Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan



Yüklə 5,14 Mb.
səhifə8/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   70
DAXİLİ YANMA MUHERİKİ

Nazimçarx. Nazimçarxın vəzifəsi işçi gediş zamanı enerjini yığmaq, köməkçi taktlar zamanı dirsəkli valı fırlatmaq, valın fırlanmasının qeyri-müntəzəmliyini azaltmaq, dirsək-şatun mexanizm detallarının ölü nöqtələrdən keçməsi anını səlisləşdirmək, mühərrikin işə salınmasını və avtomobilin yerindən tərpədilməsini yüngülləşdirməkdir.
Nazimçarx adi boz çuqundan tökmə üsulu ilə hazırlanır. Birsilindrli, dördtaktlı mühərriklərdə nazimçarxın köməyinə daha çox ehtiyac var. Mühərrikin silindrlərinin sayı və sürəti (dirsəkli valın fırlanma tezliyi) artdıqca nazimçarxın kütləsi azalır.
Bir çox mühərriklərdə ağır çuqun diskdən ibarət olan nazimçarxın arxasında ilişmə muftasını yerləşdirmək üçün yonulmuş yer nəzərdə tutulur. Onun qabaq gövdəsində dərinləşmə yerləşir ki, bunun vasitəsilə də birinci silindrin porşeninin vəziyyəti təyin edilir. Bu dərinliyin nazimçarxın karterinin deşiyi ilə üst – üstə düşməsi zamanı silindrin birinci porşeninin vəziyyəti, müvafiq olaraq birinci silindrə yanacaq verilməsinin başlanma anı ilə bir vaxta düşür. Bir çox mühərriklərdə bu dərinliklə karterin deşiyinin üst –üstə düşməsi anı porşenin YÖN vəziyyətinə müvafiq gəlir. Bir sıra nazimçarxlarda silindrlərin nömrələri olan nişanlar qoyulur ki, bu vaxt sıxma taktı baş verir.
Karter. Karterin vəzifəsi: 1-mühərrik üçün bünövrə rolunu oynamaq; 2-dirsək-şatun mexanizminin hissələrini çirklənməkdən və xarici zədələnmədən qorumaq; 3- aşağı hissəsi vasitəsilə yağ saxlayıcı kimi istifadəyə imkan vermək. Mühərrikin karterinin aşağı hissəsi əsasən
ya boz çuqundan tökmə üsulu ilə, ya da qalınlığı 1…2 mm olan nazik polad təbəqəsindən tablama üsulu ilə hazırlanır. Alüminium ərintisindən hazırlanmış karterlər az yayılmışdır.

Yoxlama sualları


  1. İşlədilən yanacağın növünə görə porşenli DYM-nin hansı növləri var?

  2. Y.Ö.N. və A.Ö.N. dedikdə nə nəzərdə tutulur?

  3. Porşen üzükləri neçə cür olur və onların vəzifələri nədən ibarətdir?

  4. Porşen barmağının iş şəraiti ona hansı tələbləri qoyur?

  5. Nazimçarxın vəzifəsi nədən ibarətdir?

Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə