Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan


Asqıların vəzifəsi, sinifləri və onlara qoyulan tələblər



Yüklə 5,14 Mb.
səhifə63/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   59   60   61   62   63   64   65   66   ...   70
DAXİLİ YANMA MUHERİKİ

Asqıların vəzifəsi, sinifləri və onlara qoyulan tələblər


Aparıcı sistemlə avtomobilin körpüləri və ya təkərləri arasında elastiki əlaqə yaradan, aparıcı sistemə və təkərlərə ötürülən dinamiki yükləri azaldan, onların rəqs və titrəyişlərini söndürən və eyni zamanda hərəkət prosesində banın vəziyyətini nizamlayan quruluşlar kompleksinə asqılar deyilir.
Asqılar üç əsas hissədən ibarətdir: elastiki element (burada eyni zamanda eninə dəyanətlilik sabitləşdirici də daxildir), istiqamətləndirici və rəqssöndürücü (amortizator) quruluşlar.
Elastiki element şaquli qüvvələri ötürür, avtomobilin kələ-kötür dayaq səthi ilə hərəkəti zamanı yaranan dinamiki yüklərin səviyyəsini azaldır və bununla da avtomobilin lazımi hərəkət səlisliyini təmin edir.
İstiqamətləndirici quruluş ban ilə təkərlər arasındakı qüvvə və momentləri avtomobilin aparıcı sisteminə ötürür və təkərlərin aparıcı sistemə nəzərən hərəkət xarakterini müəyyən edir. Konstruksiyasından asılı olaraq istiqamətləndirici quruluş elastiki elementi təkərlərdən çərçivəyə (bana) ötürülən əlavə yüklərdən tam və ya qismən azad edir.
Rəqssöndürücü quruluş və eyni zamanda asqılardakı sürtünmələr avtomobilin ban və təkərlərinin rəqs və titrəyişlərinin söndürülməsini təmin edir. Bu zaman mexaniki enerji istilik enerjisinə çevrilir.


Шякил 1. МТЗ-80 тракторунун габаг оху:
1-бору тир; 2-бяркидижи бармаг; 3-дийирлянмя оху; 4-габаг брус; 5-дартыжы болтлар; 6- габаьа чыхан борунун кронштейни; 7-дюндярмя сапфасынын валы (ох мили); 8-асгынын йайы; 9- нимчявари йай; 10-тякярин йастыглары; сапфанын гайкасы; 12-дюндярмя сапфасы; 13-габаьа чыхан йумруг.

Asqılar aşağıdakı əlamətlərinə görə siniflərə bölünürlər:



  1. Elastiki xarakteristikalarının tipinə görə: sabit sərtlikli, dəyişən (proqressiv-reqressiv) sərtlikli, artan (proqressiv) sərtlikli.

  2. Təkərdə yaranan qüvvə və momentlərin ötürülmə üsuluna görə: ressorlu, ştanqlı, lingli. Lingli asqılar öz növbəsində bir və ikilingli olurlar.

  3. İstiqamətləndirici quruluşların tipinə görə: asılı (əlahiddə, balansirli), sərbəst (asılı olmayan).

  4. Ox mili (şkvoren) ilə təmin olunmalarına görə: ox milli (şkvorenli), ox milsiz (şkvorensiz).

  5. Elastiki elementin tipinə görə: metal (ressor, yay, torsion və kombinəedilmiş), qeyri- metal (pnevmatik, hidropnevmatik, rezin və kombinəedilmiş).

  6. Hərəkət müstəvisinin yerləşməsinə görə: şaquli, eninə, uzununa.

  7. Rəqssöndürücü quruluşun (amortizatorun) tipinə görə: lingli (mexaniki, hidravliki), teleskopik (bir və ikiborulu).

Asqılara qoyulan əsas tələblər bunlardır:

  1. Asqıların elastiklik xarakteristikası avtomobilin yüksək hərəkət səlisliyini təmin etməli, gediş məhdudlaşdırıcılarına zərbələri istisna etməli, döngədə meyllənmələrə, tormozlamada avtomobilin qabaq və sürətlənmədə isə arxa hissələrinin çökmələrinə əks təsir göstərməlidir.

  2. Asqıların kinematik sxemləri təkərlərarası məsafənin (koleyanın), ox millərin (şkvorenlərin) və idarəolunan təkərlərin quraşdırılma bucaqlarının mümkün qədər minimum dəyişməsini təmin etməlidir.

  3. İdarəolunan təkərlərin ox milləri (şkvorenlər) ətrafında rəqsi hərəkətini istisna etmək üçün təkərlərin yerdəyişmə kinematikasının sükan ötürməsinin kinematikasına uyğunluğunu təmin etməlidir.

  4. Ban və təkərlərin rəqslərinin söndürülməsini təmin etməlidir.

  5. Uzununa və eninə qüvvələrin, onların yaratdıqları momentlərin təkərlərdən bana və ya çərçivəyə etibarlı ötürülməsini təmin etməlidir.

  6. Asqıların elementlərinin, xüsusilə də ressoraltı hissələrin kütlələri az olmalıdır.

  7. Asqıların detallarının, xüsusilə də elastiki elementlərin (avtomobilin ən çox yüklənmiş detallarından biri kimi) möhkəmliyi və ömüruzunluğu kifayət qədər yüksək olmalıdır.


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə