Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə152/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   148   149   150   151   152   153   154   155   ...   176

 

468 


liyyət göstərir. 

Həmin təşkilatlara rəhbərlik işini əsas etibarı ilə onların özlə-

rinin  seçdikləri  müvəkkillər  və  təşkilatlar  həyata  keçirir.  Məsələn; 

tədris-təlim kollektivinə-şagird komitəsi, şagird əmək kollektivinə - 

həmin kollektivlərin şuraları və müvəkkilləri; dərnəklərə, bölmə və 

klublara  isə  onların  seçdikləri  şuralar  və  səlahiyyətli  şəxslər  rəh-

bərlik edirlər. 

Ancaq bu heç də şagird kollektivinin işinə müəllimin pedaqoji 

rəhbərliyini istisna etmir. Uşaq kollektivləri öz işlərinin məzmun və 

məqsədini, təşkili formalarını, istiqamətlərini, həyata keçirmə üsul-

larını, metodikasını dəqiq müəyyənləşdirməkdə daha təcrübəli şəxs 

olan müəllimlərin köməyinə möhtacdır. 

Əks  halda  onlar  belə  məsələlərdə  müəyyən  səhvə  yol  verə 

bilərlər. Digər tərəfdən, şagird kollektivləri müəllimlərlə əlaqə sax-

lamasalar, öz işlərini onların tərbiyəvi təsiri ilə uzlaşdırmasalar, bir-

birinin köməkçisi olmazlar və hərtərəfli inkişaf etmiş  şəxsiyyət-lər 

yetişdirmək vəzifəsini lazımi səviyyədə yerinə yetirə bilməzlər. 

Uşaq  kollektivinə  səmərəli  rəhbərliyin  bir  mühüm  şərti  də 

şagird fəalları ilə müntəzəm iş aparmaqdan, “vəzifəli” şagirdlərə öz 

səlahiyyətlərini, işlərinin mahiyyətini və metodikasını dərindən başa 

salmaqdan ibarətdir. 

Bu  məqsədlə  şagird  kollektivi  orqanlarına  seçilmiş  uşaqlara 

təlimatlandırıcı  söhbət  və  seminarlar  təşkil  etmək,  məsləhətlər  ver- 

mək, onların  iştirakı  ilə kollektiv müzakirələr keçirmək, belə  uşaq-

lar arasında təcrübə mübadiləsi aparmaq kimi üsullardan geniş isti-

fadə edilməlidir. 

Ənənələrdə kollektivin ümumi zövqü və ictimai rəyi daha tam 

həyata keçirilir. Kollektiv mütəşəkkil, idarə orqanlarına malik, inti-

zamlı  və  məsuliyyət  hiss  edən  qrupdur.  Kollektiv  sağlam  bəşər 

cəmiyyətində  ictimai  orqanizmdir.  Kollektivin  gücü  ilə  uşaqlarda 

olan  yaxşı  cəhətləri  aşkar  etmək  olur.  Uşaqlarda  daha  yaxşı,  daha 

maraqlı  cəhətlər  layihə  halında  nəzər  almaq,  görmək  kimi  bacarıq-

ları tərbiyə edir. Kollektiv hər bir şagirddə gizli halda olan qurucu-

luq qüvvəsinin üzə çıxmasına, inkişaf etməsinə şərait yaradır. Odur 

ki,  kollektiv  üzvləri  kollektivin  mənafeyini  həmişə  üstün  tutmalı-

dırlar. 


 


 

469 


 

Suallar və tapşırıqlar 

 

1.

 



Şagird kollektivi nəyə deyilir? 

2.

 



A.S.Makarenko kollektivin hansı inkişaf prinsiplərini müəyyən 

etmişdir? 

3.

 

Şəxsiyyət  və  kollektiv  arasında  münasibətlərin  hansı  inkişaf 



modelləri vardır? Onları şərh edin. 

4.

 



Şagird şəxsiyyətinə kollektivin təsiri nədən ibarətdir? 

5.

 



Kollektivin hansı mühüm istiqamətlərini tanıyırsınız? 

6.

 



Kollektivin zəruri xüsusiyyətləri hansılardır? 

7.

 



Kollektiv haqqında alimlərin fikirlərini söyləyin. 

8.

 



Şəxsiyyətin tərbiyəsində şagird kollektivinin rolu nədən ibarət-

dir? 


9.

 

Kollektivin  şagird  şəxsiyyətinin  formalaşmasına  təsiribarədə 



açıqlama verin. 

10.


 

Şagird kollektivinin əlamətləri haqqında nə deyə bilərsiniz? 

11.

 

Kollektivin  mərhələlər  üzrə  formalaşması  texnologiyasının 



şərhini verin.  

12.


 

Kollektivin istiqamətləri və əlamətləri barədə danışın.  

13.

 

Kollektivin təşkilinə dair müxtəlif baxışlar barədə nə bilirsiniz? 



14.

 

Kollektivin səciyyəvi xüsusiyyətlərini göstərin. 



 

Ədəbiyyat 

 

1.



 

Abbasov A.N., Əlizadə N.Ə. Pedaqogika. Bakı, 2000. 

2.

 

Əlizadə  H.Ə.,  Qasımova  L.N.,  Əliyev  B.H.  Məktəbdə  tərbiyə 



işinin metodilası. Bakı, 1990. 

3.

 



Əliyev  P.B.,  Əhmədov  H.H.  Təhsil  müəssisələrində  tərbiyə 

işinin metodikası. Bakı, 2010. 

4.

 

Hüseynzadə  R.L.  Sinif  saatı  və  onun  təşkili  metodikası.  AMİ-



nin “Elmi əsərləri”, 1999, № 7. 

5.

 



Hüseynzadə  R.L.,  İsmayılova  M.C.  Tərbiyə  işi  və  onun 

metodikası (Dərs vəsaiti). Bakı: ADPU, 2012. 



 

 


 

470 


 

 

 

XV fəsil 

 

SİNİFDƏNXARİC VƏ MƏKTƏBDƏNKƏNAR  

TƏRBİYƏ İŞİ 

 

 

Əhatə olunan məsələlər: 

 

15.1. Sinifdənхаric və məktəbdənkənаr tərbiyə işinin mahiyyəti,    



məqsədi və məzmunu. 

15.2. Sinifdənхаric tərbiyə işinin fоrmаlаrı və təşkili prinsipləri. 

15.3. Sinifdənxaric işlərdə dərnəklərin yeri. 

 

 



 

471 


15.1. Sinifdənхаric və məktəbdənkənаr tərbiyə işinin 

mahiyyəti, məqsədi və məzmunu 

 

Pedaqoji  ədəbiyyatda  “sinifdənxaric  iş  və  “məktəbdənkənar 



iş” analışları tez-tez  işlədilir. Bəziləri  bu  ifadələri fərqləndirməkdə 

çətinlik çəkir, əksər hallarda onları sinonim anlayışlar kimi başa dü-

şürlər.  Halbuki,  aralarında  müəyyən  oxşar  cəhətlərin  olması  ilə 

yanaşı, fərqli xüsusiyyətləri də vardır. Oxşar cəhət budur ki, hər iki 

halda  tərbiyənin  ya  dərsə  qədər,  ya  da  dərsdən  sonra  (yəni  təlim 

fəaliyyəti çərçivəsindən kənarda) həyata keçirilir. Hər ikisi məktəb-

lilərlə aparılan ümumi tərbiyə işinin tərkib hissəsi və ya davamıdır. 

Fərqli cəhətləri isə aşağıdakılardır: 



Sinifdənxaric  iş  – məktəbin apardığı təlim-tərbiyə prosesinin 

zəruri  tərkib  hissəsidir.  Bu  işi  dərsdən  əvvəl  (əgər  dərslər  ikinci 

növbədə keçilirsə), yaxud dərsdən sonra (əgər dərslər birinci növbə-

də  keçilirsə)  ya  pedaqoji  kollektivin  üzvləri  (məktəbin  rəhbər  işçi-

ləri, fənn müəllimləri, sinif rəhbərləri və s.) ya da müхtəlif növ şa-

gird  özünüidarə  təşkilatları,  uşaq  və  gənclər  təşkilatının  rəhbərləri 

təşkil edib həyata keçirirlər. 

Sinifdənxaric  iş  prosesi  şagirdlərin  tədris  materialları  üzə- 

rində və onlar müəyyən fakt və hadisələri öyrənərkən əldə etdikləri 

bilik, bacarıq və vərdiş səylərini möhkəmlətməkdə böyük rol oyna- 

yır. Belə ki, məktəbdə təşkil olunan müəyyən xarakterik iş priyom- 

larının,  tərbiyələndirici  tədbirlərin  müstəqil  təşkilinə  xidmət  edən 

qabaqcıl  üsul  və  tərzlərin  tətbiqi  sinifdənxaric  iş  prosesində  daha 

geniş təzahür imkanlarını tapır. 

Bu  yönümdə  tərbiyələndirici  sinifdənxaric  tədbirlərə  yanaş- 



ma aşağıdakı istiqamətlərlə həyata keçirilməlidir: 

  Sinifdənxaric tərbiyəvi tədbirlər üzərində iş apararkən bu 

prosesdə müəllimin iştirakı bilavasitə təmin olunmalıdır; 

  Sinifdənxaric tədbirlərin gedişi, bir qayda olaraq, şagird- 

lərin fakt  və  hadisələri  müstəqil fəaliyyət  süzgəcindən keçirib,  mə-

lum və məchulları təhlil  etməsi,  nəticələri özlərinin  ümumiləş-  dir-

məsi,  tərbiyənin  mənbələri  üzərində  müstəqil  və  fərdi  qaydada  iş 

aparılması zəminində qurulmalıdır; 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə