Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə154/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   150   151   152   153   154   155   156   157   ...   176

 

475 


1. Dərnək məşğələləri

2.Mədəni-kütləvi  tədbirlərin,  müsabiqələrin,  idman  yarışla-

rının keçirilməsi

3. Təlimati-metodiki işlər. 

Məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaq, ye-

niyetmə  və  gənclərlə  istirahət,  bayram  və  tətil  günlərində  də  iş 

aparılır... 

Uşaq  Yaradıcılıq  Mərkəzlərində  əsasən  “Bacarıqlı  əllər”, 

“Bədii qiraət”, “Rəsm”, “Xalçaçılıq”, “Dram”, “Bədii özfəaliyyət”, 

“Məktəb teatrı”, “Rəqs”, “Gənc idmançılar”, “Naxışlı tikmə”, “Tex-

niki estetika”, “Fortepiano”, “Xor”, “Nağara”, “Tar”, “Heykəltəraş-

lıq”, “Kukla teatrı”, “Coğrafiya-diyarşünaslıq”, “Foto”, “Ağac üzə-

rində  oyma”,  “Qarmon”,  “İbtidai  texniki  modelçilik”,  “Dəmir  üzə-

rində  döymə”,  “Tarix-diyarşünaslıq”  və  s.  adlarda  dərnəklər  təşkil 

olunur. 


Uşaq  yaradıcılıq  mərkəzlərində  bütün  təqvim  ili  ərzində 

dərnək üzvləri ilə müxtəlif mədəni-kütləvi tədbirlər, idman yarışları, 

müsabiqələr,  sərgilər,  bayram  şənlikləri,  ekskursiyalar  keçirilir, 

onların respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakı təmin 

olunur.  Bu  müəssisələrin  bir  çoxunda  “Sağlam  həyat  tərzi”,  “Etika 

qaydaları”, yuxarı sinif şagirdləri ilə “Reproduktiv sağlamlığın əsas-

ları” mövzularında təlim kursları, məşğələ və seminarlar təşkil edi-

lir, narkomaniya, alkoqolizm, AİDS, tütünlə mübarizə və s. mövzu-

larda geniş maarifləndirmə işləri aparılır, çoxsaylı tədbirlər keçirilir. 

Bu  mərkəzlər  tərəfindən  dərnək  rəhbərlərinə  məşğələlərin 

məzmununun  yeniləşdirilməsi,  müasir  tələblərə  cavab  verən  yeni 

tədris plan və proqramların hazırlanması istiqamətində metodiki kö-

məkliklər göstərilir. Ümumtəhsil məktəblərində müxtəlif adda dər-

nəklər təşkil edilir, Uşaq birliyi rəhbələri ilə birgə tədbirlər planlaş-

dırılır və həyata keçirilir. 

Respublikada  Texniki  Yaradıcılıq  Mərkəzi  fəaliyyət  göstə-

rir. Texniki yaradıcılıq mərkəzlərində əsasən “İbtidai texniki model-

çilik”, “Radioelektronika”, “Elektrotexnika”, “Bacarıqlı əllər”, “İn-

formatika”,  “Texniki  estetika”,  “Əyləncəli  fizika”,  “Texniki 

ekologiya”, “Gənc konstruktorlar”, “Gəmi”, “Avto”, “Raket”, “Təy-

yarə”  modelçiliyi,  “Robot  texnikası”,  “Kimya  –  texnologiya”  və  s. 

adlarda dərnəklər fəaliyyət göstərir. 




 

476 


Texniki yaradıcılıq mərkəzlərinə cəlb olunan uşaq, yeniyetmə 

və  gənclərin  texniki  yaradıcılıq  potensialları  inkişaf  etdirilir,  onlar 

erkən yaşlarından səmərələşdiricilik və ixtiraçılıq işlərinə cəlb olu-

nurlar.  Bu  müəssisələrdə  məşğul  olan  məktəblilər  ümumtəhsil 

məktəblərində  fizika,  kimya,  riyaziyyat,  informatika,  astronomiya 

dərslərində aldıqları nəzəri bilikləri konstruktiv fəaliyyətləri zamanı 

daha yaxşı mənimsəyirlər. 

Texniki  yaradıcılıq  mərkəzlərində  bütün  təqvim  ili  ərzində 

dərnək  üzvləri  ilə  müxtəlif  mədəni-kütləvi  tədbirlər,  elmi-texniki 

yaradıcılıq müsabiqələri, sərgilər, texniki idman yarışları, ekskursi-

yalar  keçirilir,  onların  respublika  və  beynəlxalq  səviyyəli  tədbir-

lərdə iştirakları təmin olunur... 

Respublikamızda  Gənc  turistlər  və  diyarşünaslıq  mərkəzi 

fəaliyyət göstərir. Gənc turistlər və diyarşünaslıq mərkəzləri öz işini 

əsasən aşağıdakı istiqamətlər üzrə qurur: 

1. Bizim irs

2. İncəsənət aləmində

3. Azərbaycan beynəlxalq aləmdə

4. Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə

5. Azərbaycanın tikintiləri üzrə yürüşlərdə

6. Təbiətin sirlərinə doğru

7. Kütləvilikdən turizm ustalığınadək. 

Bu  bölmələrdə  aparılan  işlərin  əsas  məqsədi  tariximizi,  soy-

kökümüzü, mədəniyyət, ədəbiyyat və incəsənətimizi gənc nəslə öy-

rətmək, vətənimizin flora və faunası haqqında onlara bilik vermək, 

tarixi abidələrimizi qorumaq, vətənə məhəbbət hissi aşılamaqdır. 

Mərkəzlər  nəinki  uşaqlarla  iş  aparır,  həmçinin  metodiki  töv-

siyələr  işləyib  hazırlayır,  şəhər,  rayon  təhsil  şöbələrinə,  təhsil  mü-

əssisələrinə əməli köməklik göstərir. Gənc turistlər və diyarşünaslıq 

mərkəzləri  respublikamızın tarixini, flora və faunasını, mədəniyyət 

abidələrini şagird və tələbələrə tanıtmaq, onlara sevdirmək məqsədi-

lə ekskursiya, yürüş və gəzintilər təşkil edir, şagirdlərə milli dəyər-

lərimizin  qorunması,  torpağa  sevgi,  vətənə  məhəbbət  hissinin  aşı-

lanması istiqamətində mütəmadi iş aparır. 

Təhsil  Nazirliyi  sistemində  uşaq-gənclər  idman  və  şahmat 

məktəbi  mövcuddur. Məktəblər  uşaq  və  gənclər  arasında  yarışlar 

keçirir,  respublika  və  beynəlxalq  səviyyəli  yarışlarda  iştirak  edir. 




 

477 


UGİM-lərdə 27 idman növü inkişaf etdirilir. Onlardan 20-si Olimpi-

ya idman (atletika, ağır atletika, akrobatika, boks, badminton, bay-

darka  və  kanoe,  basketbol,  bədii  gimnastika,  idman  gimnastikası, 

üzgüçülük,  velosiped  idmanı,  voleybol,  futbol,  həndibol,  otüstü 

xokkey,  qılıncoynatma,  sərbəst  güləş,  yunan-roma  güləşi,  cüdo, 

sambo, taekvando, karate, kinkboksinq, stolüstü tennis, tennis, şah-

mat, dama) növüdür... 

İxtisaslaşdırılmış  olimpiya  ehtiyatları uşaq-gənclər idman 

məktəbi də fəaliyyət göstərir. 

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəb-

ləri  arasında  uşaq-gənclər  şahmat  məktəbləri  xüsusi  yer  tutur. 

Şahmat  məktəblərində  məktəblilər  şahmatla  məşğul  olurlar.  Bir 

qayda olaraq şahmatçılar respublika və beynəlxalq yarışlarda iştirak 

edirlər. 

Təhsil Nazirliyi tərəfindən ölkədə ekoloji təhsil və maariflən-

dirmə prosesinin fasiləsizliyi, ekoloji biliklərin təbliğ edilməsi sahə-

sində məqsədyönlü işlər aparılır. Məktəbdənkənar təhsil müəssisəsi 

kimi “Ekoloji tərbiyə və təcrübəçilik mərkəzləri” fəaliyyət göstə-

rir və gənc nəsildə erkən yaşlardan ekoloji təfəkkürün, ekoloji mə-

dəniyyətin, ətraf mühitə məsuliyyətli və humanist münasibətin for-

malaşması baxımından faydalı işlər görürlər. Uşaq və yeniyetmələ-

rin asudə vaxtının səmərəli təşkili, əməli bacarıq və vərdişlərə yiyə-

lənməsi, onların mənəvi və intellektual inkişafı, potensial yaradıcı-

lıq istedadlarının aşkara çıxarılması, elmi tədqiqatçılıq qabiliyyətlə-

rinin formalaşdırılması ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin 

əsas vəzifələrindəndir. 

Ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin kompleks fəaliy-

yət  proqramı  ekoloji  dərnəklərin  fəaliyyətini,  məktəblilərin  asudə 

vaxtlarının  səmərəli  təşkilini,  onların  təbiətsevərlik,  təbii  sərvətlərə 

qayğı  və  vətənpərvərlik  ruhunda  tərbiyəsini,  ekoloji  kütləvi  tədbir-

lərin keçirilməsini, ekskursiya və ekspedisiyaların təşkilini və digər 

məsələləri əhatə edir...” 

İstər  sinifdənxaric  tərbiyə  işləri  olsun  və  istərsə  də  məktəb-

dənkənar tərbiyə işləri olsun onların fəaliyyəti : 

-  şagird  şəхsiyyətinin  formalaşmasına  və  məktəbdə  təlim  və 

tərbiyə keyfiyyətinin yüksəlməsinə xidmət edir; 

- məktəblilərin təlim prosesində qazandıqları bilik, bacarıq və 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə