Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə163/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   159   160   161   162   163   164   165   166   ...   176

 

503 


2.

 

Valideyn  sektoru  valideyn  komitəsini  yaradır.  Sektor 

uşaqların  qidalanmasına,  məktəbin  təmiri  məsələlərinin  həllinə  kö-

mək edir, valideynlərin pedaqoji biliklərə yiyələnməsini təşkil edir, 

valideynlərlə  iş  aparır,  tərbiyəvi  tədbirlərin  keçirilməsinə  kömək 

göstərir və s.  Valideyn sektorunun şurası sinif valideyn kоmitələri-

nin  nümayəndələrindən  seçilir  və  ümumməktəb  valideyn  yığınca-

ğında təsdiq olunur. 

3.

 

Şagird sektoru şagird komitəsini yaradır. 



 

 

16.3. Məktəbdə mеtоdik işlərin plаnlаşdırılmаsı 

 

Məktəbdə  metodik işin  təşkili  formaları  dinamikdir, onlar bir 



çox amillərdən asılı olaraq dəyişir və yeniləşir. Həmin amillər içəri-

sində aşağıdakıları göstərmək olar: 

1)

 

təhsil sahəsində dövlətin siyasəti, qanunvericilik aktları və 



sənədləri; 

2)

 



müəllimlərin  pedaqoji  mədəniyyətinin  səviyyəsi,  onların 

şəxsiyyət  və  peşə-fəaliyyət  göstəricilərinin  diaqnostik  ölçülməsi 

prosesində аşkаr edilmiş metodik hazırlığı; 

3)

 



məktəb  kollektivində  əxlaqi-psixoloji  mühit,  metodik  işin 

təşkili üçün maddi-texniki imkanlar; 

4)

 

məktəbdаxili  pedaqoji  təcrübənin  öyrənilməsi,  müəllimlə-



rin fəallığı, metodik işi həyata keçirmək üçün məktəb rəhbərlərinin 

peşə hazırlığı; 

5)

 

məktəb kollektivində konkret situasiya: müəllimlər arasın-



dakı,  müəllimlərlə  şagirdlər  arasındakı,  müəllimlərlə  rəhbərlər  ara-

sındakı münasibətlər. 

Bir  çox  məktəblərdə  məktəb  rəhbərlərinin  və  pedaqoqların 

təşəbbüsü ilə metodiki şuralar yaradılır. Məktəb şuralarından və pe-

daqoji şuradan fərqli olaraq metodiki şuranın yeganə funksiyası hər 

bir  müəllimin  fəaliyyətinin  elmi-metodiki  səviyyəsini  yüksəltmək-

dir. İşin effektliyi minimum iki səbəbdən asılıdır: 

1) metodşuraya kim rəhbərlik edir; 

2) onun üzvlərinin tərkibi neçədir. 

Metodiki  şuraya  təhsilin  müxtəlif  pillələrini,  müxtəlif  profilli 




 

504 


fənləri təmsil edən ən təcrübəli müəllimlər daxil olur. Bunlar müx-

təlif  metodiki  birliklərin  rəhbərləri  ola  bilər.  Adətən  metodşuraya 

direktorun tədris-tərbiyə işləri üzrə müavini rəhbərlik edir. 

Məktəbin  metodiki  şurası  müəllimlərin  pedaqoji  ixtisasının 

təkmilləşdirilməsinin taktika və strategiyasını müəyyən edir. Meto-

diki şura metodbirləşmələrdə, kоmissiyalarda müzakirə olunan mə-

sələləri  müəyyənləşdirir,  seminarların,  praktikumların,  lektoriyala-

rın  proqramlarını,  məktəbdə  metodiki  işin  ümumi  proqramını  işlə-

yib hazırlayır və müzakirə edir. 

Məktəbdə metodiki işin aşağıdakı formaları vardır: 

1)

 

fənn metod birləşmələri



2)

 

məktəbdə vahid metodiki gün



3)

 

problem seminarlar və praktikumlar



4)

 

gənc müəllim məktəbi; 



5)

 

qabaqcıl təcrübə məktəbi



6)

 

müəllimlərlə fərdi iş; 



7)

 

açıq dərslərin keçirilməsi; 



8)

 

elmi-pedaqoji konfranslar və pedaqoji mühazirələr; 



9)

 

rollu və işgüzar oyunlar



10)

 

pedaqoji situasiyaların modelləşdirilməsi və təhlili; 



11)

 

müəllimlərin yaradıcı hesabatları; 



12)

 

pedaqoji konsiliumlar və s. 



Məktəbdə  metodiki  işin  ən  geniş  yayılmış  formalarından  biri 

müəllimlərin  fənn  metodbirləşmələridir.  Metodbirləşmələr  fənn 

müəllimlərini və ibtidai sinif müəllimlərini birləşdirir. Metodbirləş-

mənin  optimal  tərkibini  4-5  nəfər  eyni  fənn  müəllimi  təşkil  edir. 

Böyük şəhər məktəbləri ayrıca və ya 2-3 kənd məktəbində birləşmiş 

metodbirləşmə yarada bilər. 

Metodbirləşmələrin  işinin  məzmunu  çoxcəhətlidir.  Onlar  tə-

lim-tərbiyə işinin və şagirdlərin biliklərinin keyfiyyətini yüksəltmək 

məsələlərini, təcrübə mübadiləsinin təşkili, qabaqcıl pedaqoji təcrü-

bənin  və  pedaqoji  elmin  nailiyyətlərinin  tətbiqi  məsələlərinə  baxır, 

yeni proqramların və dərsliklərin ən çətin bölmələrini və mövzuları-

nı müzakirə edir və s. 

Metodbirləşmənin  işi  xüsusi  plan  əsasında  həyata  kеçirilir. 

Planda yeni tədris ili üçün məqsəd və vəzifələr formalaşdırılır, əsas 

təşkilati-pedaqoji  tədbirlər  müəyyənləşdirilir  (kabinetlərin  tərtibati, 



 

505 


didaktik materialın ekspertizası, yoxlama yazı işlərinin mətnlərinin, 

mövzularının  təsdiqi  və  s.),  elmi-metodik  məruzələrin,  fənlər  üzrə 

açıq  dərslərin  və  sinifdənxaric  məşğələlərin  tеmаtikаlаrı  təsdiq 

olunur, şagirdlərin bilik, bacarıq və vərdişlərinə nəzarətin formaları 

və müddəti müəyyən edilir. 

Metodiki  işin  səmərəli  formalarından  biri  vahid  metodik  gü-

nün  (məktəbin  bütün  pedaqoji  işçiləri  üçün  rübdə  bir  dəfə)  keçiril-

məsidir.  Vahid  metodik  günlərin  mövzuları  qabaqcadan  müəllim-

lərə çatdırılır. 

Vahid  metodiki  günün işinin məzmununa daxildir:  açıq dərs-

lərin və sinifdənxaric işlərin keçirilməsi, onların geniş təhlili və mü-

zakirəsi,  yeni  metodik  ədəbiyyatın  xülasəsi,  metodiki  günə  yеkun 

vurulması (iclas, «dəyirmi masa» va ya «mətbuat konfransı» forma-

sında). Bu formalarda müəllimlər metodik mövzular üzərində işlərin 

yеkunlаrı  haqqında  çıxış  edir.  Məktəb  rəhbərləri  isə  keçirilən  təd-

birin ümumi təhlilini aparır və ona qiymət verirlər. 



Problem  seminarlar  və  praktikumlar  müəllimlərin  nəzəri 

va praktiki hazırlığının vəhdətdə aparılmasına yönəldilmişdir. Müa-

sir pedaqoji nəzəriyyələrin öyrənilməsi problem seminarların işinin 

məzmununu təşkil edir. Onların müzakirəsi  müəllimin  özünütəhsili 

işinə çох kömək edir. 

Qabaqcıl  təcrübə  məktəbi  metodik  işin  forması  kimi  əsas 

etibarilə  fərdi və  kollektiv hamiliyin  məqsəd və  vəzifələrini  realizə 

edir.  Qabaqcıl  təcrübə  məktəbinin  əsas  məqsədi  təcrübəli  müəlli-

min, məktəb rəhbərlərinin az tacrübəli müəllimə metodiki köməyin-

dən  ibarətdir.  Belə  məktəbin  yaradılması  könüllülük  əsasında  baş 

verir. 


Qabaqcıl təcrübə məktəbi strukturunda gənc müəllim məktəbi 

də  yaradıla  bilər.  Gənc  müəllimlər  təcrübəli  müəllimin  və  ya 

məktəb rəhbərlərindən birinin rəhbərliyi altında birləşirlər. İş xüsusi 

plan əsasında aparılır. Plana dərsin və sinifdənxaric işin məqsədinin 

qoyulması  qaydası  və  metodikası,  sinif  rəhbərinin  işinin  planlaşdı-

rılması xüsusiyyətləri və s. kimi məsələlərin müzakirəsi daxil edilir. 

Məktəblərə eksperimentlərin təşkili ilə bağlı müəyyən hüquq-

ların  verilməsilə  əlaqadar  olaraq  problem  qrupların  (innovasiya 

qruplarının) fəaliyyəti geniş maraq doğurur. Müəllimlərin belə qru-

pu  həm  məktəb  rəhbərlərinin,  alim-pedaqoqların,  həm  də  müəl-




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə