“Ərsəyə çatdırma” dedikdə, uşağın sərbəst yaşamaq, öz taleyi
haqqında düşünməyi bacarmaq və davranışını sərbəst olaraq qaydaya
salmaq, dünyaya münasibətdə müstəqil dərketmə qabiliyyətinə yiyə-
lənmək səviyyəsinə çatdırmaq mənası başa düşülür.
Şəxsiyyətin təşəkkül tapıb formalaşmasında digər amillərlə
yanaşı, tərbiyə prosesinin müstəsna dərəcədə böyük rolu vardır.
Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə) buyururdu ki, “tərbiyə
valideynin öz övladına verdiyi ən böyük hədiyyədir”.
Hər bir şəxs-istər uşaq, cavan, istərsə də yaşlı olsun daim
tərbiyəyə möhtacdır. Hələ vaxtilə ingilis filosofu Con Lokk göstə-
rirdi ki, insanlar arasında fərqləri məhz tərbiyə yaradır.
Tərbiyənin əsas qayəsi geniş, mütərəqqi dünyagörüşlü, xeyir-
xah, mədəni, humanist insanlar yetişdirməkdir.
Pedaqoji anlayış kimi tərbiyənin məzmununun üç əlaməti gös-
tərilir: birinci, məqsədyönlülük; ikinci, bəşəriyyətin tarixi inkişafı-
nın nailiyyətləri olan sosial-mədəni dəyərlərə müvafiqlik; üçüncü,
təşkil olunan tərbiyəvi təsir sisteminin mövcudluğu.
“Tərbiyə işi insan cəmiyyətinin yarandığı ilk dövrlərdən
meydana gəlmiş, şəхsiyyətin fоrmalaşması, inkişafı, davranışı
prоsesidir”.
“Tərbiyə yaşlı nəslin əldə etdiyi bilik, bacarıq və təcrübə-
nin məqsədyönlü, planlı, mütəşəkkil şəkildə gənc nəslə aşılan-
masıdır”