Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan


Şinin quruluşu, növləri və onlara qoyulan tələblər



Yüklə 5,14 Mb.
səhifə68/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   70
DAXİLİ YANMA MUHERİKİ

Şinin quruluşu, növləri və onlara qoyulan tələblər


Şinin əsas hissələri şək.1-də göstərilmişdir. Avtomobil şinlərinə aşağıdakı tələblər qoyulur:

  1. Diyirlənmə müqaviməti minimum olmalı.

  2. Radial istiqamətdə elastikliyi yüksək olmalı.

  3. Yol ilə kontakt səthində kiçik xüsusi yükə malik olmalı.

  4. Uzununa və yan istiqamətlərdə yol səthi ilə yaxşı ilişməyə malik olmalı.

  5. Yana aparmaya qarşı maksimum müqavimət göstərməli.

  6. Yeyilməyə qarşı davamlı olmalı.

  7. Deşilmə və digər zədələnmələrə əks təsir göstərməli.

  8. Avtomobilin hərəkəti zamanı səs əmələ gətirməməli.

  9. Minimum kütlə və ətalət momentinə malik olmalı.

  10. Protektorun naxışları yol örtüyünün tipinə uyğun olmalı.

  11. Statik və dinamik balanslaşmalara görə standartın tələblərinə cavab verməli.

  12. Sökülüb-yığılması rahat olmalıdır.



Şək.1. Şinin radial kəsiyi: karkas 1, breker 2, protektor 3, yanlıq 4, bort 5, bortun ucu 6,
bortun özülü 7, bortun dabanı 8, bort lenti 9, bort məftili 10, örtük 11, doldurucu qaytan 12, H – şinin profilinin eni, H1 – bortun özülündən profilin üfüqi ox xəttinə qədər olan məsafə, H2 – üfüqi ox xəttindən ekvatora qədər olan məsafə, B – profilin eni, Bq – tac, R – protektorun əyrilik radiusu, D – şinin xarici diametri, d – şinin oturma diametri, h – protektor qövsünün əyintisi, c – bortların açılış eni, a – bortun eni.

Şək.2. Protektorun naxışları: a-yol tipli, b-universal, c-keçiciliyi artırılmış, d-qış tipli, breker 3, e-karxana tipli, f-qeyri-simmetrik.




Şək.3. Radial və kamersiz şinlər: a-radial, b-kamersiz, bort 1, protektor 2, karkas 4, kipləşdirici qat 5, ventil 6, çənbər 7

Protektor şinin en kəsiyinin üst hissəsində yerləşən və diyirlənmə zamanı yol səthi ilə kontakta girən qalın rezin qatına deyilir. Protektor nazik kanalaltı qatdan və şaxələnmiş qalın hissədən ibarətdir.


Breker protektorla karkas arasında yerləşən rezin və ya rezinləşdirilmiş kord qatına deyilir. Brekerin vəzifəsi karkası gücləndirmək, zərbə yüklərini yumşaltmaq, şinə təsir edən uzununa və eninə qüvvələrin daha müntəzəm paylanmasını təmin etməkdir.
Yanlıqlar karkasın yan divarlarını örtən və onu nəmlik və mexaniki zədələnmələrdən qoruyan rezin qata deyilir.
Bortlar şinin sərt hissələri olub onu təkərin çənbərində möhkəm saxlamağa xidmət edir. Bortun əsasını onun qanad adlanan hissəsi təşkil edir. Qanadın özü isə bort həlqələri olub bir neçə paralel sıralı polad məftil, rezin məftil və toxunma üzlükdən ibarətdir. Qanadlar kord qatlarının uclarını əhatə edirlər. Məftil həlqə bortun sərtliyini təmin edir, rezin məftil isə şinin en kəsiyinə lazımi forma verir. Kord qatlarının sayından asılı olaraq, bort bir, iki və hətta üç qanadla təmin oluna bilər. Bortların çənbərlə təmasda olan səthləri toxunma bort lentləri ilə mühafizə olunur.



Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə