Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu


Bədii özfəaliyyət və estetik tərbiyə yönümlü dərnəklər



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə160/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   156   157   158   159   160   161   162   163   ...   176

 

493 


Bədii özfəaliyyət və estetik tərbiyə yönümlü dərnəklər. 

Xalq oyunları, mahnıları, dram məktəblərdə geniş yayılmışdır. 

Bu  dərnəklər  şagirdlərdə  bədii  yaradıcılıq  qabiliyyətini  inkişaf 

etdirir.  Onlar  müxtəlif  musiqi  alətlərində  çalmağı,oxumağı,  rəqs 

etməyi  öyrənirlər.  Dərnəyin  üzvləri  məktəb  tədbirlərində,  müxtəlif 

musiqi olimpiadalarda, bayramlarda fəal iştirak edirlər. 

Bədii özfəaliyyət dərnəklərinin təşkili aşağıdakı formalar üzrə 

həyata keçirilə bilər: 

1.

 

Ədəbi dərnəklər. 



2.

 

Dram dərnəkləri. 



3.

 

Təsviri-incəsənət dərnəkləri. 



4.

 

Vokal dərnəkləri. 



5.

 

Musiqi dərnəkləri. 



6.

 

Xoreoqrafiya dərnəkləri. 



7.

 

Kino və fotoqrafiya dərnəkləri. 



8.

 

Tətbiqi sənət dərnəkləri. 



9.

 

Digər dərnəklər. 



Şagirdlərin estetik tərbiyəsini düzgün qurmaq üçün dram dər-

nəklərinin  xüsusi  əhəmiyyəti  vardır.  Dram  dərnəklərinin  təşkilində 

aşağıdakı tələblər nəzərə alınmalıdır: 

1.

 



Dram dərnəkləri üçün əsərlərin seçilməsi zamanı uşaqların 

yaş, bilik və bacarıq səviyyələri nəzərə alınmalıdır. 

2.

 

Dərnək üzvlərinin seçilməsi zamanı bədii ədəbiyyata daha 



çox  maraq  göstərən,  nitqində,  ifadə  tərzində  qüsurlar  olmayan, 

dərslərindən yüksək qiymətlər alan şagirdlərə üstünlük verilməlidir. 

3.

 

Seçilmiş  əsər  üzərində  dərnək  üzvlərilə  birlikdə  işləmək 



lazımdır. Əgər belə olarsa, hansı rolun kimə tapşırılması daha düz-

gün müəyyənləşdirilər. 

4.

 

Məşğələlərdə  “səhnə  danışığı”  ilə  bağlı  əvvəlcədən  hazır-



lanmış tədrislər əsasında spesifik xarakterli iş aparılmalıdır. 

5.

 



Dram  əsərlərində  cərəyan  edən  hadisələri  daha  dolğun 

təqdim  etmək  üçün  texniki  vasitələrlə  yanaşı,  musiqi  alətlərində 

daha  yaxşı  çalmaq  səriştəsi  olan  şagirdlərin  gücündən  lazımi 

qaydada istifadə edilməlidir. 

6.

 

Məktəb  səhnəsində  tamaşaya  qoyulacaq  dram  əsərlərinin, 



yaxud  müvafiq  parçaların  mövzusuna  uyğun  dekorasiya  və  paltar-

ların hazırlanması və ya əldə edilməsi unudulmamalıdır. 




 

494 


7.

 

Hər  bir  obrazın  daxili  aləminin  açılmasında  mühüm  əhə-



miyyət kəsb edən qrim əməliyyatı da düzgün aparılmalıdır. 

8.

 



Məşqlər cədvəl üzrə vaxtlı-vaxtında normal otaq şəraitində 

keçirilməlidir. 

9.

 

Hazırlanmış  nümunələrin  premyerasına  mütəxəssislərin, 



ədəbiyyat müəllimlərinin, məktəb rəhbərlərinin dəvət olunması va-

cibdir. 


Tamaşa  və  parçaların  nümayişindən  sonra  dərnək  üzvlərinin 

iştirakı  ilə  təhlillər  aparılmalı,  deyilmiş  müsbət  və  mənfi  cəhətlər 

obyektiv qiymətləndirilməlidir. 

Xor  dərnəyi  də  şagirdlərin  estetik  tərbiyəsi  baxımından  əhə-

miyyətlidir. Şagirdlərin bədii yaradıcılıq qabiliyyətlərinin inkişafın-

da mühüm rol oynayan xor dərnəkləri şagirdlərin estetik hisslərinin, 

bədii zövqlərinin inkişafına qüvvətli təsir göstərir. 

Kollektiv oxu zamanı yaranan xor qədim tarixə malikdir. Xor-

la oxu tarix boyu ayrı-ayrı xalqların məişətinə daxil olmuş və əmək 

cəbhəsində,  mübarizə  meydanında,  mərasim  məclislərində  insan-

ların yaxın dostu olmuşdur. 

Bədən tərbiyəsi və idman dərnəkləri 

Bu  dərnəklərdə  şagirdlər  müxtəlif  idman  növləri  ilə  məşğul 

olur, öz sağlamlıqlarını möhkəmləndirirlər. Belə dərnəklərdə iştirаk 

edən  məktəblilərin  əksəriyyəti  idman  sahəsində  nailiyyətlər  də  qa-

zanırlar. 

 

Suallar və tapşırıqlar 

 

1.  Sinifdənxaric  tərbiyə  işlərinin  mahiyyəti  və  məqsədi  haqda  nə 

deyə bilərsiniz? 

2. Sinifdənxaric tərbiyə işlərinin təşkili formaları barədə danışın.  

3.  Sinifdənxaric  tərbiyə  işlərinin  təşkilinə  verilən  tələblər  han-

sılardır? 

4.  Sinifdənxaric  tərbiyə  işləri  ilə  məktəbdənkənar  tərbiyə  işlərinin 

ümumi və frəqli cəhətləri hansılardır? 

5.  Sinifdənxaric  tərbiyə  işlərinin  təşkilində  dərnəklərin  yeri  barədə 

danışın.  

6.  Sinifdənxaric  tərbiyə  işlərinin  təşkilində  disputların  rolu  barədə 

fikirlərinizi açıqlayın. 




 

495 


7. Məktəbdənkənar tərbiyə işlərinin mahiyyəti və məqsədi haqda nə 

deyə bilərsiniz? 

8.  Məktəbdənkənar  təhsil  müəssisələrinin  təsnifatı  və  işinin 

məzmunu barədə danışın. 

9. Disputların və müzakirələrin təşkili və keçirilməsi metodikasına 

şərh verin. 

10. Ekskursiyaların təşkili və keçirilməsi metodikasının xüsusiyyət-

lərini göstərin. 

11.Sinifdənxaric  tərbiyəvi  tədbirlər  və  şagirdlərin  hərtərəfli  inki-

şafında onların rolu barədə danışın. 

 

Ədəbiyyat 

 

1.

 



Ağayev Ə.Ə. Pedaqogika. Bakı: Adiloğlu, 2006. 

2.

 



Əliyev  Həmzə.  Pedaqoji  ustalığın  əsasları.  Dərs  vəsaiti.  Bakı, 

1999. 


3.

 

Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, 1991. 



4.

 

Həmzəyev  M.Ə.  Yaş  və  pedaqoji  psixologiyanın  əsasları.  Bakı: 



2003. 

5.

 



Hüsеynzаdə  R.L.  Qədim  və  orta  əsrlərdə  Аzərbаycаndа  tərbiyə, 

təhsil və pedaqoji fikir. Bаkı: Nurlar, 2007. 

6.

 

Hüseynzadə R.L. İsmayılova M.C.Tərbiyə işi və onun metodikası. 



Bakı: Nurlar, 2012. 

7.

 



Ağayev  M.H.  Təlim  tərbiyə  prosesində  Heydər  Əliyev  irsindən 

istifadə. (Metodik vəsait) Bakı: ADPU, 2009. 

8.

 

Ağayev  M.H.  Pedaqoji  fikir  tarixində  tərbiyə  və  təhsil.  Bakı: 



ADPU, 2011. 

9.

 



 Əliyev İ.İ. Azərbaycan etnopedaqogikası. Bakı: Nurlan, 2009. 

 

 



 

 

 

 


Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə