Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan


Çənbərin quruluşu, növləri və onlara qoyulan tələblər



Yüklə 5,14 Mb.
səhifə69/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   70
DAXİLİ YANMA MUHERİKİ

Çənbərin quruluşu, növləri və onlara qoyulan tələblər


Çənbər şini öz üzərində saxlayan, ondan qəbul etdiyi yükləri təkərin topuna ötürür. Çənbər kənar hissələrdən (bu hissələr arasındakı məsafə çənbərin profilinin eninə (b) bərabərdir), rəfdən və şırımdan (simmetrik və qeyri-simmetrik) ibarətdir (şək.1). Kənar hissələr şinin bortları üçün yan dayaqlar rolunu oynayırlar. Rəf tangensial istiqamətdə qüvvələrin ötürülməsini təmin edən,
orta hissəyə doğru mailliyi olan (adətən 5±1º, kamersiz-radial şinlər üçün isə 15±1º ) və şinin bortlarının oturdulma yeri rolunu oynayan hissəyə deyilir.
Çənbərə qoyulan tələblər aşağıdakılardır:

  1. Konstruksiyası, sərtliyi və ölçülərinə görə tətbiq edilən şinlərə uyğun olmalı,

  2. Təkərin topuna etibarlı bərkidilməli.

  3. Möhkəmliyi və ömüruzunluğu yüksək olmalı.

  4. Minimum disbalans və ləngərlənmələrə malik olmalı.

  5. Minimum kütləyə və ətalət momentinə malik olmalı.

  6. Şinin asan sökülüb-yığılmasını təmin etməlidir.

Kamersiz şinlərdən istifadə olunduqda çənbərlərə əlavə tələblər qoyulur:

  1. Kamerli və kamersiz şinlər üçün eyni oturtma diametrinə malik olmalı.

  2. Əlavə kipləşdirici detallardan istifadə etmədən şinin etibarlı kipləşdirilməsini təmin etməli.

  3. İstismar şəraitində havanın təzyiqi minimum olduqda belə, şinin çənbərlə kip birləşməsini təmin etməli.

Yoxlama sualları


  1. Təkərlərin vəzifəsi nədir?

  2. Təkərlərin hansı növləri var?

  3. Təkərlərin hansı sinifləri var?

  4. Şinin hissələri hansılardır?

  5. Şinə hansı tələblər qoyulur?

  6. Breker nəyə deyilir?

  7. Protektor nəyə deyilir?

  8. Yanlıqlar nəyə deyilir?

  9. Çənbərin vəzifəsi nədir?

  10. Çənbərə hansı tələblər qoyulur?

Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə