Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


yətində baş verən mənfi dəyişikliklər, habelə bu dəyi-



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə54/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   89

208
 
 
yətində baş verən mənfi dəyişikliklər, habelə bu dəyi-
şikliklərin nəticələrinin pulla qiymətləndirilməsi  ba-
şa  düşülür.  Ekoloji  zərər  və  onun  nəticələri  müxtəlif 
növlərdə və sahələrdə çirkləndirilmiş hava və sudan isti-
fadə  edən  insanların  səhhətinin  pisləşməsi  (ictimai  zə-
rər),  sənaye  tullantıları  ilə  (çirkləndirilmiş  torpaq  sahə-
lərinin kənd təsərrüfatı məhsuldarlığının azalması və s.) 
özünü göstərə bilər. Adətən, təbiətə vurulan zərər ölçü-
lən zaman əvvəlcə müəyyən dəyişikliklər (təbii göstəri-
cilərin  pisləşməsi)  aşkar  edilir,  sonra  isə  onlara  iqtisadi 
qiymət verilir. 
Ekoloji-iqtisadi  zərəri  aşağıdakı  düstur  şəklində 
göstərmək olar: 
U= Σ
i
U
t
 = ΣX
t
P

 
Burada  U
t
  –  i  amilinin  dəyişməsi  ilə  meydana  çı-
xan iqtisadi zərər
X
t
 – i amilinin natural həcmi
P
t
 – i amilinin pulla dəyəri. 
Təbiətin  mühafizəsi  üçün    iqtisadi  tədbirlərin  mü-
hüm məsələlərindən biri ekoloji itkinin minimuma endi-
rilməsidir.  Hazırda  ekoloji  təsiri  qiymətləndirməyə  im-
kan verən bir sıra üsullar mövcuddur. 
Onlar  iki  istiqamət  üzrə  daha  ətraflı  işlənib  hazır-
lanmışdır: 
1.
 
əmtəə  və  xidmətlərə  təsiri  qiymətləndirmək 
üçün mövcud (bazar) qiymətlərindən istifadə
2.
 
birbaşa  xərclərin  kəmiyyətindən  istifadəyə  əsas-
lanan qiymət. 
Birinci  üsulda  göstərilən  istiqamətlər  üzrə  ekoloji 


209
 
 
vəziyyət və ekoloji itkiləri əks etdirən natural göstərici-
ləri hesablamaq  mümkündür. Bu istiqamətlərin əsas üs-
tünlüyü, əmtəə və xidmətlərə təsiri qiymətləndirmək üçün 
bazar qiymətlərindən istifadənin mümkünlüyüdür. 
Atmosferin qaz tərkibinin dəyişməsi, dünya okean-
larının  çirklənməsi,  energetika  problemi,  əhalinin  ərzaq 
məhsullarına,  mineral  maddələrə  tələbatının  ödənilməsi 
və s. əsas problemlərdəndir.  
Təbiətdə  baş  verən  dəyişiklikləri,  əmələ  gələcək 
problemləri nisbətən  yumşaltmaq və tənzimləmək məq-
sədilə  ondan  istifadəni  proqnozlaşdırmaq  vacib  şərtlər-
dəndir.  Təbiətdən  istifadəni  əvvəlcədən  proqnozlaşdır-
maq  lazımdır.  Çünki,  bunu  etməklə,  təbii  ehtiyatlardan 
ardıcıllıqla, səmərəli istifadəyə şərait  yaradar, ətraf mü-
hitə dəyən zərəri azalda bilərik. Həmçinin, bu  yolla ha-
vanın,  suyun,  torpağın  çirklənməsinin  qarşısı  nisbətən 
alınar,  ekoloji  cəhətdən  təmiz  məhsul  istehsalına  şərait 
yaranar.  
Təbiəti  mühafizənin  proqnozlaşdırılması  hazırda 
və gələcək inkişafda təbii sərvətlərdən səmərəli və düz-
gün istifadəyə, ətraf mühitin zərərli maddələrlə çirklən-
məsinin qarşısını almağa şərait  yaradan əsas amillərdən 
hesab olunur. 
Hazırda  elmi-texniki  tərəqqinin  inkişafı,  onun  is-
tehsalata tətbiqi, yeni torpaq sahələrinin, meşə massivlə-
rinin,  su  hövzələrinin  istehsal  dövriyyəsinə  cəlb  olun-
ması  ətraf  mühitin  fəal  qarışıqlarla  çirklənməsini  sürət-
ləndirir. Son illərdə kənd təsərrüfatında gübrələrdən zə-
hərli kimyəvi maddələrdən səmərəli istifadə olunmama-
sı  üzündən  torpaq  örtüyü  müxtəlif  dərəcədə  eroziyaya 


210
 
 
uğramış, şorlaşmış,  qrunt suları kimyəvi  maddələr artı-
ğına  məruz  qalmışdır.  Ona  görə  də  hazırkı  şəraitdə  tə-
biətin  zərərli  maddələrlə  çirklənməsinin  qarşısının  alın-
ması vacib olmaqla, proqnozlaşdırma  yolu ilə müəyyən 
tədbirlər sisteminin işlənməsi və tətbiqi mühüm əhəmiy-
yət kəsb edir. Təbiəti mühafizə tədbirlərinin proqnozlaş-
dırılması məsələləri öyrənilərkən bir sıra amillərə xüsusi 
diqqət yetirilməlidir. Çirklənmə nəticəsində ziyan aşa-
ğıdakı səbəblərdən əmələ gəlir: torpaqdan istifadə me-
todlarının  tətbiqi;  gübrələrin  istifadəsi  və  tətbiqi;  bitki 
xəstəliklərinə və ziyanvericilərinə qarşı işlədilən zəhərli 
kimyəvi  maddələrin  tətbiqi;  heyvandarlıqda  təbiəti  mü-
hafizəsi  tədbirlərinin  olmaması;  sənaye  müəssisələrinin 
istehsal  təyinatından  asılı  olaraq  düzgün  yerləşdirilmə-
məsi; bir çox sənaye müəssisələrində tullantısız texnolo-
giyanın  tətbiq  edilməməsi;  istehsal  tullantılarının  təkrar 
emal edilməməsi; faydalı qazıntılardan istifadənin proq-
nozlaşdırılmaması və s. 
Bununla yanaşı, təbiətin mühafizəsi və sağlamlaş-
dırılmasını  proqnozlaşdırmaq  məqsədilə  aşağıdakı  təd-
birlərində  həyata  keçirilməsinə  xüsusi  əhəmiyyət  veril-
məlidir:  torpağın,  su  və  külək  eroziyasından  qorunması 
üçün  aqrotexniki,  hidrotexniki,  aqromeşə-meliorasiya 
tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi. 
Kənd  təsərrüfatı  bitkilərinin  ziyanvericilərinə  və 
xəstəliklərinə  qarşı  bioloji  mübarizənin  gücləndirilməsi 
üçün  tədqiqat  işlərinin  genişləndirilməsi.  Havanın,  tor-
pağın, suyun, heyvan və bitki aləminin mühafizəsi məq-
sədilə  zəhərləyici  maddələrdən  istifadə  məqsədilə  töv-
siyələrin işlənib hazırlanması və tətbiqi. Sənaye tullantı-


211
 
 
larının bioloji konversasiya üsulu ilə zərərsizləşdirilmə-
si,  hər  bir  regionda  nadir  bitki,  heyvan  növlərinin  sax-
lanması  üçün  müvafiq  tədbirlər  sisteminin  işlənilməsi, 
maye  yanacaqdan  istifadənin  yaxşılaşdırılması  və  onun 
ətraf mühitə buraxdığı zərərli qazların minimuma endi-
rilməsi üçün tədbirlərin işlənilməsi. Bərk yanacaqdan is-
tifadənin səmərəli formalarının tədqiq olunması. Təbiəti 
mühafizə  tədbirlərinin  proqnozlaşdırılması  fəal  qarışıq-
ların artmasının qarşısını alar, onun ətraf mühitə təsirini 
zəiflədə bilər, ona görə də bazar iqtisadiyyatının hazırkı 
mərhələsində təbii ehtiyatlardan istifadəyə, onun  müha-
fizəsi məsələlərinə xüsusi əhəmiyyət verilməlidir. 
 
3.  Atmosfer havasının çirklənməsi ilə əlaqədar 
iqtisadi ziyanın təyin olunması 
 
Atmosferin  yerüstü  qatının  müxtəlif  qaz  və  aero-
zollarından ibarət atmosfer havası Yer üzərində olan bü-
tün canlıların varlığının ən vacib şərtdir. Onun təsir gü-
cü insan və bütün canlı aləmlə  məhdudlaşmır. O, yerin 
torpaq-bitki  örtüyünə,  hidrosferə,  geoloji  mühitə,  elecə 
də müxtəlif texnogen obyektlərə (binalara, qurğulara və 
s.)  güclü  təsirə  malikdir.  Atmosferin  çirklənməsi  de-
dikdə,  onun  qaz  balansını  pozan  müxtəlif  fikizi  və 
kimyəvi  maddə  və  birləşmələrin  atılması  başa  düşü-
lür. Bu ətraf təbii və texnogen mühitə son dərəcə mənfi 
təsir edir. 
Atmosferi  çirkləndirən  bütün  mənbələr  iki  his-
səyə  bölünür:  təbii  və  antropogen.  Atmosferin  təbii 
çirklənməsi vulkan püskürməsi, tozlu qasırğalar və kos-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə