Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə156/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   152   153   154   155   156   157   158   159   ...   176

 

481 


Disputların mövzu və dairəsi çох əhatəlidir. Mütəşəkkil şəkil-

də  təşkil  olunan  disputlar  şagirdlərdə  əxlaqi  keyfiyyətlərin  forma-

laşmasına şərait yaradır. 

Disputu aşağıdakı plan üzrə keçirmək müsbət nəticə vеrər. 

• Disputun mövzusunu müəyyən etmək

• Disputa aid ədəbiyyatı qeyd etmək, sualları tərtib etmək; 

• Şagirdləri disputa hazırlamaq; 

Disputun keçirilməsi

•  Disputla  əlaqədar  şagirdlərin  əməli  işlərdə  iştirakını  təmin 

etmək. 


Disputlar  şagirdləri  düşündürməklə,  fəallaşdırmaqla  bərabər, 

həm  də  onları  ölkəmizin  tarixi  ilə  tanış  edir,  vətən  uğrunda  müba-

rizəyə ruhlandırır, müxtəlif fakt və hadisələri təhlil etməyə, mübahi-

sələr aparmağa sövq edir. Burada şagirdlər müxtəlif əxlaqi kateqori-

yalar haqqında öz fikirlərini sərbəst deməyə çalışırlar. Disputlar yu-

xarı sinif şagirdlərində maraq yaradır, ətrafda baş verən hadisələrin 

gerçəkliiyini dərk etməyə, əxlaq normalarını mənimsəməyə, mənəvi 

ideyalara yiyələnməyə imkan verir. 

Disput özünün məqsədi, məzmunu, ideya istiqaməti cəhə- tin-

dən  təlim  prosesinin  davamıdır.Disputlar  yanlış  əxlaqi  təəsəv-  vür-

lərlə düzgün əxlaqi təsəvvürləri qarşılaşdırmağa və müxtəlif əx- laqi 

görüşlərin bir-biri ilə müqayisəsi əsasında, onların hansının olub ol-

madığını müəyyən etməəyə imkan verir. 

Disput şifahi təbliğatın asan va maraqlı formasıdır. Burada ilk 

addım  mövzunun  seçilməsidir.  Disputun  mövzusu  bu  günün  tə- 

ləblərinə  cavab  verməli,  ziddiyyətli  fikirlər  yaradan  problemi  həll 

etməlidir.  Disputun  əsas  məqsədi  tərbiyə  prosesini  mənəvi  keyfiy- 

yətlərə yönəltməkdən ibarətdir. 

Disput  şagirdlərin  doğma  vətəninin  tarixini,  ayrı-ayrı  gör- 

kəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənməyə, məruzələr ha-

zırlamağa  həvəsini  artırır,  respublikada  və  dünyada  baş  verən  icti-

mai-siyasi hadisələrə maraqlarını gücləndirir. Şagirdlər gördük- ləri, 

müşahidə etdikləri bu və ya digər hadisələri müzakirə etməyə, onla-

ra  öz  münasibətlərini  bildirməyə,  düzgün  mühakimə  yürüt-  məyə 

can atırlar. 

Onlar  elm,  texnika,  incəsənət  yenilikləri  ilə  tanış  olur,  ölkə- 

mizdə  baş  verən  hadisələrin  mahiyyətini,  məzmununu  dərk  edir, 



 

482 


onlarda iqtisadi və  hüquqi  təfəkkür inkişaf  edir,  milli  şüur və  milli 

ləyaqət, milli iftixar hissi güclənir. 

Məktəblərdə  təşkil  edilən  müxtəlif  məzmunlu  disputlar  şa-

girdlərin  elmi  dünyagörüşünün  zənginləşməsinə,  mənəvi  keyfiy- 

yətlərinin formalaşması və təkmilləşməsinə böyük şərait yaradır. 

Disputda  yuxarı  sinif  şagirdləri  əxlaqi  təsəvvürlər,  anlayış- 

lar, mühakimələr və əqli nəticələrlə qarşılaşır, onları öz hərəkət və 

davranışlarında  göstərməyə  çalışırlar.  Məktəbli,  adətən,  öz  hərəkət 

və  davranışından  daha  çox  başqasının  hərəkətini,  davranışını  və  s. 

münasibətləri qiymətləndirir. 

Disputlarda  gənclərin  mənəvi  tərbiyəvi  geniş  yer  tutmalıdır. 

Burada  başlıca  vəzifə  gənclərdə  mənəvi  əqidə  formalaşdırmaqdır. 

Bunun üçün disputlarda həyatdan müsbət nümunələr, nəsihətlər gə-

tirmək  və  yaxud  onu  incəsənət,  əxlaq  mövzusunda  keçirmək  va-

ibdir. 

Disputların mütəşəkkil, sistemli, müntəzəm təşkili və keçiril-



əsi cansıxıcı və formalizmi aradan qaldırır. Disput şagirdlərdə doğ- 

ma  yurdun  tarixini  öyrənmək  həvəsini  artırır,  ictimai  hadisələrə 

marağı gücləndirir, onların əxlaqına, dünyagörüşünə, siyasi biliyinə 

güclü təsir göstərir. Burada şagirdlərin fərdi xüsusiyyətləri, qabiliy- 

yət və yaradıcılıq meylləri daha da inkişaf etdirilir. 

Şagirdlərdə  bilik  qazanmağa  marağın  yaradılmasında  verilən 

ədəbiyyatların,  görkəmli  adamlarla  görüşlərin  əhəmiyyəti  bö-  yük-

dür. Disput şagirdlərin dərsdə aldığı biliyi dərinləşdirməkdə, müstə-

qil işləmək vərdişi əldə etməkdə, əqli fəaliyyətin hüdudunu daha da 

genişləndirməkdə  çox  faydalıdır.Disputa  cəlb  edilən  şagird-  lərin 

bacarığı  və  qabiliyyəti,  maraq  və  meyli  ciddi  surətdə  nəzərə  alın-

malıdır. 

Disput mövzusu maraqlı olduqda buraya daha çox şagird cəlb 

olunur. Mövzu şagirdlərin diqqətini cəlb edir, onları maraqlandırır. 

Şagirdlər mövzuya aid ədəbiyyatlar oxuyurlar, məruzə hazırlayırlar, 

müzakirəyə  qoşulmaqla  öz  fikirlərini  söyləməyə  böyük  həvəs 

göstərirlər. 

Disputlar  məktəbin  tədris  işi  ilə  üzvi  surətdə  bağlı  olmalıdır. 

Disputu  keçirməkdə  məqsəd  fənlərin  tədrisi  prosesində  şagirdlərin 

aldıqları  nəzəri  və  təcrübi  bilikləri  daha  da  möhkəmləndirmək  və 

dərinləşdirməkdən, onlara nəzəri biliyi təcrübədə tətbiq etmək baca- 



 

483 


rığı aşılamaq və yüksək əxlaqi sifətlər tərbiyə etməkdən ibarədir. 

Disputun  vəzifəsi  şagirdlərin  asudə  vaxtlarını  səmərəli  təşkil 

etmək, onların  mənəviyyatına təsir edən mənfi  amilləri zərərsizləş- 

dirməkdir.  Disput  çox  ciddi  bir  işdir.  Ona  ciddi  və  diqqətli  yanaş- 

dıqda  onun  müvəffəqiyyəti  olur  və  o,  şagirdlərin  mənəvi  keyfiy- 

yətlərinin  formalaşmasında  müsbət  rol  oynayır.  Yaxşı  təşkil  olun- 

muş disput təşəbbüskarlığın tərbiyəsinə imkan yaradır. 

Bu gün disputda böyük insan kütləsi, xüsusi ilə gənclər iştirak 

edir. Çıxış edən gənc üçün disput şəxsiyyətini təsdiq etməyin özü-

nəməxsus bir üsuludur. Həmyaşıdlarının onun çıxışını necə qarşıla-

mağı,  onun  fikirlərini  necə  qiymətləndirəcəkləri  onun  üçün  böyük 

əhəmiyyət kəsb edir. Disputda çıxış edən, nəinki təşkilatçılıq bacarı-

ğını əldə edir, həm də öz vətəndaşlıq mövqelərini qoruyurlar, özlə-

rində prinsipiallıq və mübarizliyi inkişaf etdirirlər. 

Deməli, disput  yuxarı sinif şagirdlərinin şəxsiyyətinin  forma- 

laşmasına  çox  böyük  təsir  göstərir.  Burada  onlar  aşağıdakı  keyfiy- 

yətlərə yiyələnirlər: 



 

Təlim prosesində əldə etdikləri bilik, bacarıq və vərdişləri 

daha  da  genişləndirib  dərinləşdirir,  bililərin  tətbiqi  üçün  daha  real 

imkanlara  malik  olur,  onlardan  həyat  prosesində  istifadə  etmək 

yollarını öyrənirlər; 



 

Onlar  şüurlu  intizam,  kollektivçilik,  təşəbbüskarlıq,  təş- 

kilatçılıq  bacarığı,  müstəqillik,  səlis  danışıq  və  s.  qabiliyyətlərini 

üzə çıxarırlar; 



 

Vətənpərvərlik,  beynəlmiləlçilik,  dostluq  və  yoldaşlıq, 

hörmət  və  tələbkarlıq,  qarşılıqlı  qayğı  kimi  keyfiyyətləri  dərindən 

anlayırlar; 



 

Atalar  sözləri,  hikmətli  sözləri  öyrənir,  görkəmli  şəxsiy- 

yətlərin tərbiyəvi fikirlərindən sitat gətirir və elmin bir çox sahələri 

haqqında məlumat toplayırlar. 



 

Asudə  vaxtlarının  düzgün  bölünməsini  təşkil  edirlər,  bir-

birlərinin  qabiliyyət  və  istedadlarını  üzə  çıxarırlar  ki,  bu  da  onlara 

gələcəkdə peçə seçimi etməkdə kömək olur. 

Disput  yalnız  həqiqətləri  üzəçıxarmaqla  kifayətlənmir,  ha- 

belə fikirləşməyi, hərəkət etməyi, öz əqidəsini müdafiə etmək qabi- 

liyyətlərini  formalaşdırmağı  şagirdlərə  öyrədir.  Disput  yoldaşlıq 

münasibəti daşımalıdır. 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə