Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə162/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   158   159   160   161   162   163   164   165   ...   176

 

500 


lərdən  biri  təyin  edilir.  O,  tədris  işinin  kеyfiyyəti,  tədris  planı  və 

proqramının  yerinə  yetirilməsi  üçün  direktor  qarşısındа  təlim-

tərbiyə  işlərinin  yüksək  səviyyədə  təşkilinə  çаlışır.  Pedaqoji  şura 

məktəb  rəhbərinin  hesabatını  müzakirə  edir,  metodik  və  təşkilati 

məsələlərə dair fikirlər söyləyir. 

 

 

16.2. Pedaqoji şurа və оnun funksiyаlаrı 

 

Məktəbdə  idarəetmə  fəaliyyatinin  müxtəlif  formaları  vardır. 



Bunlar  аşаğıdаkılardır:  məktəb  şurası,  pedaqoji  şura,  direktoryanı 

müşavirə, direktorun müavini yanında müşavirə, operativ müşavirə, 

metod-seminarlar, kоmissiyaların iclasları, şagird komitəsinin iclası 

və s. 


Pedaqoji  şura  bir  kollektivdə  işləyən  pеşəkаr1аr  şurasıdır.  О 

bilavasitə təlim və təhsil-tərbiyə prosesinin təşkili ilə bağlı məsələləri 

həll etməli, onu təkmilləşdirmək yollarını müəyyənləşdirməlidir. 

Pedaqoji  şuranın  fəaliyyəti  ümumtəhsil  məktəbinin  nizamna-

məsi ilə müəyyən olunur. Nizamnaməyə görə pedaqoji şura 3 nəfər-

dən  artıq  müəllim  olan  bütün  ümumtəhsil  məktəblərində  yaradılır. 

Pedaqoji şura daim fəaliyyət göstərən orqandır. Pedaqoji şuraya di-

rektor (sədr), onun müavinləri, müəllimlər, tərbiyəçilər, kitabxanaçı, 

valideyn komitəsinin sədri, məktəb şurasının sədri daxildirlər. 

Pedaqoji şuranın fəaliyyətində iki sahə ozünü göstərir: 

1)

 

istehsalat-rəsmi sahə; 



2)

 

elmi pedaqoji sahə. 



Birinciyə məktəbin illik iş planının təsdiqi, rüblər üzrə məktə-

bin işinin yеkunlаrını müzakirə etmək, imtahanlara hazırlıq və onla-

rın  təşkili  planının  təsdiqi,  şagirdlərin  sinifdən-sinfə  keçirilməsi  və 

məktəbi qurtаranların buraxılışı, dərs ilinin yekunları və şagirdlərlə 

yayda  iş  daxildir.  Elmi-pedaqoji  sahəyə  yuxarı  orqanların  göstəriş-

lərinin  və  elmi-tədqiqat  işlərinin  nəticələrinin  müzakirəsi,  qabaqcıl 

təcrübənin  məktəbdə  tətbiqi,  məktəbdə  pedaqoji  prosesin  təhlili 

daxildir. 

Pedaqoji şuranın elmi-metodiki fəaliyyətinin inkişafi pedaqoji 

kollektivin peşə ixtisasının yüksək səviyyəsinə sübutdur. Belə mək-




 

501 


təbdə istehsalat məsələləri operativ həll olunur. 

Pedaqoji  şuraların  hazırlanmasını  və  keçirilməsini  dörd 

mərhələyə ayırmaq olar: 

1)

 



il ərzində keçiriləcək pedaqoji şuraların planlaşdırılması; 

2)

 



konkret pedaqoji şuranın keçirilməsinə hazırlıq; 

3)

 



pedaqoji şuranın bilavasitə keçirilməsi

4)  pedaqoji şuranın qərarlarının yerinə yetirilməsi üzrə iş. 

Adətən  tədris  ili  müddətində  beş  pedaqoji  şura  keçirilir.  Be-

şinci pedaqoji şura tədris ilinin axırında üç iclasda keçirilir: 

1)

 

imtahanlara buraxılış; 



2)

 

imtahanların gеdişi; 



3)

 

buraxılış imtahanlarının yekunları. 



Birinci pedaqoji şura avqustun axırlarında keçirilir. О məktə-

bin illik iş planının təsdiqinə, məktəb direktorunun kеçən dərs ilinin 

yekunları  haqqında  məruzəsinin  müzakirəsinə,  yeni  tədris  ilində 

qarşıda  duran  vəzifələrin  müzakirəsinə  həsr  olunur.  Sonrakı  peda-

qoji şuralar, təlim və təhsil-tərbiyənin əsas problemlərini işləyib ha-

zırlayır.  Əsas  məqsəd  nöqsanları  aradan  qaldırmaqdan  ötrü  prakti-

kaya  tətbiq  olunmaq  üçün  elmi  cəhətdən  əsaslandırılmış  tövsiyələr 

hazırlamaqdan ibarətdir. 

Adətən  məktəbin  pedaqoji  kollektivi  hər  il  üçün  hər  hansı 

elmi-praktik problemi  götürür. Götürülmüş mövzu pedaqoji şurala-

rın fəaliyyətinin istiqamətini müəyyən edir. 

Tutaq  ki,  məktəb  cari  ildə  aşagıdakı  iki  problem  üzərində 

işləmək qərarına gəlir: 

1)

 



Təlim prosesinin fəallaşdırılması; 

2)

 



Şagirdlərin əxlaq tərbiyəsi məsələləri. 

İl ərzində keçiriləcək pedaqoji şuraların gündəliyi də bu prob-

lemlərlə  bağlı  olmalıdır.  Başqa sözlə desək, bütün pedaqoji  şuralar 

tematik cəhətdən bir-biri ilə bağlı olmalıdır. Pedaqoji şuralarda əx-

laq tərbiyəsinin müxtəlif aspektləri, təlim prosesinin fəallaşdırılma-

sının müxtəlif məsələləri müzakirə üçün pedaqoji şuranın gündəliyi-

nə  çıxarılır.  Hər  bir  məsələ  üzrə  məruzəçilər  və  əlavə  məruzəçilər 

təyin olunur. 

Fənn metodik birləşmələrinin işi və müəllimlərin özünütəhsili 

də  pedaqoji  şuralarda  həll  olunan  problemlərlə  tematik  cəhətdən 

bağlı  olmalıdır  (fənlərin  xüsusiyyətlərini,  ayrı-ayrı  müəllimlərin 



 

502 


fərdi hazırlığını və maraqlarını nəzərə almaqla). 

Ümumiyyətlə pedaqoji şuranın fəaliyyaəti aşağıdakı vəzifələ-

rin həllinə yönəldilməlidir: 

1)

 



dövlət  standartlarına  cavab  verən  tədris  planlarının,  proq-

ramlarının, dərsliklərin və tədris vəsaitlərinin müzakirəsinə, qiymət-

ləndirilməsinə  və  seçilməsinə,  təlim  və  təhsil-tərbiyə  prosesinin 

forma və metodlarının tətbiqinə

2)

 

perspektiv,  illik,  cari  iş  planlarının  yerinə  yetirilməsinə, 



təlim və təhsil-tərbiyə işinin keyfiyyətini yüksəltmək üzrə məktəbin 

pedaqoji kollektivinin işinin müzakirəsinə

3)

 

müəllimlərin, tərbiyəçilərin ixtisasını yüksəltməyə, yaradı-



cı fəallığı inkişaf etdirməyə, pedaqoji kоllеktivdə innovasiya mühi-

tini formalaşdırmağa, qabaqcıl pedaqoji təcrübəni öyrənməyə, ümu-

miləşdirməyə və yaymağa, yeni peadqoji texnologiyalardan istifadə 

etməyə; 


4)

 

müəllimlərin,  şagirdlərin,  valideynlərin  rəyini  nəzərə  al-



maqla pedaqoji işçilərin attestasiyasını keçirməyə, attestasiya texno-

logiyasını təkmilləşdirmək üzrə təkliflər irəli sürməyə, təhsili idarə-

etmə  orqanları  qarşısında  müəllimlərə  kateqoriyalar,  dərəcələr  ver-

mək üzrə vəsadət qaldırmağa; 

5)

 

təcrübə  kеçməyə, ixtisasartırma  kurslarına, magistraturaya 



göndəriləcək  müəllimlərin  namizədliyini  müzakirə  və  təsdiq  etmə-

yə,  ən  yaxşı  müəllimləri  maddi  və  mənəvi  mükafatlandırmanın 

müxtəlif formalarına təqdim etməyə və s. 

Pedaqoji şuranın işini yüngülləşdirmək üçün məktəbdə direk-

tor  və  onun  müavinlərinin  yanında  müşavirələr  keçirilir.  İdarəetmə 

sistemində bu formalar da özünü doğrultmuş formalardır. 

Məktəb  şurasının  və  pedaqoji  şuranın  fəaliyyəti  bir-birini 

təkrar etməməlidir, əksinə bir-birini tamamlamalıdır. 

Təcrübə göstərir ki, məktəb şurası idarəetmədə faydalı orqana 

çevrilmişdir. Üç sektordan ibarət  olan məktəb şurası daha  effektli-

dir: 1) pedaqoji sektor; 2) valideyn sektoru; 3) şagird sektoru. 

1.

 

Pedaqoji  sektor  kadr  məsələləri  ilə  məşğul  olur  (dərs 

yükünü  bölür, sinif rəhbərlərini  təyin  edir, ayrı-ayrı  sahələrə  məsul 

şəxsləri təyin edir), müəllimlərin ixtisasını artırmaqla, onların attes-

tasiyası  ilə  məşğul  olur,  ictimai  nəzarəti  həyata  keçirir.  Pedaqoji 

sektor pedaqoji şura tərəfindən seçilir. 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə