Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə157/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   153   154   155   156   157   158   159   160   ...   176

 

484 


Burada  müəllimlər  şagirdlərin  başqalarının  rəyinə  münasibət 

bəslədiklərinə, necə qiymətləndirdiklərinə xüsusi əhəmiyyət vermə- 

lidirlər.Mübahisələrdə  inandırma  yolu  ilə,  məntiqlə  qələbə  çalmaq 

lazımdır. 

Disputların  şagirdlərin  təlim-tərbiyəsində,  onlarda  mənəvi 

keyfiyyətlərin  formalaşmasında  böyük  əhəmiyyət  vardır.  Məhz  bu 

əhəmiyyətlilik disputların vəzifələrinin məqsədəuyğun həyata keçi- 

rilməsinə güclü təsir göstərir. 

Disputların  gənclərin  dünyagörüşünün  formalaşmasına  kö- 

mək etməklə yanaşı, həm də onlarda prinsipiallıq tərbiyə edir, düz-

gün mülahizə yürütməyə, dilin səlisləşməsinə təsir göstərir. Dis- pu-

tun maraqlı cəhəti budur ki, burada bu və ya digər məsələ haqqında 

fikirlər toqquşur, şagirdlərə öz dünyagörüşünü aşkar etmək, baş-qa-

larının  hərəkətlərinə  düzgün  qiymət  vermək  qabiliy-  yətinə  malik 

olmaq imkanı verilir. 

Disputda  şagirdlərə  müstəqillik  verilir.  Sərbəstlik  nəticəsin- 

də şagird necə hərəkət edəcəyini şüurlu surətdə dərk edir və bu ide-

yanı həyata keçirmək üçün onda arzu və cəhd oyanır. Şagird disput-

da öz təsəvvürlərini bu və ya digər məsələ ətrafında cəmləşdirir və 

mövzu  ilə  əlaqədar  təcrübələrini,  təsəvvürlərini  yaddaşında  bərpa 

edir.  Disputun  səviyyəsi  onun  iştirakçılarının  mədəni  səviyyəsinin, 

bilik dairəsinin göstəricisidir. Gənclər burada iştirak etməklə öz bi-

liklərini  artırır,  yoxlayır  və  möhkəmləndirir  və  onlarda  sərbəstlik, 

təfəkkür, natiqlik qabiliyyəti, başqasını dinləmək mədəniyyəti kimi 

cəhətlər formalaşır. 

Şagirdlərin  diqqətini  və  marağını  artırmaq  üçün  disput  mü- 

təşəkkil  və  dinamik  keçməlidir.  Hər  şey  aparıcıdan,  onun  hazırlı-

ğından,  onun  təşkilatçılıq  qabiliyyətindən  gözlənilməz  vəziyyət- 

dən çıxış yolu tapmaq, dinləyicilərin diqqətini cəlb etmək bacarığın-

dan asılıdır. Disput keçirərkən şagirdlərin qəlbinə və şüuruna hakim 

olmaq  üçün  disputun  keçirilmə  planını  bilmək  lazımdır.  Disput 

aşağıdakı plan üzrə keçirilir: 



1.

 

Disputun keçirilmə yerini müəyyən etmək



2.

 

Disputun mövzusunu seçmək



3.

 

Mövzuya aid suallar tərtib etmək



4.

 

Suallara uyğun olan ədəbiyyatları müəyyənləşdirmək



5.

 

Şagirdləri disputa hazırlamaq; 




 

485 


6.

 

Disputa  hazırlıq  işlərində  şagirdlərin  fəal  iştirakını  təmin 

etmək; 

7.

 

Disputun keçirilməsi



8.

 

Disputun yekunu. 

Disputun  uğuru  aparıcıdan  çox  asılıdır.  Giriş  sözünün  möv- 

zuya əsaslanaraq qısa və aydın olması, auditoriya qarşısında müba- 

hisəli  suallar  qoymaq  və  onları  düşünməyə  məcbur  etmək  onun 

başlıca vəzifəsidir. Aparıcı təşkilatçılarla sadə, sərbəst və inandırıcı 

danışmalıdır ki, bu da onu iştirakçılarla yaxınlaşdırır, iştirakçılarda 

ona qarşı inam yaranır və açıq söhbətə gətirib çıxarır. 

Aparıcının  giriş  sözü  və  onun  disputa  rəhbərlik  metodu  mü- 

bahisəli və eyni zamanda dostluq xarakteri daşımalıdır. Giriş sözün-

də müzakirə olunan problem haqqında ziddiyyətli fikirlər olduğunu 

söyləmək,  iştirakçıları  mövzu  və  onun  ayrı-ayrı  sualları  ətrafında 

çıxış etməyə, öz münasibətini bildirməyə çağırmaq lazımdır. 

Giriş sözündən sonra o,  müzakirə olunacaq mövzunun adını, 

sualları  iştirakçılara  bildirir.  Disputa  başlayarkən  şagirdlərə  mövzu 

ətrafında fikir mübadiləsi söyləyə bilmələri xatırladılmalıdır. Müza-

kirə  ardıcıllıqla,  yəni  bir  sualdan  digərinə  keçməklə  aparılsa  daha 

səmərəli olar. Aparıcı hər bir sualın qısa yekununu verməlidir. Dis-

putun gedişi zamanı aparıcı bütün iştirakçılara söz verilməlidir. 

Hər  kəs  çıxış  etmək,  çıxış  edənə  və  aparıcıya  sual  vermək 

hüququna  malikdir.  Müzakirə  olunan  məsələ  haqqında  şagirdlərin 

çıxışları  və  mübahisəsi  başlanır.  Hər  bir  şagird  mübahisə  olunan 

məsələ  haqqında  öz  fikrini  söyləyir.  Bu  zaman  aparıcının  məsuliy- 

yəti  daha  da  artır.  O,  çıxış  edənləri  bacarıqla  istiqamətləndirməli, 

sualların  ardıcıl  müzakirəsinə  nəzarət  etməli,  mövzudan  uzaqlaş- 

mağa  yol  verməməlidir.  O,  çalışmalıdır  ki,  mübahisə  prinsipial 

xarakter daşısın, çıxışlar əsaslı olsun. 

Şagirdlərin  çıxışından  sonra  disputa  dəvət  olunmuş  görkəmli 

şəxslər, alimlər və məktəbin müəllimləri yığcam şəkildə şagirdlərin 

çıxışlarına öz münasibətlərini bildirirlər, həmin məsələyə dair söylə-

nilən  fikirləri  ümumiləşdirirlər.  Disputun  rəhbəri  son  sözündə  dis-

puta yekun vurur, çıxışlara qiymət verir, səhv mülahizə və fikirləri 

göstərir, onların səbəblərini açıqlayır. Düzgün mülahizələrə aid də-

lillər  gətirir,  bütün  suallara,  aydın  olmayan  məsələlərə  qənaətbəxş 

cavab verir. 



 

486 


Aparıcının  son  sözü  xüsusi  rol  oynayır.  Burada  disput  ye- 

kunlaşdırılır,  müzakirə  olunan  məsələnin  elmi  cəhətdən  əsaslan- 

dırılmış həlli verilir. Son söz həm də ona görə əhəmiyyət kəsb edir 

ki, ona müəyyən metodik tələblər aiddir. Belə ki, o: 



 

Qısa, aydın və inandırıcı olmalı; 



 

Müzakirə  olunan  problemin  düzgün  həllinə  yol  göstər- 

məli; 



 



Ən yaxşı və ən maraqlı çıxışlara istinad etməli; 



 

Tənqidi fikirlərə imkan yaratmalı; 



 

Gələcək  disput  iştirakçılarının  qeyri-mənəvi  inkişafına 

kömək etməli; 



 

Yeni problemlər qoymalı; 



 

Gənclərdə  biliyə,  öz  təhsilini  və  xarakterini  təkmilləşdir-

məyə maraq doğurmalıdır. 

Aparıcı  disputu  başlamazdan  əvvəl  çıxış  edənlərə  təşəkkür 

edir,  gələcək  disputun  mövzusu  və  sualları  barəsində  iştirakçılarla 

məsləhətləşir. Yaxın günlərdə keçiriləcək mədəni-kütləvi tədbir ba-

rədə onlara məlumat verir. Disputu təhlil edərkən müsbət nəticələri 

cəmləşdirmək,  müvəffəqiyyətə  səbəb  olan  şərtləri  və  metodları 

göstərmək, uyğunsuzluğun səbəblərini müəyyənləşdirmək lazımdır. 

Təhlil  həm  müşahidəçiliyi,  tələbkarlığı,  özünütənqidi,  pedaqoji  us-

talığı gücləndirməyi tərbiyə edir. 

Disputun  pedaqoji  təhlili  aşağıdakı  əsas  meyarlara  uyğun 

keçirilə bilər: 



1. Tərbiyəvi məqsədin mövcudluğu

2. Mövzunun aktuallığı və müasirliyi; 

3. Onun ideya istiqaməti; 

4.  Məzmunun  elmi  cəhətdən  şagirdlərin  yaş  xüsusiyyətlərinə 

uyğunluğu; 



5.  Müəllim  və  şagirdlərin  hazırlığı,  təşkilatçılıq  və  mütəşək- 

killik. 


Disputun  keyfiyyətini  şagirdlərin  reaksiyası  ilə  müəyyənləş- 

dirmək  olar.  Onların  həyəcanlı  əhval-ruhiyyələri,  keçirilən  tədbirə 

olan  müsbət  münasibətləri  disputun  müvəffəqiyyətindən;  laqeyid- 

sizlikləri  isə  uğursuzluğundan  xəbər  verir.  Ümumiyyətlə,  disput- 

ların məzmunu və forması etibari ilə bədii şəkildə qurulur. Mübahi- 

sələrdə və  çıxışlarda səlis,  düşündürücü intonasiya, fikrin  bu və  ya 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə