Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə153/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   149   150   151   152   153   154   155   156   ...   176

 

472 


 Sinifdənxaric  iş  üzərində  işləməyin  yəqinliyini  uşaqların 

özü müəyyənləşdirməli, bu zaman onların mühakimə və fakir ümu-

miləşdirmələrinin  məntiqi  ardıcıllığı  və  sistemliliyi  təhlil  olunma-

lıdır. 


Bütün  bu  proseslərdə  şagird  daxili  əks-əlaqə  imkanlarına  yi-

yələnir,  kütləvi-mədəni  tədbirlərin  ayrı-ayrı  ünsürlərindən  istifadə 

metodikasının  elmi-idraki,  intellektual-mənəvi  meyarlar  əsasında 

qurulmasına özünü səfərbər etməklə, müasir şəraitdə tərbiyəvi təd- 

birlər  üzərində  işləməyin  tətbiqi  haqqında  metodik-nəzəri  göstəriş- 

lərə əməl edir. 



Məktəblilərin sinifdənxaric tədbirlərə cəlb olunması iki isti- 

qamətdə aparılır

1)  Şagirdlərin  təlim  xarakterli  sinifdənxaric  işlərə  cəlb  edil 

məsi; 


2)  Tərbiyələndirici  səciyyə  daşıyan  sinifdənxaric  fəaliyyətə 

təhrik olunması. 

Müasir şəraitdə sinifdənxaric tədbirlərin təkmilləşdirilməsi is-

tiqamətlərinin məzmununu, yəni forma və üsullarla müəyyənləşdir-

mək üçün xüsusən,  əməyə  hazırlıq,  əqli,  əxlaqi, fiziki, estetik, iqti-

sadi  və  ekoloji  tərbiyə,  habelə  insan  hüquqlarına  hörmət  əsasında 

hər bir məktəbli ilə bir neçə yönümdə iş aparılmalıdır. 

İlkin  olaraq,  şagirdlərin  tərbiyələndiricilik  vəsilələrinin  bila- 

vasitə dərsdə və dərsdənkənar vaxtda onların əməli fəaliyyətini va-

hid sistemdə birləşdirməyin daha təsirli yollarını aşkara çıxar- malı, 

hər bir müəllimin (tərbiyəçinin), məktəb rəhbərlərinin diqqət mərkə-

zində olmalıdır. 

Məktəblilərin həmin amillər zəminində təlim və sinifdənxaric 

fəaliyyətinin,  ictimai-faydalı  və  məhsuldar  əməyinin  onların  milli-

mənəvi dünyagörüşünün formalaşdırılmasına tabe etdirməyin forma 

və üsulları işlənib hazırlanmalıdır. Bunlar fənn müəllimlərinin, ibti-

dai siniflər üzrə qrup tərbiyəçilərinin və sinif rəhbərlərinin gündəlik 

əməli fəaliyyətinə çevrilməlidir. 

Yeniyetmə  şagirdlərin  tərbiyə  amilinin  və  sinifdənxaric  təd- 

birlərin qarşılıqlı təsirlərinin ən real variantları seçilməli, yerli şərai- 

tə uyğun tətbiq olunmalıdır. 

Məktəblilərin təlimini, tərbiyəsini və inkişafını vahid prosesdə 

həyata keçirmək işində dərsin, tərbiyə işlərinin, sinifdənxaric tədbir-



 

473 


lərin üzvi surətdə əlaqələndirilməsi, bir-birini tamamlaması tələbinə 

işdə ciddi əməl edilməlidir. 

Bütün bu deyilənlər sinifdənxaric işlərin tərbiyə və mahiyyə-

tində,  təkmilləşdirilməsi  istiqamətində,  müasir  tərbiyə  nəzəriyyə-

sində, məktəb təcrübəsində çox vacib məsələlərdəndir. 

Məktəblilərlə  aparılan  sinifdənxaric  iş  formalarından  aşağı- 

da qeyd edəcəyimiz amilin öz təsirliliyi  daha da səmərəli meydana 

çıxır: 




 

Bədii  mətnlərin  oxunması,  kitab  müzakirələrinin  keçiril-

məsi, əxlaqi söhbətlərin təşkili yolu ilə



 

Rollu  oyunların  (“Kosa-kosa”,  “Gəldim,  qaç”,  “Qoduqo-

du” və s.) təşkili yolu ilə



 

Oyun-səyahətlərin  təşkili  (məktəb  turizmi,  idman  komp-

leksi, ətraf mühiti müşahidə əsasında) yolu ilə; 



 

Bayram tədbirlərinin keçirilməsi (Novruz, Qurban, Rama-

zan, 26 İyun, 31 dekabr, 28 May) yolu ilə; 



 

Müvafiq  soyqırımı  və  matəm  günlərinin  qeyd  olunması 

(20  yanvar  -  Şəhidlər  gününün,  26  fevral  Xocalı  faciəsi,  31  Mart-

Azərbaycanlıların soyqırımı gününün və s.) yolu ilə; 



 

Sinif  və  məktəb  fəalları  dəstəsinin  işinin  təşkili  (nəzarət, 

rejim, kitabların təmiri, ictimai-faydalı əmək və s.) yolu ilə; 



 

Müsabiqə və yarışların keçirilməsi yolu ilə



 

Viktorina və gecələrin təşkili yolu ilə; 



 

Əmək  işlərinin  yerinə  yetirilməsi,əməyin  insan  həyatında 

yeri və s. müəyyənləşdirilməsi yolu ilə



 

Kino, televiziya və radio verilişlərindən istifadə yolu ilə



 

Ekskursiya və turizm işlərinin təşkili yolu ilə və s. 

Bütün  bu  sadalanan  sinifdənxaric  tərbiyəvi  tədbirlər  şagird- 

lərə  başlıca  olaraq  yurdsevərlik,  milli  özünüdərk,  soykökünə  bağ- 

lılıq, İslam dəyərləri və Şərq mədəniyyətini əxz etməyi, yüksək mil-

li və bəşəri həqiqətləri aşılayır. 

Habelə şagirdlərdə bacardıqları səviyyədə intellektual mənəvi 

fəzilətə  rəğbəti,  rəzalətə  nifrəti,  tərbiyədə  aşkarlıq  və  demokratik 

meyli stimullaşdırır, həyatda, cəmiyyətdə, qarşılıqlı münasibətlərdə 

normal davranmağın əhəmiyyətini başa salır, istifadə edilən tərbiyə 

və  təlimin  harmonik  vəhdətindən  istifadə  edilməsi  həqiqətlərini 

anladır. 




 

474 


Sinifdənxaric  iş  öz  müntəzəmliliyi  və  məzmunu,  forma  və 

çoxnövlülüyü  ilə  geniş  imkanlar  açır.  Bu  baxımdan  uşaq  şəxsiy- 

yətinin formalaşmasında tərbiyə işi başlıca yeri tutur. Tərbiyə işinin 

praktik həyata keçirilməsi həm təlim, həm də problemi ehtiva edən 

tərbiyəvi məzmunlu sinifdənxaric tədbirlər prosesində baş verir. 

Hazırda kifayət qədər sinifdənxaric tərbiyəvi iş  üsulları möv- 

cuddur.  Son  illər  məktəb  praktikasında  belə  tədbirlərin  nizama  sa- 

lınması  üçün  tərbiyəvi  fəaliyyət  növü  kimi  sinifdənxaric  və  mək- 

təbdənkənar iş formaları genişləndirilir. 

Sinifdənxaric  işlərin  səmərəli  təşkili  üçün  rəngarəng  iş  for- 

malarından,  üsul  və  vasitələrdən  istifadə  olunur  ki,  bu  da  yetiş- 

məkdə olan cəmiyyətin tərəqqisinə xidmət edir. 



Məktəbdənkənar  tərbiyə  işi  isə  dərsdən  sonra,  məktəblilərin 

məktəbdəki  təlim-tərbiyə  işlərindən sonra  onların asudə  vaxtlarının 

səmərəli təşkili  üçün keçirilən planlı,  məqsədyönlü  tədbirlərdir. Bu 

tədbirləri  əsasən  məktəbdənkənar  təhsil  müəssisələri  təşkil  edib 

keçirir.  Məktəbdənkənar  təhsil  müəssisələri  haqqında  Azərbaycan 

Respublikası  Təhsil  Nazirliyinin  təlimati  –  metodik  və  statistik 

məktub”unda  deyilir:  “Məktəbdənkənar  təhsil  uşaq,  yeniyetmə  və 

gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, 

yaradıcılıq  qabiliyyətlərinin  inkişafı,  fiziki  cəhətdən  sağlam  böyü-

mələri üçün əlverişli şərait yaradır, onların istirahətinin, asudə vaxt-

larının mənalı təşkilini təmin edir. 

Məktəbdənkənar  təlim-tərbiyə  könüllülük  əsasında  qurulur, 

ailə, təhsil müəssisələri, ictimai təşkilatlar, yaradıcılıq birlikləri, cə-

miyyətlər,  fondlar,  əmək  kollektivləri  ilə  birlikdə,  həmçinin  ayrı-

ayrı vətəndaşların köməyi ilə aparılır. Məktəbdənkənar təhsil müəs-

sisələrinə  aşağıdakılar  daxildir:  uşaq-gənc  yaradıcılıq  sarayları,  ev-

ləri, klublar, bədii, estetik, texniki, ekoloji, turizm və diyarşünaslıq 

yönümlü mərkəzlər, uşaq-gənclər idman və şahmat məktəbləri və s. 

Məktəbdənkənar  təhsil  müəssisələrində  məşğul  olan  uşaqlar,  şa-

girdlər,  tələbələr  məktəbdənkənar  təhsil  müəssisələrinin  xidmətlə-

rindən  pulsuz  və  güzəştlə  istifadə  edirlər.  Məktəbdənkənar  təhsil 

müəssisələrində  işin  məzmun  və  formalarını  həmin  müəssisələrin 

şuraları müəyyən edir. 

Məktəbdənkənar  təhsil  müəssisələrinin  əsas  fəaliyyət  istiqa-

mətlərini aşağıdakı kimi qruplaşdırmaq olar: 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə