Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan



Yüklə 5,14 Mb.
səhifə67/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   70
DAXİLİ YANMA MUHERİKİ

MÜHAZİRƏ 23.


Təkərlər

Təkərlərin vəzifəsi güc qurğusunun çıxış valının fırlanma hərəkətini avtomobilin irəliləmə hərəkətinə çevirməkdir. Bununla yanaşı təkərlər aşağıdakı funksiyaları yerinə yetirirlər:



  • avtomobilin ağırlıq qüvvəsini yola ötürür,

  • yol səthində xarici uzununa reaksiya qüvvələri yaradaraq avtomobilin əyrixətli trayektoriya üzrə hərəkətini təmin edir,

  • yol kələ-kötürlüyünü dəf edərkən yaranan dinamiki yükləri yumşaldaraq avtomobilə ötürür.

Yerinə yetirdikləri funksiyalardan asılı olaraq təkərlər aşağıdakı növlərdə olurlar:

  1. Aparan təkər — həm saxlayıcı, həm də hərəkətverici element rolunu oynayır.

  2. İstiqamətləndirici (idarəolunan) təkər — həm saxlayıcı, həm də istiqamətləndirici element sayılır.

  3. Saxlayıcı təkər — yalnız saxlayıcı element funksiyasını yerinə yetirir.

  4. Kombinə edilmiş təkər — həm hərəkətverici, həm saxlayıcı, həm də istiqamətləndirici elementlərin funksiyalarını eyni vaxtda yerinə yetirir.

Təkər şindən, çənbərdən, topdan və topu çənbərə birləşdirən detallardan (disk və dəndələr) ibarətdir. Bu əlamətə görə təkərlər diskli və disksiz olurlar. Diskli təkərdə çənbərlə disk sökülməyən vahid element şəklində olur. Disksiz təkərdə isə dəndə topun bir hissəsi sayılır.
Bəzən çənbər və bərkitmə detalları ilə birlikdə birləşdirici elementdən ibarət olan konstruksiyaya da təkər deyirlər.
Təkərlər aşağıdakı əlamətlərinə görə siniflərə bölünürlər:

  1. Təyinatına görə: minik avtomobilləri üçün, ümumi təyinatlı yük avtomobilləri və avtobuslar üçün, yüksək keçicilikli avtomobillər üçün.

  2. Avtomobillərdə tətbiq olunan təkərlərin sinifləri onların tam kütlələrinə görə belə paylanır:

  • sinif 2 — tam kütləsi 2 t-a qədər,

  • sinif 3 — tam kütləsi 20 t-a qədər,

  • sinif 4 — tam kütləsi 20 t-dan çox,

  • sinif 5 — yüksək keçicilikli avtomobillər və qoşqular üçün.

  1. Konstruksiyasına görə:

  • diaqonal (təkərin qaçış hissəsinin ortasında iplərin maillik bucağı 45...60º hədlərində

olur),



  • dolaqlı-diaqonal (brekerdə iplərin maillik bucağı 60º-dən çox olur),

  • radial (karkasda ipin maillik bucağı 0º, brekerdə isə 65º-dən az olur),

  • nizamlanan təzyiqli ,

  • karkassız,

  • karkaslı-çıxarılan protektorlu.

  1. Kipləşdirmə üsuluna görə: kamerli, kamersiz.

  2. Profilinə görə:

- adi profilli (H/B=0.89, C/B=0.65 0.76),
- enli profilli (H/B=0.6...0.9, C/B=0.76 0.89),
- ensiz profilli (H/B=0.7...0.88, C/B=0.69 0.76),
- ən ensiz profilli (H/B=0.7, C/B=0.69 0.76),
- tağlı (H/B=0.39...0.5, C/B=0.9 1.0)
- pnevmosürüşkəc (H/B=0.25...0.39, C/B=0.9 1.0).

  1. Ölçülərinə görə:

  • böyük həcmi ölçülü (B 350 mm (14″), diametrdən asılı olmayaraq),

- orta həcmi ölçülü (B=200...350 mm (7 14″), d  457 mm (18″)),

  • kiçik həcmi ölçülü (B 260 mm (10″), d 457 mm (18″)).

  1. Təkərin topla birləşmə növünə görə: diskli, disksiz.

  1. Bir topa birləşdirilən təkərlərin sayına görə: bir təkərli, qoşa təkərli.

  2. Çənbərin tipinə görə:

    • sökülməyən (simmetrik, qeyri-simmetrik),

    • söküləbilən (sökülmə yerinə görə: ortasından və seqment tipli, sökülən elementlərin sayına görə: iki, üç, dörd və beş komponentli).

  1. Şinin bortlarının bərkidilmə üsuluna görə:

    • havanın təzyiqindən asılı olan,

    • havanın təzyiqindən asılı olmayan.

Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə