Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə148/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   144   145   146   147   148   149   150   151   ...   176

 

455 


1)  Gənclər  təşkilatı  X-XI  siniflərin  rəhbərlərini  öz  yığın- 

caqlarına dəvət edir. Həmin yığıncaqlarda bir çox məsələlərin mü-

zakirəsi  keçirilir.  Buraya  təşkilatın  qarşısında  duran  vəzifələr,  işin 

məzmunu, fəaliyyətin daha da təkmilləşdirilməsi perspektivləri: he-

sabatı,  hesabat  seçkisi,  şagirdlərin  təlim  və  tərbiyəsi,  intizamı  ilə 

bağlı məsələlər və s. daxildir. 



2)  Konkret  şagirdlərin  tərbiyəsi  və  intizamı  ilə  əlaqədar  mə- 

sələnin müzakirəsi keçirilir



3) Bu və ya digər ümuməktəb tədbirinin hazırlanıb həyata ke-

çirilməsini təmin edir; 



4) Məktəblilərin asudə vaxtını və tərbiyəsini təşkil edir

5) Şagirdlərin məktəbdənkənar tədbirlərini keçirir

6) Ümumməktəb özünüidarə orqanlarının  yaradılması ilə əla-

qədar söhbət etmək, məsləhətləşmək məqsədi ilə sinif rəhbər- lərinə 

müraciət edir və s. 

Sinif rəhbərləri: 

1) sinif şagird kollektivinin təşkili

2)  bu və  ya  digər sinif  tədbirinin  hazırlanmasına kömək  gös-

tərmək; 


3) sinif özünüidarə orqanlarına seçkilərdə

4) şagird kollektivinin ictimai fəallıq qabiliyyətini yüksəltmək 

və s. məsələlərlə bağlı gənclər təşkilatına müraciət edirlər. 



 

Suallar və tapşırıqlar 

 

1.

 



Özünüidarəyə nələr daxildir? 

2.

 



Şagird özünüidarəsini necə təşkil etmək olar? 

3.

 



Sinif rəhbərinin məktəb, uşaq və gənclər təşkilatları ilə apardığı 

işin məzmunu nədən ibarətdir? 

4.

 

Şagirdlərin  tərbiyəsində  sinif  rəhbəri  və  gənclər  təşkilatının 



qarşılıqlı əlaqəsi hansı amillərlə şərtlənir? 

5.

 



Sinif rəhbəri hansı məsələlərlə bağlı gənclər təşkilatına müraciət 

edir? 


6.

 

Məktəb Uşaqlar birliyi və Gənclər təşkilatının birgə fəaliyyəti. 



7.

 

Şagird özünüidarənin tərbiyəvi tədbirləri. 



8.

 

Məktəbdə Uşaqlar birliyi və Gənclər təşkilatının işinin məzmunu. 



9.

 

Şagird özünüidarə orqanlarının məktəblilərin tərbiyəsində möv-



qeyi və rolu. 


 

456 


 

Ədəbiyyat 

 

1.



 

Ağayev Ə.Ə. Pedaqogika. Bakı: Adiloğlu, 2006. 

2.

 

Əliyev  P.B.,  Əhmədov  H.H.Təhsil  müəssisələrində  tərbiyə 



işinin təşkili. Bakı, 2006. 

3.

 



Hüseynzadə  R.L.,  M.C.İsmayılova.  Tərbiyə  işi  və  onun 

metodikası. Dərs vəsaiti. Bakı: ADPU, 2012. 

4.

 

Musayev  İ.V.  Müəllimin  və  sinif  rəhbərinin  peşə  fəaliyyətinin 



xüsusiyyətləri. Bakı,1996. 

5.

 



Qaralov Z.İ. Tərbiyə: prinsiplər, məzmun, metodika. (3 cilddə). 

Bakı: Pedaqogika, 2003. 

 

 

 

 

 

 



 

457 


 

 

 

XIV fəsil 

 

KOLLEKTİV VƏ KOLLEKTİVDƏ  

ŞƏXSİYYƏTİN TƏRBİYƏSİ 

 

 

Əhatə olunan məsələlər 

 

14.1.Kollektivin xüsusiyyətləri və əlamətləri. 

14.2. Şagird kollektivinin xüsusiyyətləri. 

14.3. Kollektivin mərhələlər üzrə formalaşması texnologiyası. 

14.4. Şəxsiyyət və kollektiv arasında münasibətlərin inkişaf 

modelləri. 

14.5. Şagird kollektivində şəxsiyyətin tərbiyəsi. 

 



 

458 


 

14.1. Kollektivin xüsusiyyətləri və əlamətləri 

 

Kollektiv  sözü latın sözü olub, “kollektivus”  sözündən götü-

rülmüşdür.  Kollektiv  mütəşəkkil  şəkildə  yüksək  səviyyədə  təşkil 

olunmuş insan qrupudur. 

Kollektiv  real  məkan  və  zamanda  mövcud  olan,  ictimai-fay-

dalı  məqsədlər  ətrafında  birləşən,  həmin  məqsədlərə  nail  olmaq 

üçün eyni (yaxud bir-biri ilə əlaqədar olan müxtəlif) istehsal prose-

sində fəaliyyət göstərən, özünüidarə orqanlarına (müvəkkillərə rəh-

bərlik və tabelik elementlərinə) malik olan, üzvlər arasında qarşılıq-

lı  məsuliyyətli  münasibətləri  bərqərar  edən,  fəaliyyət  məqsədlərini 

genişləndirib başqa kollektivlərlə üzvi əlaqə saxlayan və cəmiyyətin 

özəyini təşkil edən mütəşəkkil sosial qrupun yüksək formasıdır. 

Kollektiv dedikdə, bir sıra mühüm əlamətləri ilə fərqlənən şa-

girdlər  birliyi  başa  düşülür.  Kollektiv  -  ictimai-faydalı  məqsədlər 

ətrafında  birləşən,  özünüidarə  orqanlarına  malik  olan,  mütəşəkkil, 

sosial qrup formasıdır. 

Kollektiv çox mühüm xüsusiyyətləri ilə fərqlənir. Bunlar kol-

lektivdaxili  psixoloji  mühiti,  kollektivin  üzvləri  arasındakı  mü-na-

sibətləri əks etdirən xarakteristikalardır. Bu xarakteristikalardan biri 

kollektivin birliyi və mütəşəkkilliyidir. 

Yaxşı  təşkil  olunmuş  kollektivdə  qarşılıqlı  kömək,  qarşılıqlı 

məsuliyyət, xeyirxahlıq, sağlam tənqid, özünütənqid və yarış özünü 

göstərir.  Belə  kollektivlərdə  münasibətlər  sistemi  ictimai  və  şəxsi 

mənafelərin  ağlabatan  səviyyədə  əlaqələndirilməsi  ilə  müəyyən 

olunur. 

Kollektivin möhkəmliyi məhəbbət, dostluq və  yoldaşlıq kimi 

nəcib  insani  hisslərin  tərbiyəsi  ilə  təmin  olunur.  A.S.Makarenko 

kollektivdə  ənənələrin  olmasını  kollektivin  inkişafıının  səciyyəvi 

əlaməti hesab edir və ənənələri ictimai yapışqan adlandırırdı. 

Yüksək  həmrəylik  hissinin  formalaşması  şagirdi  kollektivin 

ümumi işində daha fəal şəkildə iştirak etməyə, kollektiv qarşısında 

öz məsuliyyətini dərk etməyə yönəldir. 

Bu  sistem  şəraitində  kollektivin  hər  bir  üzvi  öz  mənafeyini 

aydın və inamla ifadə edir. 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə