121
Süfrəmizdəki loxmalar hamısı halaldır,
Yeyənlərə nur olur, çörəyimiz, aşımız!
Bektaşilkdə hər şeyin təməlində əxlaq və bilginin olması
zəruri sayılır və belə deyilir: “İslamın təməli gözəl əxlaqdır.
Əxlaqın təməli bilgidir, bilginin özü ağıldır”.
İnsanın mərifət, ədəb əxlaq sahibi olması üçün isə daim
oxuyub öyrənməsi tövsiyə edilir:
“Daim yaxşını, gözəli, doğrunu öyrənə bilmək üçün
oxuyun və oxudun”.
Mərifət günəşə, ağıl aya,
Elm ulduza bənzər, həm Aya
Gün doğar, ay dolanar, elm oxunar.
Bektaşilik maddə, cəhalət, nəfs və könül qaranlığına mübtəla
olanların aydınlanma yolunu da göstərir:
Maddə qaranlığı, ağıl nuru;
Cəhalət qaranlığı, elm nuru;
Nəfs qaranlığı, mərifət nuru;
Könül qaranlığı, eşq nuru ilə aydınlanır!
Bektaşilik başdan başa insana hədsiz sevgi və məhəbbətdir.
Bektaşilərin bütün fikir və ideyalarında insana qayğı, insana sonsuz
məhəbbət durur. “Yaradılanı sev yaradandan ötrü” ideyasından
irəli gələrək Bektaşi müdrikliyində deyilir:
“Allahını sevən bir insan bir kimsənin verdiyi üzüntüdən
sıxılmaz və qırılmaz. Cavan mərd odur ki, qırılmağa dəyər
kimsəni belə qırmaz!”. Bu fikridə insana nə qədər yüksək dəyər və
qiymətin bariz nümunəsini görürük.
Bektaşilik ağlını, təfəkkürünü işlədən düşünən insanı tələb
edir. Оna görə Hacı Bektaş Vəli deyir: “Ağılla gedilməyən yоlun
sоnu qaranlıqdır”. Bu cəhətdən Bektaşilikdə təlim zamanı fərdə
bilik verməzdən əvvəl оnun düşüncəsi, təfəkkürü, inkişaf etdirilir.
Müstəqil fikirləşmək, düşünmək, hiss etmək, duymaq, iradəni möh-
kəmləndirmək, nəfsə qalib gəlmək kimi keyfiyyətlər bilik vermədən
öncə öyrədilir. Bektaşilər buna “Qabını genişləndirmə” deyirlər.
Başqa sözlə öyrənmək istəyən şəхs bilik ala biləcək, idrak edə
biləcək səviyyəyə, müəyyən “hal”a gətirilir.
Bektaşilik “Sərimi verrəm, sirrimi verməm!” deyərək, sirr
saхlamağı, “Ayıbları örtücü ol” – deyərək başqasının eybini
122
açmamağı, qüsurunu yaymamağı tövsiyə edir.
Mərifətdir haqqı yaymaq;
Xətir almaq¸ xətir saymaq!
Sənə düşməz könül qırmaq;
İncinsən də incitmə sən.
deyərək könül sındırmamağı, “Ağır başlı ol”- deyərək səbirli
və təmkinli olmağı, “Bir olalım iri olalım, diri olalım!- deyərək
insanları birliyə, bərabərliyə səfərbər etməyi öyüdləmiş, “Kirləri
arıtan baxsana suya/ Üzü yerlərdə, göydə deyildir”- deyərək
insanları sadə, səmimi, təbii və təvazökar olmağa, “72 millətə eyni
nəzərlə bax” - deyərək insanları irqindən, rəngindən, dinindən,
dilindən asılı olmayaraq bir birindən ayırmamağa, humanizmə,
bəşəri duyğulara, bütöv bir dünya insanı olmağa çağırmışdır.
Hacı Bektaş Vəli insanlara daim yaxşılıq etməyi, həmişə yaxşı
əməl sahibi olmağı öyüdləmişdir. O deyirdi: “Mənim üç dostum
vardır. Nə zaman ki, mən ölürəm birisi evdə qalır, birisi yolda
qalır, birisi isə mənimlə bərabər gəlir. Evdə qalan mənim ma-
lımdır, yolda qalan mənim yaxınlarım və ailə üzvlərimdir, mə-
nimlə gələn yaxşılıqlarım və əməllərimdir”.
Bu müdrik fikirlər Bektaşi mısralarından belə süzülüb
gəlmişdir.
Malım mülküm , sərvətlərim - hamısı evdə qaldı
Oğlum, qızım, əqrabam, getdiyim yolda qaldı
Dostlarımdan, birisi, məndən heç ayrılmadı
Allah üçün yapdığım yaxşılıqlar məndə qaldı.
Bu baxımdan Hacı Bektaş Vəli insanlara dünya malına sarı-
lanlara heç nə əldə etməyəcəklərini, sonunda onlara həsrətlə baxa-
caqlarını bildirir, mal-mülk toplamaq əvəzinə elm, bilik toplamağı,
mənəvi zənginliklərlə zənginləşməyi tövsiyə edərək yazırdı:
Dünyanın varlığına ey hirslə sarılanlar
Yeməyib, gətirməyib, yük altında qalanlar,
Başqasına qalırlar, həsrətlə toplananlar
Həsrətlə ayrılırlar axirətə yollananlar.
Bu fikirlərin davamı olaraq Bektaşilik insanoğlunun ən böyük
bədbəxtçiliyinin də aşağıdakılar olduğunu söyləyir:
1.Mal, mülk və mövqe hərisliyi; 2) Yalançılıq və boğazına
düşkünlük; 3) Qeybət, xəyanət, haqqı inkar və ədəbsizlik.
123
İnsanoğlunun xoşbəxtliyinin isə aşağıdakılar olduğu söylə-
nilir:
1. Doğru, dürüst olmalı; 2) Gözəl əməl sahibi olmalı;
3) Özünü kamilləşdirmək üçün göstərilən səy; 4) Haramdan
uzaq durmalı; 5) Hal əhli ilə söhbət etmək.
Beş ünsür də hər şeyin yazığı olduğunu göstərir:
1.
Günəşə qarşı yanan işıq; 2) Görməyən gözə qarşı
gözəllik; 3) Corat torpağa qarşı gözəl yağmur; 4) Qarnı toxa
qarşı xoş bir yemək; 5) Axmağa qarşı haqq sözü.
Bektaşi düşüncəsinə görə hər şey- xoşbəxtlik də, bədbəxtlik
də, insanın “mələk”, ya “şeytan” olması da öz əlindədir, hər şey
onun nüvəsində, kökündədir. Bu xüsusda Bektaşi belə deyir:
Ararsan Mövlanı özündə ara
Nə yerdə, nə göydə, nə masivanda
Adəm də sənsən, şeytan da sənsən
Pak eylərsən könlünü rəhman səndədir.
Bektaşilikdə qadına, onun hüquqlarına, təhsil almasına böyük
önəm verilir, “Qadın təhsil almalıdır” deyilir” və qadın - kişi
bərabərliyinə xüsusi diqqət yetirilir:
Kişi qadın sorulmaz məhəbbətin dilində
Haqqın yaratdığı hər şey yerli yerində
Bizim nəzərimizdə qadın kişi fərqi yox
Nöqsanlıq, əksiklik sənin görüşündə!
Bektaşilikdə insanın kamilləşməsinə xüsusi önəm verilmiş və
kamilliyə çatmağın da şərtləri müəyyənləşdirilmişdir. Həmin şərtlə-
rə əməl edənlər – “Mürşidi-kamil” adlanır və ya “Ata” kimi müqəd-
dəs ada layiq görülür. “Mürşid” və “Ata” haqqını ala bilmək üçün
aşağıdakı şərtlərə əməl edilməlidir: 1) Bilik sahibi оlmalı və bütün
davranışlarda islam qayda-qanunlarına əməl etməli; 2) Batini elmi
anlamalı. (İnsanın öz daxili aləmi ilə özünü təkmilləşdirmə ilə bağlı
elm); 3) Sakit və ağır təbiətli оlmalı; 4) Səxavətli, mərhəmətli və
comərd olmalı; 5) Şücaət sahibi olmalı (könlünü haqq-taalaya bağ-
lamalı); 6)Nəfsə uymamalı, şəhvət hisslərindən qorunmalı; 7) Dün-
yaya çox məhəbbət və ülfət etməməli, istəklərdən keçməli; 8) Kim-
səyə acı və zərər verməməli, hər zaman xeyirxah və yardımçı olma-
lı; 9) Yumşaq təbiətli, əffedici olmalı; 10) Gözəl əxlaq və mənə-
viyyat sahibi olmalı; 11) Özünə rəva bilmədiyini, başqasına da rəva
Dostları ilə paylaş: |