Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan



Yüklə 5,14 Mb.
səhifə9/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   70
DAXİLİ YANMA MUHERİKİ

MÜHAZİRƏ 2.


Daxili yanma mühərriklərinin qazpaylama mexanizmləri

Qazpaylama mexanizminin vəzifəsi silindrlərə porşenin vəziyyətinə uyğun olaraq, havanın və ya yanıcı qatışığın verilməsini, işlənmiş (xaric) qazların silindrlərdən xaric edilməsini təmin etməkdir. Bunun üçün qazpaylama mexanizminin klapanları müəyyən anlarda silindrlərin başlığındakı sorma və xaricetmə kanallarını açıb-bağlamaqla mühərrikin silindrlərini sorma və xaricetmə boruları ilə əlaqələndirirlər. Klapanlı qazpaylama mexanizmi iki cür olur: silindrlərin başlığında yerləşdirilən asma klapanlı və blok–karterin yan tərəfində yerləşdirilən oturma klapanlı. Qazpaylama mexanizmi sorma və xaricetmə klapanlarından, onların yaylarından, qazpaylama valından, valdan klapanlara hərəkət ötürən hissələrdən və intiqal dişli çarxından ibarətdir.


Qazpaylama mexanizmi aşağıdakı kimi işləyir. Dirsəkli val dişliçarx, qayış və ya zəncir ötürməsi ilə qazpaylama valını fırladır. Valın hər bir yumruğu itələyicini və onunla birlikdə mili (ştanqanı) qaldırır. Mil ling (koromısla və ya çiyinlik) adlanan iki çiyinli dəstəyin bir uçunu qaldırarkən onun digər ucu enir. Aşağı enən çiyin yayı sıxır və klapan aşağı enərək açılır. Yumruğun çıxıntısı aşağıya doğru döndükdən sonra, mil itələyici ilə birlikdə aşağı enir, klapan isə öz yayının təsiri ilə yuxarı qalxıb və oturacağına enərək, kanalın deşiyini kip bağlayır.
Mühərrikin iş pirinsipinin əsasları izah edilərkən, göstərilmişdir ki, klapanlar ancaq porşenin Y.Ö.N. və A.Ö.N. –də açılıb bağlanırlar. Əslində isə silindrlərin işlənmiş qazlardan təmizlənməsini və təzə hava ilə doldurulmasını yaxşılaşdırmaq məqsədi ilə klapanlar, sadə mühərriklərdə göstərilən vaxtdan daha çox açıq qalırlar. Silindrlərin təzə hava (dizellərdə və birbaşa silindrə püskürməli benzin mühərriklərində) və ya yanıcı qarışıqla (karbüratorlu və sorma borusuna püskürməli benzin mühərriklərində) doldurulması və işlənmiş qazlardan təmizlənməsi dərəcəsi mühərrikin gücünə və qənaətlliyinə əsaslı təsir göstərir. Mühərrikin silindrlərinə daha çox hava və ya yanıcı qarışığın dolması üçün sorma klapanları porşen Y.Ö.N.
– nə çatmazdan (qabaqlama ilə) açılır və A.Ö.N. – ni bir qədər keçdikdən sonra (gecikmə ilə) bağlanır. Klapanların açılıb – bağlanma vaxtının dirsəkli valın dönmə dərəcəsi ilə göstərilməsi diaqramına qazpaylama faza diaqramı deyilir. Onlar cədvəl va ya dairəvi diaqram şəklində göstərilirlər. Dizel mühərriklərinin sorma klapanı bağlandıqdan sonra silindr daxilində hava sıxılır, yanma kamerasına yanacaq püskürülür, porşenin işçi gedişi başlanır. Silindrdən işlənmiş qazların çıxarılması, yəni xaricetmə klapanının açılması porşen A.Ö.N. – yə çatmağa məsələn, 60 dərəcə qalmış (dirsəkli valın dönmə bucağına görə) başlanır. Porşen A.Ö.N. –yə çatmamış işlənmiş qazların bir hissəsi xaric olduğuna görə, xaricetmə taktında porşen işlənmiş qazları itələyib çıxararkən, ona qarşı əks təzyiq qüvvəsi az olur. Xaricetmə klapanı porşen Y.Ö.N. –ni müəyyən qədər keçdikdən sonra bağlanır.
Xaricetmə taktının sonunda və sorma taktının əvvəlində hər iki klapan açıq olur. Buna silindrin üfürülməsi, bəzən də klapanların görüşməsi və ya bir–birini örtməsi deyilir. Silindrin üfürülməsi təmiz hava ilə xaric qazları üfürüb çıxarmaqla silindrlərin xaric qazlardan daha yaxşı təmizlənməsini təmin edir. Klapanların açılıb bağlanma anı qazpaylama valının yumruqlarının profilindən və eləcə də çiyinlik ilə klapanlar arasındakı araboşluğunun qiymətindən aslıdır.
Klapan. Klapan nimçədən və çubuqdan ibarətdir. Nimçədən çubuğa keçidin hamar (yuvarlaq) olması klapana lazımi möhkəmlik verməklə bərabər, istiliyin ötürülməsini yaxşılaşdırır və qazların hərəkətinə qarşı müqaviməti azaldır. Klapanın çubuğu cilalanmışdır. Klapan çubuğunun ucu möhkəmləndirilir ki, çiyinliyin təsiri nəticəsində yeyilmə az olsun. Lazımı kiplik əldə etmək üçün klapanın işçi səthini (faskasını) 1,5...2 mm enində kiplik kəməri alınana qədər oturacağa sürtüb, uyğunlaşdırmaq lazımdır. Əksər mühərriklərin klapanlarında faska 45 dərəcə bucaqla hazırlanır. Klapanlar yüksək temperatur şəraitində işləməklə bərabər, qazların yeyici təsirlərinə də məruz qalırlar. Onlar korroziya və yeyilməyə davamlı materriallardan hazırlanırlar. Əksər mühərriklərdə sorma klapanı xromlu, xaricetmə klapanları isə istiliyə davamlı poladdan hazırlanırlar.


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə