Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan



Yüklə 5,14 Mb.
səhifə64/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   70
DAXİLİ YANMA MUHERİKİ

Asılı asqıların quruluşu. Ən sadə konstruksiya kimi iki yarımelliptik ressorlu asqıları misal göstərmək olar (şək.1a).
Körpünün bana nəzərən yerdəyişmə xüsusiyyəti ressorun parametrlərindən asılıdır. Çünki elastiki element olmaqla yanaşı ressorlar istiqamətləndirici quruluşun tərkib hissəsidir. Bu
konstruksiyada oynaqların sayı altıdır — hər ressor üçün üç ədəd. Uzununa qüvvə və reaktiv momentlər ressorlarla yanaşı, linglər (ştanqlar) və ya kardan borusu vasitəsilə də ötürülə bilər (aparan körpülərdə). Ressoraltı kütlə böyük olduğu üçün axırıncı üsul müasir avtomobillərdə tətbiq olunmur.
Əgər ressorun hər iki ucu çərçivəyə sırğalarla bərkidilirsə (şək.1b), onda tormoz qüvvəsi və momentlər (reaktiv və tormoz momentləri) ştanq 3 vasitəsilə ötürülür. Bu zaman ressorlar həmin yüklərdən azad olurlar. Ancaq belə asqıların konstruksiyaları mürəkkəbdir (oynaqların sayı 10-a qədər artır).
Əgər elastiki element kimi pnevmobalon 4 tətbiq edilərsə (şək.1c), onda elastiki element yalnız
şaquli yükləri ötürür. Ona görə də uzununa qüvvə və onun yaratdığı momentin ötürülməsi körpünün çubuğu (balkası) 7 ilə sərt və çərçivə ilə oynaqla birləşən ştanq həyata keçirir. Yan qüvvələr isə sol ucu çərçivəyə oynaqla birləşən ştanq 8 ilə ötürülür. Pnevmatik element kiçik sürtünmə ilə işlədiyi üçün asqı amortizatorla 5 təchiz olunur. Oynaqların sayına görə asqı sadələşir (dörd oynağa qədər azalır).
Asılı asqılar bir sıra çatışmamazlığa malikdirlər:

  • təkərlərdən biri şaquli istiqamətdə yerdəyişməyə məruz qalarsa, onda təkərlərarası məsafə

dəyişməsi
B baş verir, yan qüvvələr əmələ gəlir nəticədə avtomobilin dəyanətliliyi pisləşir,

  • ressoraltı kütlələrin böyük kütləyə malik olması (xüsusilə aparan körpülərin asqılarında). Bu mənfi cəhəti aradan qaldırmaq üçün baş ötürücünü 5 çərçivəyə bərkidirlər, ağır körpünü isə yüngül boruşəkilli eninə tirlə 7 əvəz edirlər. Əgər bunlarla yanaşı, tormoz mexanizmləri 3 təkərlərdən baş ötürücüyə keçirilərsə, onda ressoraltı hissələrin kütləsi lap az olur.

Asılı asqılardan idarəolunan körpülərdə istifadə olunan zaman bir sıra əlavə çatışmamazlıqlar meydana gəlir. Asqı çox yumşaq və təkərlərin mümkün yerdəyişmələri böyük olduqda bu mənfi cəhətləri özlərini daha kəskin büruzə verirlər. Başlıca çatışmamazlıq təkərlərdən birinin şaquli yerdəyişməsi zamanı hər iki təkərin meyllənməsidir. Bu maillikləri körpü və idarəolunan təkərlərin ox milləri (şkvorenlər) ətrafında bucaq yerdəyişmələrini əlaqələndirən jiroskopik momentlər yaradır, asqı yumşaq olduqda isə təkərlər təhlükəli rəqsi hərəkət edirlər (şimmi hadisəsi).



Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə