Son 25 il ərzində partiyamız uğurla
inkişaf edib və bütün seçkilərdə - həm
parlament, həm prezident seçkilərində
böyük səs çoxluğu ilə qalib gəlib. Bu
gün Azərbaycanda bizim partiyamıza
rəqib ola biləcək hər hansı bir siyasi
qüvvə mövcud deyil. Yeni Azərbay-
can Partiyası, sözün əsl mənasında,
ümumxalq partiyasına çevrilibdir. Cə-
miyyətimizin bütün təbəqələri parti-
yamızda birləşib. Buna baxmayaraq,
biz həmişə qabağa baxmalıyıq və əldə
edilmiş uğurlarla kifayətlənməməli-
yik. Uğurlarımızın səbəblərindən biri
də məhz ondan ibarətdir ki, əldə edil-
miş uğurlar bizə əlavə stimul verir. Ça-
tışmayan cəhətləri aradan qaldırmaq,
sosial ədaləti daha da böyük dərəcədə
bərqərar etmək üçün biz bundan sonra
da fəal çalışmalıyıq…
Hesab edirəm ki, hər bir ölkə üçün
qonşularla münasibətlər xüsusi əhə-
miyyət daşıyır. Biz qonşu ölkələrimizlə
qarşılıqlı hörmət və inam əsasında çox
gözəl və işgüzar münasibətlər qura bil-
mişik. 30 oktyabr-1 noyabr tarixlərində
dörd qonşu ölkənin liderləri ilə mə-
nim görüşlərim olubdur və bu 2-3 gün
ərzində həm “Şərq-Qərb”, həm “Şi-
mal-Cənub” nəqliyyat dəhlizlərinin işə
salınması və inkişafı istiqamətində çox
önəmli hadisələr qeydə alınıbdır. Əgər
qonşu ölkələrlə bizim gözəl münasibət-
lərimiz olmasaydı, əlbəttə, bu layihələr
haqqında heç danışmağa da dəyməzdi.
Bu gün Azərbaycan haqlı olaraq Avra-
siya qitəsində nəqliyyat mərkəzlərinin
birinə çevrilmək əzmindədir və biz
bunu edirik. Nəqliyyat sahəsində tran-
zit ölkə statusunu almaq üçün mütləq
qonşularla isti münasibətlərin olmalı-
dır. Ona görə bu, xarici siyasətimizin
əsas prioritetidir və çox sevindirici
haldır ki, qonşu ölkələrlə bizim heç bir
problemimiz yoxdur…
Ölkəmiz üçün çox böyük əhəmiy-
yət daşıyan iki istiqamət üzrə - ener-
getika və nəqliyyat sahələrinin gələ-
cək inkişafı ilə bağlı bizim çox aydın
hədəflərimiz var. Neft-qaz sahəsində
bütün vəzifələr icra edildi. “Azəri-Çı-
raq-Günəşli” kontraktının müddəti uza-
dıldı. “Cənub Qaz Dəhlizi”nin icrası da
uğurla gedir. Əminəm ki, gələn il biz
TANAP layihəsinin açılışını qeyd edə-
cəyik.
Bütövlükdə “Cənub Qaz Dəhlizi”-
nin tamamlanması 2020-ci ildə nəzərdə
tutulur. Mən burada da heç bir problem
görmürəm. Sadəcə olaraq biz qrafik üzrə
getməliyik. Avropa İttifaqı da Azərbay-
canı bu layihənin həyata keçirilməsində
aparıcı ölkə kimi tanıyır. Doğrudan da
bizim bu layihənin icrasında rolumuz
danılmazdır və aparıcıdır.
Nəqliyyat sahəsində. Bakı-Tbili-
si-Qars dəmir yolunun istifadəyə veril-
məsindən sonra əsas səylərimiz onunla
bağlı olacaq ki, biz yüklərin həcmini
artıraq. İndi biz bu məsələ üzərində ça-
lışırıq. Bununla yanaşı, “Şimal-Cənub”
nəqliyyat dəhlizinin yaradılması is-
tiqamətində əlavə addımlar atılmalıdır.
Biz öz ərazimizdə demək olar ki, bütün
işləri gördük. İndi bu layihənin tamam-
lanması üçün əlavə texniki və maliyyə
resurslarımızı ortaya qoymağa hazırıq.
Beləliklə, bu iki layihə Azərbaycanı
əvəzolunmaz nəqliyyat mərkəzinə çe-
virəcək. Bu, bizim həm siyasi, həm iqti-
sadi maraqlarımızın təmin edilməsində
çox mühüm rol oynayacaq.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
(Noyabrın 14-də Bakıda, Heydər Əli-
yev Mərkəzində Yeni Azərbaycan Parti-
yasının yaradılmasının 25 illiyinə həsr
edilmiş təntənəli yubiley mərasimindəki
nitqindən)
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
Qiyməti 50 qəpik
22 noyabr 2017-ci il № 81-84 (9175)
www.seanews.az
QƏZET
1931-ci ildən
nəşr olunur
QƏZET
1931-ci ildən
nəşr olunur
BU SAYIMIZDA
“Dünya Dənizçilik UniversitetinDə
oxUmaq asan olmasa Da... "
BakıDa Beynəlxalq transxəzər
nəqliyyat marşrUtUnUn inkişaf
perspektivləri müzakirə olUnUB
Bakıda “Beynəlxalq
Transxəzər Nəqliyyat
Marşrutu” Beynəlxalq
Assosiasiyası Hüquqi Şəxslər
Birliyinin (BTNM BA HŞB)
ümumi yığıncağı keçirilib.
karyeraya geDən yolDa
Dil önəmli vasitəDir
“Zığ” Gəmi Təmiri və
Tikintisi Zavodu təkmilləşir.
Sənaye müəssisələri-
nin paytaxtın mərkəzin-
dən köçürülməsi ilə bağlı
Dövlət Proqramına uyğun
olaraq Bulvar ərazisində
yerləşən “Paris Kommuna-
sı” və “Zaqfederasiya” kimi
tanınan gəmi təmiri zavodları sökülüb, Zığ şosesi yaxınlığında
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
QSC-nin strukturu olan “Zığ” Gəmi
Təmiri və Tikintisi Zavodu inşa edilib.
Dəniz akaDemiyasınDa mülki
müDafiə üzrə təlim keçiriliB
Müsahibimiz
“Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi”
QSC-nin istedadlı və
perspektivli gənclə-
rin xarici ölkələrin
aparıcı dənizçilik
universitetlərində
təhsil alması məqsədi
ilə təsis etdiyi Təqaüd
Proqramının qalibi,
hazırda proqram üzrə Dünya Dəniz-
çilik Universitetində (World Mariti-
me University) təhsil alan Nərminə
Cabbarovadır.
Fəridə Abdullayeva: “Nə qədər
çox aktiv və sürətli olsanız,
həmişə birinci olacaqsınız”
İstək olan yerdə hər şey etməyin
mümkün olduğunu düşünür. Amma
təkcə istəməklə hər şey əldə etmək
mümkün
deyil.
Fövqə-
ladə Hallar
Nazirliyinin
Mülki Müdafiə
Qoşunlarının
Mülki müdafiə
idarəsi Azərbaycan Dövlət Dəniz
Akademiyasında mülki müdafiə
üzrə nümunəvi təlim keçirib.
Noyabrın 16-17-də
Azərbaycan Dövlət Dəniz
Akademiyasında ənənəvi
“Dil-karyeraya gedən
yol” IV ümumrespublika
ali məktəblərarası tələbə
müsabiqəsi keçirilib.
Açılış mərasimində
Azərbaycan Dövlət Dəniz
Akademiyasının rektoru
Çingiz Əliyev müasir dövrdə
tələbə gənclərin karyera hazırlığında xarici
dillərin, xüsusilə də ingilis dilinin böyük rol
oynamasından danışaraq, bu müsabiqənin
əhəmiyyətini vurğulayıb.
səh. 3
səh. 6
“zığ” gəmi təmiri və
tikintisi zavoDU təkmilləşir
səh. 8
səh. 4
səh. 5
səh. 2
özünDən güclülərlə
Döyüşən xanım
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Azərbay-
canda neft yataqlarından sənaye
üsulu ilə iki milyardıncı ton neftin
hasil edilməsi münasibəti ilə neft
və qaz sənayesinin inkişafında
xidmətlərinə görə bir qrup neftçini
təltif edib.
Ölkə başçısının imzaladığı sərən-
camlara əsasən 1 nəfər “Şöhrət” ordeni,
2 nəfər 2-ci dərəcəli “Əmək” ordeni, 12
nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 48
nəfər “Tərəqqi” medalı ilə təltif olunub,
3 nəfərə Azərbaycan Respublikası Pre-
zidentinin fərdi təqaüdü verilib.
Həmçinin neft və qaz sənayesinin
inkişafında xidmətlərinə görə 8 nəfər
“Əməkdar mühəndis”, 1 nəfər “Əmək-
dar hüquqşünas” fəxri adına layiq gö-
rülüb.
Mükafatlandırılanlar arasında neft
sənayesinin inkişafında xüsusi rolu
olan “azərbaycan xəzər Dəniz gə-
miçiliyi” qsc-nin əməkdaşları da
var. Həmin dənizçilərin bəziləri hələ də
fəaliyyətini davam etdirir. Onları tanı-
yaq…
fuad qurbanov – “AXDG” QSC-
nin “Bibiheybət” Gəmi Təmiri Zavo-
dunun baş mühəndisidir. Ömrünün 42
ilini neft və qaz sənayesinin inkişafına
həsr edib. Prezident İlham Əliyevin
sərəncamı ilə “Əməkdar mühəndis”
fəxri adına layiq görülüb.
aslan musayev – Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyinin sabiq əmək-
daşıdır. Uzun müddət hamiyəçi kapitan
işləyib. Ümumilikdə 65 il dənizçi kimi
fəaliyyət göstərib. Onun 55 ili sırf neft
sənayesi ilə bağlıdır. Prezidentin sərən-
camı ilə 3-cü dərəcəli “Əmək” ordeni
ilə təltif olunub.
gündüz qədimov – “Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhm-
dar Cəmiyyəti Xəzər Dəniz Neft Do-
nanmasına məxsus “General Şıxlinski”
gəmisində baş mexanikdir. 41 illik iş
təcrübəsi var. Prezidentin sərəncamı ilə
3-cü dərəcəli “Əmək” ordeninə layiq
görülüb.
kamil muxtarov – “Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin qa-
baqcıl kapitanlarından biridir. Hazırda
AXDG”QSC-nin Xəzər Dəniz Neft
Donanması “Sabit Orucov” gəmisi-
nin kapitanıdır. 40 ildir ki, dənizçilik
sahəsindədir. Prezidentin sərəncamına
əsasən “Tərəqqi” medalına layiq görü-
lüb.
adil şahgəldiyev – “Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin
Xəzər Dəniz Neft Donanması “Gene-
ral Əsədov” gəmisinin böyük mexa-
nikidir. 39 illik iş təcrübəsinə malikdir.
“Tərəqqi” medalı ilə təltif olunub.
Balaoğlan Dadaşev – “Azərbay-
can Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin
Xəzər Dəniz Neft Donanmasının Qara-
dağ Texniki Xidmət və Təmir Bazasının
6-cı dərəcəli gəmi təmiri çilingəridir.
44 ildir ki, bu sahədə çalışır. “Tərəqqi”
medalına layiq görülüb.
iki milyarDıncı ton neftin hasili münasiBətilə təltif
olUnanlar arasınDa gəmiçiliyin əməkDaşları Da var
“Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” Qapalı Səhmdar
Cəmiyyəti xarici sularda daha bir
gəmi istismara verib. Belə ki, “Qa-
fur Məmmədov” quru yük gəmisi
Xəzərdən kənarda yükdaşımalara
cəlb olunub. Bununla da Gəmi-
çiliyin Xəzərdən kənarda üzən
gəmilərinin sayı 12-yə çatdırılıb.
Onlardan 11-i quru yük gəmisi,
biri isə tankerdir.
“Qafur Məmmədov” gəmisi no-
yabrın 17-də səhər saatlarında yükləmə
əməliyyatı üçün Rusiya Federasiyasının
Taqanroq limanına yan alıb. Buradan isə
yüklə Türkiyənin İzmir limanına səfərə
çıxacaq. Azov, Qara və Aralıq dənizləri
hövzələrində üzəcək quru yük gəmisi-
nin istismarına nəzarəti, eyni zamanda
texniki xidməti “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” QSC-nin Türkiyədə-
ki “Caspdry” şirkəti həyata keçirəcək.
Dedveyti 5500 ton, uzunluğu
108,3, eni 16,5, saya oturumu 4,79
metr olan “Qafur Məmmədov” gəmisi
Gəmiçiliyin xaricdə quru yük daşı-
maları bazarındakı mövqeyini daha da
möhkəmləndirəcək.
Xatırladaq ki, Gəmiçiliyin xarici su-
lardakı fəaliyyəti uzun fasilədən sonra
2014-cü ildə prezident İlham Əliyevin
tapşırığına əsasən “Üzeyir Hacıbəyli”
və “Natəvan” gəmilərinin alınması ilə
bərpa edilib. Bu isə sözsüz ki, ölkəmizə
xarici valyutanın gətirilməsində, eyni
zamanda gəmiçiliyin inkişafında mü-
hüm əhəmiyyət kəsb edir.
gəmiçilik xarici sUlarDa fəaliyyətini genişlənDirir