Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə166/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   162   163   164   165   166   167   168   169   ...   176

 

512 


 

İZАHLI ТЕRMİNLƏR LÜĞƏТİ 

 

 



Abstraksiya  –  təfəkkür  prosesində  cisim  və  hadisələrdəki  mühüm  cə-

hətləri, keyfiyyət və əlamətləri ümumiləşdirərkən bunları fikrən 

başqa cəhət və əlamətlərdən ayırır və onlar haqqında düşünürük. 

Bu, abstraksiyadır. Abstraksiya ümumiləşdirmə ilə vəhdətdədir. 

Cisimlərin  fərqli  cəhətlərindən  fikrən  ayrılmadan  onların  oxşar 

cəhətlərini  ümumiləşdirə  bilmərik.  Abstraksiyasız  elmi  bilik-

lərin əldə edilməsi, ümumiyyətlə, məntiqi təfəkkür olmazdı.  

Adekvat  –  hərfi  mənası  həmin  şərait  üçün  müvafiq,  münasib  olan 

deməkdir.  



Adyunktura  –  hərbi  təhsil  müəssisələrində  doktoranturaya  bərabər  tutu-

lan yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması forma-

sıdır. 

Ağıl –   insanın hiss və iradədən fərqli olaraq, idrak imkanlarının ümumi 

xarakteristikasıdır.  Nisbətən  dar  mənada  insanın  fikri  qabiliy-

yətlərinin fərdi-psixoloji xarakteristikası kimi mənalandırılır.  

Akademiya – müəyyən sahə üzrə ali və əlavə təhsil proqramlarını həyata 

keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil 

müəssisəsidir. 

Akkreditasiya  –  təhsil  müəssisəsinin  fəaliyyətinin  dövlət  təhsil  stan-

dartlarına  uyğunluğunun  və  onun  statusunun  müəyyənləşdirilib 

təsdiq edilməsi prosedurudur. 

Ali  psixi  funksiyalar  –  insanda  cəmiyyət,  təlim  və  tərbiyənin  təsiri 

nəticəsində  əmələ  gələn  mürəkkəb  sistemli  psixi  proseslərdir. 

Mənşəyinə görə onlar sosial proseslərdir. Müasir psixologiyanın 

mürəkkəb  anlayışlarından  biridir.  Bu  anla–yış  L.S.Vıqotski 

məktəbində  formalaşmış,  ilk  növbədə  A.R.Luriyanın  axtarışla-

rında inkişaf etdirilmişdir.  



Analiz – (yunanca analysis efti – tərkib hissələrinə ayırma) – bütövün və 

ya tamın tərkib hissələrinə parçalanması prosesidir. Analiz orqa-

nizmin  mühitlə  qarşılıqlı  təsir  prosesində  özünü  göstərən  bütün 

idraki və praktik aktlara daxildir. İnsanda praktik fəaliyyət nəti-

cəsində  anlayışlarla  əməliyyat  aparmaq  səviyyəsində  analiz  et-

mək  qabiliyyəti  inkişaf  etmişdir.  Analiz  sintezlə  sıx  surətdə 

bağlıdır.  



 

513 


Attestasiya – hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təh-

sildə  nailiyyətlərinin  və  təhsilverənlərin  fəaliyyətinin  qiy-

mətləndirilməsi prosedurudur. 

Bakalavr  –  bakalavriatı  bitirmiş  şəxslərə  verilən  ali  peşə-ixtisas  dərəcə-

sidir. 


Bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını 

həyata keçirən ali təhsilin birinci səviyyəsidir. 



Bacarıq  –  subyektdə  mövcud  olan  bilik  və  vərdişlərlə  fəaliyyətin  məq-

sədəuyğun  şəkildə  tənzim  edilməsi  üçün  zəruri  olan  mürəkkəb 

psixi və praktik işlər sisteminə yiyələnmədir. Məsələnin şərtləri-

nə  və  qarşıda  duran  məqsədə  müvafiq  olan  yolları  və  əməliy-

yatları  düzgün  seçmək  və  onlara  nəzarət  etmək  üçün  məlumat-

lardan istifadə qaydalarını mənimsəmək prosesinin son məhsulu 

bacarıqdır. 

Bençmak – icranın səviyyəsini dəqiq müəyyənləşdirmək üçün standartdır. 

Dülgər  müəyyən  hissənin  hansı  uzunluqda  olmasını  ölçmək 

üçün  nişanlardan istifadə  etdiyi  kimi,  müəllimlər  də  şagirdlərin 

işinin  səviyyəsini  müəyyən  etmək  üçün  bençmaklardan  istifadə 

edirlər.  Bir  sıra  məktəblər  öyrətmənin  xüsusi  bir  mərhələsində 

şagirdlərin nəyi bilməli və ya nəyi etməli olduqlarını müəyyən-

ləşdirmək üçün bençmaklar hazırlayırlar. 

Bilik  –      bu  və  ya  digər  ideal  və  praktik  fəaliyyət  növünün  müvəffəqiy-

yətlə təşkil edilməsi üçün aləmin zəruri mühüm xassələri barədə 

məlumatın  mənimsənilməsi  prosesinin  məhsuludur.  Məktəbdə 

bilik-təhsilin  məzmununu  təşkil  edən  başlıca  komponentlərdən 

biridir.  O,  təlim  prosesinin  nəticəsi  kimi  meydana  gəlir.  Təlim 

zamanı  şagirdlər  elmi  bilikləri  mənimsəyir.  Elmi  bilik  deyəndə 

təbiət, cəmiyyət və təfəkkürə aid şübhə doğurmayan, isbat olun-

muş faktlar, anlayışlar, qanunlar, qaydalar, nəzəriyyələr, teorem-

lər,  ümumiləşmələr  və  s.  nəzərdə  tutulur.  Biliyin  dörd  başlıca 

məziyyəti-dolğunluğu, 

sistemliyi,  anlaşıqlığı,  istifadəliliyi 

vardır.  



Birləşmiş  öyrənmə  sistemləri  –  hər  bir  şagird  üçün  interaktiv  təlimi 

təmin  edən  və  hər  şagirdin  inkişafı  haqqında  məlumatı  təsdiq 

edən  komputer  əsaslı  sistemlər  kimi  anlaşılmalıdır.  Mürəkkəb 

sistemlər  təlim  mərhələlərinə,  şagirdlərin  müvəffəqiyyət  səviy-

yələrinə  uyğunlaşdırılır,  zəif  şagirdlərə  əlavə  kömək  edir,  qüv-

vətli şagirdlərə isə daha yüksək təlim nəticələri göstərməyə im-

kan yaradır. 



 

514 


Blum  taksonomiyası  –  Çikaqo  Universitetində  Bencamin  Blumun 

rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən 1950-ci ildə hazır-

lanmış təhsil məqsədlərinin təsnifatıdır. Ümumiyyətlə, qavrama-

ya  malik  olmaq  üçün  bilik  və  qavramadan  (ən  aşağı)  sintez  və 

qiymətləndirməyə  (ən  yüksək)  doğru  aparan,  istiqamətləndirən 

idraki məqsədləri əhatə edir. Blumun taksonomiyası müəllimlər 

tərəfindən  təlim  məqsədlərini  müəyyənləşdirmək  üçün  geniş 

şəkildə istifadə edilir. 



Çoxfənli  kurikulum  –  birdən  artıq  fənn,  yaxud  bir  neçə  fənnə  aid 

mövzuları əhatə edən kurikulumdur. İnsanlar bu və onunla əla-

qəli  olan  digər  terminləri  müxtəlif  cür  işlədirlər,  ümumiyyətlə, 

çoxfənli  kurikuluma  əsasən  eyni  mövzu  (məsələn,  harmoniya) 

bir deyil, bir neçə fənn (məsələn, musiqi, tarix, ədəbiyyat, fizika) 

baxımından  öyrədilir.  Məsələn,  uşaqlar  hava  mövzusunu 

müxtəlif fənlərdən istifadə etməklə öyrənə bilərlər. Onlar hava-

nın  təzyiqini  ölçdükdə  fizikanı  öyrənir,  hava  proqnozunun 

tarixini öyrənir, hava mövzusunda oxuyur və şeir yazırlar. 

Çoxşaxəli  əqli  qabiliyyətlər  –  Əqli  qabiliyyətlər  nəzəriyyəsi  Harvard 

Universitetinin  təhsil  professoru  H.Qardner  tərəfindən  yara-

dılmışdır.  H.Qardner  əqli  qabiliyyətləri  “bir  və  ya  bir  neçə 

mədəni  mühitdə  qiymətləndirilən  problem  həlli  və  ya  məhsul 

hazırlanması  qabiliyyəti”  kimi  geniş  şəkildə  şərh  etmişdir. 

Əvvəlcə o, çoxşaxəli qabiliyyətlərin (ÇQ) içərisindən 7 qabiliy-

yət  müəyyən  etmişdir:  Linqvistik,  məntiqi-riyazi,  musiqi,  mə-

kan,  kinestetik,  şəxsiyyətlərarası,  şəxsiyyətdaxili.  Sonralar 

H.Qardner  təbii,  mənəvi,  eqzistensial  da  daxil  edilməklə  başqa 

qabiliyyətlərin də mövcud olduğunu bildirmişdir. Hər bir kəsdə 

bütün  əqli  qabiliyyətlər  olsa  da,  onlar  müxtəlif  dərəcədədirlər. 

Çoxşaxəli qabiliyyətlər yanaşmasından istifadə edən müəllimlər 

fənni  şagirdlərə  bir  neçə  qabiliyyətlərdən  istifadə  etməklə, 

öyrənməyə  imkan  verən  yollarla  təqdim  etməyə  çalışırlar. 

Konstruktivizmlə  müqayisədə  fərqli  öyrənmə  nəzəriyyəsi  hesab 

edilsə  də,  həqiqətdə  müəllimlər  və  məktəblər  öyrənmə  məq-

sədlərinə  və  təhsil  standartlarına  cavab  vermək  üçün  konstruk-

tivizm  ilə  çoxşaxəli  qabiliyyətlər  ideyalarını  qarşılıqlı  əlaqədə 

səmərəli yollarla həyata keçirirlər. 

Davranış – canlı varlıqların ətraf mühitlə qarşılıqlı əlaqəsindən ibarətdir. 

Bu  əlaqə  orqanizmin  daxili  (psixi)  və  xarici  (hərəkət)  fəallığı 

vasitəsi ilə ifadə olunur.  



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə