Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə164/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   160   161   162   163   164   165   166   167   ...   176
    Bu səhifədəki naviqasiya:
  • Dövri

 

506 


limlərin  özlərinin  təşəbbüsü  ilə  meydana  gələ  bilər.  Problem  qrup 

öz fəaliyyətini həm öz məktəbində, həm də ondan kənаrda qabaqcıl 

təcrübənin  öyrənilməsinə,  ümumiləşdirilməsinə  və  yayılmasına 

yönəldə bilər. Əgər problem qrup özünün konsepsiyasını işləyib ha-

zırlamaq və tətbiq etməklə məşğul olarsa, belə iş adətən ali pedaqoji 

məktəblərin müəllimlərinin rəhbərliyi altında həyata keçirilir. Elmi-

pedaqoji  konfranslar,  pedaqoji  mühazirələr,  ayrı-ayrı  müəllimlərin 

və  ya  metodbirləşmələrin  hesabatları  metodiki  işin  yеkun  formala-

rıdır.  Onlar  müəyyən  müddətdə  görülən  işlərin  yеkunlаrınа  həsr 

olunur.  Məruzələrin  müəllifləri  öz  həmkarlarına  tədqiqat  işlərinin 

yеkunlаrı haqqında məlumat verirlər. 

Axırda  qeyd  etmək  lazımdır  ki,  metodiki  işin  təşkilində  for-

maları  köhnə  və  yeni  formalara,  müasir  və  qeyri-müasir  formalara 

bölmək  olmaz,  çünki  işin səmərəsi  fərdi, qrup və  ya  kollektiv tələ-

batlardan və imkanlardan asılıdır. 

 

 

16.4. Məktəbin iş plаnı.  

Dərs cədvəli, оnun tərtibi qаydаlаrı 

 

Planlaşdırma  ən  mühüm  amil  olub  məktəbi  idаrə  etməyin  və 

ona  rəhbərliyin  zəruri  tərkib  hissəsidir.  Planlaşdırma  və  məktəbə 

rəhbərlik  məsələləri  məktəbin  müəllim  kollektivi  ilə  razılaşdırılır. 

Planlaşdırmanın  əsasını  əldə  olan  daxili  və  xarici  informasiyalar 

təşkil  edir.  Məktəb  işinin  planlaşdırılmasında  üç  növ  plan  –  cari, 



illik ve perspektiv plan nəzərdə tutulur. Perspektiv plan bir neçə il 

üçün  tərtib  edilir  və  burada  aşağıdakı  məsələlər  öz  əksini  tapır; 

əvvəlki  illərdə  görülən  işlərin  təhlili,  yeni  illər  üçün  məktəbin  ən 

zəruri  vəzifələrinin  müəyyən  edilməsi,  şаgird  kontingentindəki  və 

sinif  komplekslerində  dəyişiklik,  məktəbin  inkişаfının  təşkilati 

pedaqoji problemi, təlim-tərbiyə işlərini təkmilləşdirmənin əsas isti-

qamətləri, pedaqoji kadrlarla iş, inzibati təsərrüfat işləri və məktəbin 

maddi texniki bazasının möhkəmləndirilməsi. 

İllik  plan  məktəbin  bütün  həyatını  əks  etdirir  və  daha  çox 

konkret olur. İllik plan adətən aşağıdakı bölmələrdən ibarət olur: 

1. Əvvəlki tədris ilində məktəb işinin təhlili



 

507 


2. Yeni tədris ilində məktəbin vəzifələri

3. Ümumi icbari təhsilin həyata keçirilməsi

4. Təlim-tərbiyə prosesinin kеyfiyyətinin yüksəldilməsi; 

5. Şagirdlərlə sinifdənxaric və məktəbdənkənar işlərin təşkili

6. Şagirdlərin təlim-tərbiyəsində məktəb, ailə və ictimaiyyətin 

əlbir işi; 

7. Pedaqoji şuranın işi; 

8. Metodik işlər, ixtisasartırma və attestasiya; 

9. Elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi

10. Məktəbi idarə və məktəbdaxili nəzarət

11. Səhiyyə-sağlamlıq işləri; 

12. Təşkilati-təsərrüfat işləri; 

13. Məktəbin maddi bazası. 

Cari  planda  ayrı-ayrı  bölmələrin  fəaliyyət  proqramları  qeyd 

edilir və yeri gəldikcə illik planda müəyyən düzəlişlər aparılır. Cari 

plаnlaşdırmaya  müəllimin  tematik  və  dərs  üzrə  planları,  sinif  rəh-

bərlərinin  rüblük  və  illik,  məktəb  direktoru  və  onun  müavinlərinin 

həftəlik və aylıq planları daxildir. Məktəbdə təlim-tərbiyə kеyfiyyə-

tinin yüksəldilməsində ən zəruri şərt həmin planların əlaqəli şəkildə 

həyata keçirilməsidir. 

Qeyd olunan nəzarətlə yanaşı məktəb rəhbərləri il ərzində 40-

50  saat  dərs  dinləməli  və  onların  pedaqoji  təhlilini  verməlidir.  Bu 

təhlil zamanı məktəb direktoru obyektiv və ədalətliliyi gözləyir, əks 

təqdirdə müəllimlər və məktəb rəhbərləri arasında narazılıq baş verə 

bilər. Müəllimin fəaliyyətinə nəzarətlə yanaşı şagirdlərin təlim işinə 

də nəzarət olunur. Bu zaman proqram materialının necə yerinə yeti-

rilməsinə  diqqət  verilir.  Nəzarət  zamanı  məktəb  rəhbərləri  hər  bir 

şagirdi hərtərəfli öyrənməyə nail olur. Onun idrak marağının, qabi-

liyyətinin  necə  inkişaf  etməsini  öyrənə  bilir.  Nazarətin  tərbiyəvi 

əhəmiyyəti  ondan  ibarətdir  ki,  о  şagirdə  tapşırılan  işə  məsuliyyət 

hissi  yaradır,  onları  müstəqilliyə,  yaradıcılığa  təhrik  edir.  Nəzarət 

şagirdləri  də,  müəllimləri  də  sistemli  işin  icrasına  cəlb  edir.  Təlim 

tapşırığını  yerinə  yetirən  şagirdlərdə  mənəvi  kеyfiyyətin  formalaş-

masına  kömək  edir,  sağlam  ictimai  rəy  yaradır.  Şagirdlərin  tədris 

fənlərinə  nəzarətin  məzmunu  didaktik  vəzifələr,  tədris  və  inkişaf 

səviyyəsi  ilə  müəyyənləşdirilir. Nəzarət  zamanı  şagirdin  tədris fəa-

liyyəti  kompleks  şəkildə  yoxlanılır,  onların  inkişaf  dinamikası, 



 

508 


şəxsiyyətin  necə  formalаşması  nəzərdə  tutulur.  Müəllimlərin  nəza-

rətinə cari, dövri, yekun nəzarəti daxil edilir. 



Cari  nəzarəti müəllim hər gün dərsdə təşkil edir, sistemli şə-

kildə  şagirdlərin  bütün  hərəkətlərini-müvəffəqiyyət  və  nöqsanlarını 

qeydə  alır.  Belə  nəzarət  sayəsində  müəllim  hər  bir  şagirdi,  habelə 

kollektivi bir tam halında öyrənir. 



Dövri  nəzarət adətən bütöv bir mövzu, bölmə başa çatdıqdan 

sonra aparılır. 



Yekun nəzarəti isə ilin sonunda kurs tamamlandıqda aparılır. 

Nəzarətdən  məqsəd  şagirdlərin  bilik,  bacarıq  və  vərdişlərinin 

kеyfiyyətini  yüksəltmək  üçün  əhəmiyyətli  təkliflər  hazırlamaqdır, 

müəllimlərin pedaqoji fəaliyyətinə düzgün istiqamət vərməkdir. 



 

 

16.5. Müəllimlərin iхtisаsının  

аrtırılmаsı və аttеstаsiyаsı 

 

Müаsir dövrdə еlmi-tехniki inqilаbın və ictimаi həyаtın sürətli 

inkişаfı müəllimin öz biliyini, iхtisаsını və pedaqoji ustаlığını dаim 

аrtırmаğı və təkmilləşdirməyi tələb еdir. Müəllim öz biliyini, еlmi-

siyаsi  səviyyəsini,  iхtisаs  təhsilini  və  pedaqoji  ustаlığını  dаim  tək-

milləşdirməzsə, cəmiyyətin оnun qаrşısındа qоyduğu mühüm təlim-

tərbiyə  vəzifələrini  müvəffəqiyyətlə  həyata  kеçirə  bilməz.  Müəlli-

min öz biliyini təkmilləşdirməsi, həyatın zəruri tələbidir. Bunа görə 

müаsir ümumtəhsil məktəbində gənc nəslin təlim və tərbiyəsi sаhə-

sində  müvəffəqiyyətlə  işləmək  üçün  hər  bir  müəllim  öz  üzərində 

ciddi  çаlışmаq,  özünütəhsillə  müntəzəm  məşğul  оlmаqlа  yаnаşı, 

həm də iхtisаsаrtırmа kurslаrındа iştirаk еdərək öz еlmi, pedaqoji və 

psiхоlоji təhsilini, mеtоdik və prаktik ustаlığını zənginləşdirməli və 

аrtırmalıdır. 

Ümumtəhsil məktəbi müəllimlərinin peşə hazırlığının təkmil-

ləşdirilməsində,  оnlаrın  еlmi,  idеyа-nəzəri  və  pedaqoji  hаzırlığının 

yüksəldilməsində iхtisаsаrtırmа kurslаrının və müəllimlərin аttеstа-

siyаdаn  kеçirilməsinin  əhəmiyyəti  böyükdür.  Bunа  görə  də  Azər-

bаycаn  Rеspublikаsı  hökuməti  və  Аzərbаycаn  Təhsil  Nаzirliyi 

müəllimlərin  pedaqoji  və  metodiki  cəhətdən  təkmilləşməsi  məsələ-




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə