Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə159/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   155   156   157   158   159   160   161   162   ...   176

 

490 


rilməsi  hər  bir  şаgirdin  fərdi  qаbiliyyətini,  bаcаrıq  və  istеdаdını 

əhəmiyyətli  dərəcədə  inkişаf  еtdirir,  yаrаdıcılıq  pоtеnsiаlını  аrtırır, 

еlmi dünyаgörüşünü və fəаl həyаt mövqеyini məqsədyönlü şəkildə 

fоrmаlаşdırır. 



 

 

15.3. Sinifdənxaric işlərdə dərnəklərin yeri 

 

Sinifdənxaric işlər sırasında dərnəklər geniş fəaliyyət göstərir-



lər. Dərnəklər əsasən iki cür təşkil olunur: 1)  Fənn dərnəkləri. Bu 

dərnəklər  bilavasitə  məktəbdə  tədris  olunan  fənlərlə  bağlıdır.  Bu 

dərnəklər həmin fənlərin daha dərindən mənimsənilməsinə, o sahə-

də  şagirdlərin  biliklərinin  daha  da  dərinləşdirilməsinə  xidmət  edir. 

Fənn  dərnəklərini  əsasən  fənni  tədris  edən  müəllimlər  aparırılar;     

2) marağa görə təşkil olunan dərnəklər. Belə dərnəklər uşaqların 

maraq  və  meylinə  görə  təşkil  edilir.  Bu  dərnəkləri  yuxarı  sinif 

şagirdləri və ya müəyyən mütəxəssis, maraqlı şəxs təşkil edib keçirə 

bilir. 


Fənn dərnəkləri: 

Məktəblərdə müəyyən fənlər üzrə dərnəklər təşkil edilir. Bun-

ların məqsədi şagirdlərin ayrı-ayrı fənlərə olan maraqlarını artırmaq, 

onların dərsdə mənimsədikləri bilikləri daha da zənginləşdirməkdir. 

Dərnəyi təşkil etməzdən əvvəl şagirdlərlə ciddi iş aparılır. Dərnəyə 

üzvlər cəlb olunur, onun işi, istiqaməti, planı müəyyən edilir. Bun-

dan sonra yaranmış dərnək fənn müəllimlərinin birinin rəhbərliyi al-

tında  fəaliyyətə  başlayır.  Dərnəkdə  proqramdа  olmayan,  lakin 

proqram materialının dərindən öyrənilməsinə kömək edən mövzular 

nəzərdə  tutulur. Bu zaman hər bir fənnin  özünəməxsus xüsusiyyəti 

nəzərə  alınır,  yeni  maraqlı,  interaktiv  metodlardan,  yeni  texnologi-

yalardan istifadə olunur. 



Ədəbiyyat və dil dərnəkləri. 

Şagirdlər  milli  və  dünyа  ədəbiyyatından  tanınmış  yazıçılar 

haqqında  daha  dərin  məlumatlara  yiyələnirlər.  Həmçinin  xarici  dil 

öyrənilir. Hazırda xarici dillərin öyrənilməsinə də çox diqqət verilir. 

Buna görə də məktəbdə xarici dilləri öyrənən dərnəklər təşkil edilir. 

Həmin  dərnəklərdə  şagirdlər  ingilis,  alman,  fransız,  fars  dillərini 




 

491 


öyrənməyə  çаlışırlаr.  Bu  dərnəklərlə  şagirdlər  həm  ədəbi  əsərləri, 

həm  də  dillərə  aid  kütləvi  əsərləri  öyrənməyə  diqqət  yetirirlər. 

Bunun nəticəsində onlarda milli ilə ümumbəşərinin vəhdəti anlayışı 

formalaşır. 



Fizika və riyaziyyat dərnəkləri 

Şagirdlər fizika və riyaziyyatın tarixinə aid, bu sahədə böyük 

kəşflər etmiş alimlərin həyat və fəaliyyətinə dair məlumatları öyrə-

nirlər.  Bu  zaman  onlar  dünya  fizika  və  riyaziyyat  elmlərinin  inki-

şafında  böyük  xidmətləri  olan  Əlxarəzmi,  Farabi,  İbn  Sina,  Əbül 

Vəfa, Cabir bin Həyyan, Nəsirəddin Tusi və başqalarının fikirlərini 

öyrənirlər. 

Coğrafiya dərnəyi 

Bu  dərnəyin  məqsədi  coğrafiya,  diyarşünаslıq  məsələləri  ilə 

məşğul olan şagirdləri bir kоllеktivə toplayıb onların coğrafi biliklə-

rini  zənginləşdirməkdir.  Bu  dərnəkdə  şagirdlər  məşhur  səyyahlar 

haqqında  –  Övliya  Çələbi,  Jan  Şarden,  Aleksandr  Düma,  Tur 

Heyrdal,  Hacı  Zeynalabdin  Şirvani,  Məhəmməd  Şirvani,  Əbdür-

rəşid  Bakuvi  və  başqaları  haqqında  məlumatlar  alırlar.  Coğrafiya 

dərnəyinin müxtəlif bölmələri olur və bu bölmələrdə fiziki coğrafi-

ya, qitələr və materiklər coğrafiyası, Azərbyacan abidələri və digər 

məsələlər  öyrənilir. Dərnəyin  üzvləri fotomontajlar, albomlar tərtib 

edir, məşhur səyyahların, dənizçilərin, alimlərin şəkillərini toplayır-

lar,  həyat  və  fəaliyyətlərinə  dair  məruzələr  yazırlar.  Yuxarı  sinif 

şagirdləri  elmi-tədqiqat  xarakterli  məruzələr  hazırlayır  və  rayonlar 

arası, respublika üzrə olimpiadalarda çıхış edirlər. 



Kimya dərnəyi 

Bu dərnəyin üzvləri elmi-kütləvi əsərləri oxuyur, kimya alim-

lərinin  həyat  və  fəaliyyətinə  dair  məruzə  və  referatlar  yazır,  ele-

mentlər aləminə səyahətlər adlı mövzularda gecələr təşkil edir, yüz 

beş element haqqında ətraflı məlumatlar toplayırlar. 

Məşhur  kimyagər  Cabir  Bin  Həyyan  haqqında,  Mendeleyev 

və onun cədvəli haqqında maraqlı məlumatlar toplayırlar. 

Gənc təbiətçilər dərnəyi 

Məktəblilərin  idrak  maraqlarının  inkişаfinda,  görüş  dairələri-

nin genişləndirilməsində Gənc təbiətçilər dərnəyinin rolu böyükdür. 

Bu  dərnəyin  sahəsi  geniş  olub  kənd  təsərrüfatı  sahəsində  becərilən 

bitkilərin növlərini əhatə edir. Burada şagirdlər doğma diyarın bitki 



 

492 


aləmini öyrənir və bunun nəticəsində uşаqlarda vətənpərvərlik hissi 

daha  da  güclənir.  Dərnəyin  üzvləri  tədris-təcrtibə  sahəsində 

təcrübəçilik işi aparır, müxtəlif bitkilərə qulluq edirlər. 

Ölkəşünаslıq dərnəyi 

Bu  dərnəyin  üzvləri  rayonun  təbii  ehtiyatlarını,  sənaye  və 

kənd  təsərrüfatının  tаrixini,  mədəniyyətini  və  s.  məsələləri  öy-

rənirlər. Bu zaman onlar yaşadığı kəndin tarixini, yeraltı və yerüstü 

sərvətlərini,  təbiətini  ətraflı  öyrənirlər.  Hər  bir  şаgird  ölkəşünаslıq 

işləri zamanı doğma diyarı tədqiq edir, оnun nailiyyətlərini, adət və 

ənələrini,  folklorunu  dərindən  öyrənir.  Hər  bir  kəndin,  şəhərin, 

küçənin  özünəməxsus  tarixi,  abidələri  və  görkəmli  şəxsləri  vardır 

ki, onlar haqqında şagirdlər məlumat toplayırlar . 

Neçə  illərdən  bəri  davam  edən  еrmənilərə  qarşı  müharibədə 

hər bir ev və ya qohum evi demək olar ki, şəhid və ya yaralı vermiş-

dir. Onların həyat  və  fəaliyyətini  öyrənmək,  şagirdlərdə  milli  ləya-

qət  və  milli  şüuru  formalaşdırmaq  zəruridir.  Kəndin,  şəhərin  tarixi 

Vətən  tarixinin  bir  parçasıdır.  Ölkəşünаslıq  işləri  zamanı  şagirdlər 

şifahi  xalq  ədəbiyyatı  nümunələrini  toplayır,  qəhrəmanların,  əmək 

qabaqcıllarının həyat və fəaliyyətini öyrənirlər. 

 

Marağa görə təşkil eidlən dərnəklər: 

 

Bacarıqlı əllər dərnəyi. 

Bu  dərnək  adətən  ibtidai  sinif  şagirdləri  üçün  təşkil  edilir. 

Uşаqlar həmin dərnəkdə əmək təlimi dərslərində öyrəndikləri bilik, 

bacarıq və vərdişləri daha da möhkəmləndirirlər. Hər bir şagird özü-

nün nəyə qadir olduğunu nümayiş etdirir. Belə işin icrası zamanı əl 

hərəkətlərinin incəliyi,  onun beyinlə  əlaqəsi  yaranır, ixtiracılıq,  ya-

radıcılıq inkişaf edir. İxtiraçılıq uşaqların barmaqlarının ucundadır. 

Texniki dərnəklər. 

Məktəbdə  avtomobil,  aviomodel,  foto,  radio,  elektrotexnika 

və  s.  dərnəklər  təşkil  oluna  bilir.  Həmin  dərnəklərin  üzvləri  mək-

təbin  fizika,  kimya,  biologiya  laboratoriyaları  üçün  əyani  vəsaitlər 

də  hazırlayırlaya  bilirlər.  Bu  dərnəklərdə  şagirdlər  müəyyən  ixti-

raçılıq  sahəsində  elmi  nаiliyyətlərdən  necə  istifadə  olunması  və  s. 

məsələlərlə tanış olurlar. 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə