Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə46/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   89

176
 
 
tüstü və maddələr. 
Atmosferin  təbii  çirklənməsinin  səbəbi,  təbii  fəla-
kətlər  (vulkan  püskürmələri,  zəlzələ,  fırtınalar,  meşə 
yanğınları və s.) havanın dəyişməsi, termal və üzvi mad-
dələrin parçalanmasından alınan qazlar, okeandan hava-
ya daxil olan karbon qazı, xloridlər, habelə şoran ərazi-
lərdən  sovrulan  duzlardır.  Ətraf  mühitin  çirklənməsi 
başqa mənbələr hesabına baş verir. Çirklənmə mənbələ-
ri, onu yaradan amillər barədə məlumat, həmçinin bu sa-
hədə  regional,  dövlətlərarası  əlaqələrin  yaradılması  bu 
problemi  yaradan  amilləri  vaxtında  aradan  qaldırmağa, 
ətraf  mühitə  dəyən  zərəri  minimuma  endirməyə  imkan 
verə bilər. Son vaxtlarda Fransanın Sakit okeanda nüvə 
sınaqlarının keçirilməsi ətraf dövlətlərinin ciddi narazlı-
ğına səbəb olunmuşdur. Bu məlumat bütün dünya ölkə-
lərində  böyük  narazılıqla  qarşılanmış  və  Fransa  hökü-
mətinə təzyiqlər göstərilmişdir. Həmçinin ətraf mühitin, 
atmosferin  çirklənməsi  ilə  nəticələnə  biləcək  başqa 
amillər  barədə  vaxtında  verilən  məlumatlar,  onun  ara-
dan qaldırılmasına xidmət edir. 
 
 
 
 
 
 
 
 
 
 


177
 
 
VII FƏSİL.  
ƏTRAF MÜHİT VƏ TƏBİİ EHTİYATLARIN 
QİYMƏTLƏNDİRİLMƏSİ FUNKSİYALARI VƏ 
NÖVLƏRİ 
 
1.
 
Ətraf mühit və təbii ehtiyatların qiymətləndiril-
məsi növləri; 
2.
 
Ətraf  mühit  və  təbii  ehtiyatların  qiymətləndi-
rilməsi funksiyaları; 
3.
 
Təbii  ehtiyatların  müxtəlif  növlərinin  qiymət-
ləndirilməsi üsulları; 
4.
 
Təbii kadastrlar; 
5.
 
Torpaq, meşə və su kadastrları. 
 
1. Ətraf mühit və təbii ehtiyatların 
qiymətləndirilməsi növləri 
 
Ətraf mühitdən səmərəli istifadə, planlaşdırma, 
ətraf  mühitdən  istifadənin  idarə  edilməsi,  habelə 
ekoloji-iqtisadi  şəraitin  öncə  görümü  (proqnozlaşdı-
rılması)  təbii  ehtiyat  potensialının  ekoloji-iqtisadi 
qiymətləndirilməsini əhatə edir. 
Təbii  mühit  insanların  həyat  fəaliyyətinə  təminat 
verməklə aşağıdakı funksiyaları yerinə yetirir: 
1)
 
insanın təbii artımına təminat yaradır; 
2)
 
təbii ehtiyatlarla təmin edir; 
3)
 
tullantıları  və  çirklənməni  assimilyasiya  edir 
(neytrallaşdırır); 
4)
 
bir  çox  xidmət  sahələrinə  təminat  yaradır:  rek-
reasiya-istirahət, müalicə mənbəyi, estetik və s. 


178
 
 
Göstərilənlərlə  yanaşı  heç  bir  iqtisadi  sistem  (nə 
bazar,  nədə  qiymətləndirmə)  bu  funksiyaların  real  qiy-
mətini vermək qabiliyyətində deyildir. Keçmiş SSRİ-də 
uzun illər təbii sərvətlər pulsuz istifadə olunmuşdur, heç 
kimə də mənsub olmamışdır. Bu isə təbiətdən istifadədə 
israfçılığa  səbəb  olmuşdur.  Göstərilənləri  qiymətləndir-
mək üçün real qiymətlər lazımdır. O cümlədən, təbii ri-
fah  komponentlərini  də  qiymətləndirmək  lazım  gəlir. 
Lakin, həmişə təbii ehtiyatların qiymətləndirilməsi müs-
bət olmalıdır. Təcrübədə hər hansı bir rifahın “sıfır” qiy-
məti  də  ola  bilər,  əgər  onun  fiziki  itkisi  cəmiyyət  üçün 
həm bu gün, həm də gələcəkdə iqtisadi itki ilə müşayiət 
olunmursa. 
Təbii amilin əhəmiyyətini, rolunu nəzərə alaraq və 
dərk  edərək  təbii  ehtiyatların  payını,  iştirak  dərəcəsini 
təsərrüfat fəaliyyətində əməyin nəticələrində formalaşan 
dəyər  və  qiymət  göstəricilərini  aşkar  etmək,  müəyyən-
ləşdirmək, dəqiqləşdirmək, kəmiyyət amillərini təyin et-
mək zəruridir. Təbiət ehtiyatların qiymətləndirilməsi hər 
hansı  problemin  həll  edilməsində  alternativ  variantların 
seçilməsinə daha əsaslı imkan verə bilər. HES-lər ener-
jinin ən ucuz yolla alınmasında ən əlverişli mənbə hesab 
edilir. Lakin, hesablamalardan  məlum olur ki, geniş sa-
hədə su altında qalmış məhsuldar torpaqların ekoloji-iq-
tisadi  itkisi  (zərəri)  hiss  edilir  və  elektrik  enerjisindən 
alınan səmərədən çoxdur. 
Qiymətləndirilmiş təbii ehtiyatların milli sərvət-
lər  sırasına  salınması  məqsədəuyğun  sayılır.  Bir  çox 
qiymətləndirmələrə  görə  milli  sərvətlərin  40%-dən 
çoxu müasir statistikada nəzərə alınmır.  
BMT və bəzi ölkələrə iqtisadi inkişafın əsas göstə-


179
 
 
ricilərində “yaşıl” ölçmələr üçün cəhd göstərirlər. Xüsu-
sən,  yaşıl  hesabların  hazırlanmasına  başlanmış  və  ya 
ekoloji-iqtisadi  uçot  sistemi  tətbiq  edilir.  İnteqrallaşdı-
rılmış iqtisadi və ekoloji göstəricilər sistemi təklif edilir: 
-
 
humanitar  inkişaf  indeksi  (BMT),  normal  həyat 
üçün zəruri olan ömrün uzunluğunu, bilik səviyyəsini və 
təbii ehtiyatlara malik olmanın səviyyəsini nəzərə alır; 
-
 
sabit  iqtisadi  rifah  indeksi  (səmərəsiz  təsərrüfat-
çılığın ekoloji xarakterli xərclərini nəzərə alan kompleks 
göstərici). 
Sabit  iqtisadi  maddi  rifah  indeksinin  müəlliflərin-
dən biri Q.Dali göstərir ki, ekoloji “həqiqətlər” qiymət-
ləndirilməlidir. Real komponentləri makro və mikro sə-
viyyədə  iqtisadi  göstəricilərin  tərkib  hissəsi  kimi  qiy-
mətləndirmək lazımdır. 
Təbii  sərvətlərin  iqtisadi  qiymətləndirilməsi  – 
sərvətlərin  təsərrüfat  qiymətlərinin  pulla  ifadəsidir. 
Bu iki əsas funksiyanı yerinə yetirir: 
-
 
elmi  (nəzəri),  yəni  “nəyə  malikik,  nəyimiz  var-
dır?” sualına cavab verir; 
-
 
həvəsləndirici (stimullaşdırıcı). 
Təbii  ehtiyatlara  düzgün  qiymət  verməklə  bir  çox 
problemləri müvəffəqiyyətlə həll etmək olar, xüsusilə: 
-
 
təbii  ehtiyatların  istifadəsinin  variantlarının  növ-
bəlilik dərəcəsini seçməklə; 
-
 
təbii  ehtiyatlardan  səmərəsiz  istifadədən  dəyən 
zərəri  və  təbiəti  mühafizə  xərclərinin  effektini  (səmərə-
sini, xeyrini) qiymətləndirməklə; 
-
 
təbiətdən  səmərəli  istifadənin  stimullaşdırılması 
üzrə tədbirlərin əməli rolunu qiymətləndirməklə; 
-
 
təbii ehtiyatlardan istifadəyə, ətraf mühiti çirklən-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə