Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu


Tərbiyə  praktikasında  perspektivliyin  (praktik  məqsədin)



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə150/176
tarix04.11.2017
ölçüsü4,28 Mb.
#8330
növüDərs
1   ...   146   147   148   149   150   151   152   153   ...   176

 

462 


 

Tərbiyə  praktikasında  perspektivliyin  (praktik  məqsədin) 

növləri

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

Şagirdləri maraqlandıra biləcək praktik məqsədi A.S.Makarenko “perspektiv” 

adlandırırdı. Onun fikrincə, hər bir şagird üçün başa düşülən və dərk edilən 

perspektiv məqsəd səfərbəredici, maneələri aradan qaldıra bilən qüvvədir. Tərbiyə işi 

praktikasında A.S.Makarenko perspektivliyin üç növünü (yaxın, orta və uzaq) 

fərqləndirirdi. 

 

 

YAXIN PERSPEKTİV 



 kollektivin inkişafının hər hansı bir 

mərhələsində irəli sürülə bilər. Bu 

perspektivə verilən əsas tələb ondan 

ibarətdir ki, o,  şagirdlərin şəxsi 

maraqlarına əsaslanmalıdır. Yaxın 

perspektivliyin yüksək səviyyəsi  

kollektiv əməyin gətirəcəyi perspektiv 

sevincdədir.. 



 

 

ORTA PERSPEKTİV 



 bir qədər uzun müddətdə hazırlanması 

və həyata keçirilməsi nəzərdə tutulan 

kollektiv hadisədir. Bu perspektivə 

daxildir: məktəb bayramlarının 

keçirilməsi; ədəbi gecələrin 

hazırlanması və keçirilməsi və s. 

 

 

UZAQ PERSPEKTİV 

 sosial əhəmiyyətlidir və qoyulan məqsədə çatmaq üçün xeyli səylər tələb edir. Belə 

perspektivlərdə şəxsi və ictimai tələbatlar mütləq uyğunlaşdırılır. Bu perspektivlik o 

zaman yaxşı nəticə verə bilər ki, kollektiv fəaliyyətdə başlıca yeri əmək tutsun, 

qarşıdakı məqsədə çatmaq üçün kollektiv səylər göstərilsin. 



 


 

463 


14.4. Şəxsiyyət və kollektiv arasında münasibətlərin 

inkişaf modelləri 

 

Elmi  tədqiqatlar  şəxsiyyət  və  kollektiv  arasında  münasibət- 

lərin inkişafının geniş yayılmış üç modelini fərqləndirir. 

 

Şəxsiyyət  və  kollektiv  arasında  münasibətlərin  inkişafının 



modelləri

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

I  modelə  görə,  şəxsiyyət  kollektivin  tələblərinə  təbii  şəkildə 

və könüllü tabe ola bilər, habelə kollektivə xarici qüvvə kimi güzəş-

tə gedə bilər, ona zahirən, formal tabe olmaqla özünün müstəqilliyi-

ni saxlamağa çalışa bilər. Əgər şəxsiyyət kollektivə daxil olmaq is-

təyirsə,  o,  kollektivin  dəyərlərinə  meyllidirsə,  onları  qəbul  edir. 

Kollektiv  şəxsiyyəti  öz  həyatının  normalarına,  dəyərlərinə  və 

ənənələrinə tabe edir. 

II modeldə hadisələrin inkişafı müxtəlif yollarla ola bilər: 

1) Şəxsiyyət zahirən kollektivin tələblərinə tabedir, amma da-

xili müstəqilliyini saxlayır. 



2)  Şəxsiyyət  müqavimət  göstərir,  konfliktə  girir.  Şəxsiyyətin 

kollektivə,  onun  norma  və  dəyərlərinə  uyğunlaşma  motivləri  müx- 

təlifdir. 

Belə  hallarda  məktəbli  kollektivin  norma  və  dəyərlərini  an- 

caq  zahirən  qəbul  edir,  ondan  gözlənilən  fikri  söyləyir,  müxtəlif 

III MODEL 

 

II MODEL 

 

ŞƏXSİYYƏT VƏ KOLLEKTİV 



OPTİMAL 

MÜNASİBƏTLƏRDƏDİR

ŞƏXSİYYƏT KOLLEKTİVİ ÖZÜNƏ 

TABE EDİR. 



I MODEL 

ŞƏXSİYYƏT KOLLEKTİVƏ TABEDİR. 



ŞƏXSİYYƏT VƏ KOLLEKTİV ARASINDA MÜNASİBƏTLƏRİN 

İNKİŞAF MODELLƏRİ 


 

464 


situasiyalarda  kollektivdə  qəbul  edilmiş  ümumi  qaydaya  uyğun 

hərəkət  edir. Amma məktəb kollektivindən kənarda o, həm  də  mü-

hakimə  yürüdür  və  həm  də  başqa  cür  düşünür.  Belə  vəziyyət  mü-

vəqqəti, keçici olur. 



III  modelə  görə,  şəxsiyyət  və  kollektivin  qarşılıqlı  münasi- 

bətlərində  şəxsiyyət  kollektivi  özünə  tabe  edir.  Belə  ki,  yaradıcı 

şəxsiyyət,  onun  fərdi  təcrübəsi  bu  və  ya  digər  səbəblər  üzündən 

kollektivin üzvlərinin nəzərində cəlbedici ola bilər. 

Bu  cəlbedicilik  daha  çox  şəxsiyyətin  keyfiyyətləri,  mühaki- 

mə və hərəkətlərinin qeyri-adiliyi ilə şərtlənir. Bu halda kollektivin 

sosial təcrübəsi dəyişə bilər. Bu proses ikili xarakterdə ola bilər və 

həm  kollektivin,  həm  də  kollektivin  sosial  təcrübəsinin  zənginləş-

məsinə, həm də zəifləməsinə gətirib çıxara bilər. 

Şəxsiyyət  və  kollektiv  münasibətlərin  müxtəlifliyi  göstərilən 

modellərlə  bitmir.  Şəxsiyyətin  fəaliyyət  və  davranış  motivlərinin 

psixoloji mexanizmlərini bilməklə hər bir konkret münasibətin təh-

lilinə yanaşmaq lazımdır. 

Amerika psixoloqu C.Moreno iddia edir ki, şəxsi münasibətlər 

sistemində  insanın  vəziyyəti  cəmiyyətdə  var-dövləti  bölüşdürməyə 

bənzəyən  daimi  kəmiyyətdir  (miqdardır)  və  sosiodinamik  adlanan 

qanuna  tabedir.  Bu  qanunun  mahiyyəti  ondan  ibarətdir  ki,  hər  bir 

insan  anadan  doğularkən  gətirdiyi  özünəməxsus  xassəsinə  görə,  ya 

insanların rəğbətini qazanır, ya da insanları özündən uzaqlaşdırır. 

Yaxşı  ailələrdə  doğulub  boya-başa  çatmış  tərbiyəli  uşaqlar 

yaxşı xassələrə malikdirlər. Əlverişsiz, irsi xəstəliklərlə doğulan, pis 

tərbiyə  olunan  uşaqlarda  isə  mənfi  xassələr  çoxdur  və  ona  görə  də 

onlar  başqalarını  özlərindən  uzaqlaşdırırlar.  Bu  şəxsiyyətin  və 

kollektivin münasibətlərinin inkişafına təsir edir. 

Hər  hansı  bir  məktəb  kollektivində  onun  üzvlərinin  yaşından 

və  mütəşəkkilliyindən  asılı  olmayaraq,  orada  mikroqruplar  vardır 

ki, onlar bir-biri ilə qeyri-formal münasibətlərlə bağlıdırlar. 

Beləliklə,  sinif  kollektivinə  diqqət  artırılmalıdır,  ona  görə  ki, 

şəxsiyyətə göstərilən təsir vasitələri içərisində o, ən təsirli vasitələr-

dən  biri  olaraq  qalır.  Sinif  kollektivi  şəxsiyyəti  neqativ  yönümlü 

qeyri-formal  birliklərin  qorxulu  təsirindən  qorumaq  üçün  çox 

zaman yeganə vasitədir. 

 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə