Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə57/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   89

219
 
 
dan  7,7-8,3  dəfə,  Ermənistandan  isə  3  dəfə  azdır.  Son 
yarım əsrə qədər müddətdə aparılan tədqiqatlar göstərdi 
ki, Kür, Araz çayları və onların əsas qolları Respublika-
mızdan  kənarda-Gürcüstan  və  Ermənistan  ərazilərində 
çirklənir.  Belə  ki,  Ermənistanın  100%,  Gürcüstan  30% 
ərazisi, Türkiyənin 31 min, İranın 40 min və Azərbayca-
nın  37  min  kv.km  sahəsi  Kür-Araz  hövzəsinə  aiddir. 
Yəni  Kür  çayına  188  min.  kv.  km,  Araza  isə  103  min 
kv.km ərazidən sənaye, kənd təsərrüfatı və məişət çirka-
bı,  müxtəlif  tullantılar  atılır.  Son  zamanlar  Kür-Araz 
hövzələri ilə əlaqədar olmayan və birbaşa Xəzər dənizinə 
tökülən  çaylarda  da  (Böyük  Qafqazın  şimal-şərq  hissəsi 
və Lənkəran  bölgəsindəki çaylarda) çirklənmə  müşahidə 
olunur.  Quba-Xaçmaz  bölgəsində  yerləşən  Qusarçay, 
Qudyalçay, Vəlvələçay, Qaraçay, Ataçay, Gilgilçay. Lən-
kəran  bölgəsində  yerləşən  Lənkəran  çay,  Viləşçay  və  b. 
Çaylar  yaşayış  məntəqələri  və  sənaye  müəssisələri  tərə-
findən aramsız çirklənməyə məruz qalır. 
 
Cədvəl 10. 
Təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirini 
xarakterizə  edən əsas göstəricilər 
 
 
2005 
2009 
2010 
2011 
2012 
Təbii mənbələrdən gö-
türülən su, mln.m

12050 
11425 
11566 
11779 
12484 
Su istehlakı, mln.m
3
 
8607 
7639 
7715 
8012 
8249 
Təmizlənməmiş  çirkab 
suların  sututarlara  atıl-
ması, mln.m
3
 
161 
171 
164 
223 
220 
Atmosfer  havasına  atı-
lan çirkləndirici maddə-
lər - cəmi, min ton 
1054,3 
997,0 
956,8 
1003,1 
1075,8 


220
 
 
O cümlədən: 
Stasionar mənbələrdən 
557,9 
300,0 
214,8 
224,0 
226,5 
Avtomobil 
nəqliyyatından 
496,4 
697,0 
742,0 
779,1 
849,3 
Yaranmış istehsal və is-
tehlak  tullantıları,  min 
ton 
2572 
2284 
2282 
2790 
3097 
İstifadə  edilmiş  və  zə-
rərsizləşdirilmiş  isteh-
sal  və  istehlak  tullantı-
ları, min ton 
771 
503 
476 
572 
665 
 
 
 
5. Torpaq ehtiyatlarının vəziyyətinin pozulmasının 
və çirklənməsi ilə bağlı iqtisadi ziyanının təyin 
olunması 
 
Torpaq, su ehtiyatından istifadə prosesində tex-
noloji rejimlərə əməl  edilməməsi,  məsələyə birtərəfli 
yanaşılması nəticəsində kənd təsərrüfatında həm nə-
zərdə  tutulandan  az  məhsul  istehsal  edilir,  həm  də 
ekoloji  tarazlıq  pozulur.  Gübrələnmə,  xəstəliklərə  və 
ziyanvericilərə  qarşı  işlədilən  zəhərləyici  kimyəvi  vasi-
tələr bir tərəfdən məhsul istehsalının artırılmasına, onun 
mühafizə olunmasına imkan yaradır, digər tərəfdən tor-
pağın,  ətraf  mühitin  çirklənməsinə  səbəb  olur.  Yaxud, 
torpaqların  meliorasiya  məqsədilə  Respublikada  sərf 
olunan  milyard  manatlarla  vəsait  bir  çox  regionlarda 
ekoloji  şərait  nəzərə  alınmadığına  və  işlər  (tədbirlər) 
aşağı keyfiyyətdə aparıldığına görə az fayda verir. Bəzi 
hallarda isə  meliorasiya nəticəsində torpaqlar  şorlaşır  və 
bataqlıqlaşır. 
Torpağın  vəziyyətinin  ekoloji  qiymətləndirilməsi 
meyarının seçilməsi onun yerləşmə spesifikası, genezisi, 


221
 
 
həmçinin istifadə xüsusiyyəti ilə təyin edilir. 
Torpağın  vəziyyəti  qiymətləndirildikdə,  ekoloji 
uğursuzluq dərəcəsinin əsas göstəriciləri fiziki deqra-
dasiya,  kimyəvi  və  bioloji  çirklənmə  meyarları  hesab 
olunur. 
Ərazinin  ekoloji  vəziyyətinin  meyarlarından  biri 
torpağın  deqradasiyası  (eroziya,  deflyasiya,  təkrar  şor-
laşma,  şorakətləşmə,  bataqlaşma)  nəticəsində  istifadə-
dən çıxmış torpaq sahələri hesab edilir. Neqativ proses-
lər  (açıq  üsulla  faydalı  qazıntıların  əldə  olunması  və  ti-
kinti  işləri;  insan  tərəfindən  törədilən  su  eroziyası  və 
deflyasiya)  torpaq  horizontlarının  dağılmasına  səbəb 
olur, bu proses də torpağın deqradasiyası meyarı vəzifə-
sini görür. Torpağın strukturunun dağılması və bərkimə 
prosesinin  inkişafı  onun  kipliyini  artırır,  bu  da  torpağın 
deqradasiyası göstəricisinin mühüm meyarıdır. 
Fitotoksiklik  torpağın  çirklənməsinin  kompleks 
göstəricisi  sayılır  –  çirklənmiş  torpağın  xassələri  toxu-
mun  cücərməsini,  ali  bitkilərin  böyümə  və  inkişafını 
ləngidir (sıxışdırır). Buna test göstərici deyilir. 
Torpaq  mikroorqanizmlərinin  həyat  fəaliyyəti-
nin aşağı düşməsi bioloji deqradasiyanın əlaməti sa-
yılır. 
Torpaqda çirkləndirici maddələrin YVK-nın artma 
təkrarı  çox  olarsa,  onların  mütəhərrik  formalarına  görə 
qiymətləndirmək lazımdır.  
Ekspert qiymətləndirməyə  görə ekoloji fəlakət əra-
zisi üçün məhsuldarlığın azalması 75%-dən artıq, ekoloji 
böhran ərazisi  üçün isə  50.....75% qəbul  olunması təklif 
edilir (həmin ərazi və bitki üçün kompleks aqrotexniki və 


222
 
 
aqrokimyəvi tədbirlərin yerinə yetirilməsi şəraitində). 
Keyfiyyətə  görə  normativ  tələbata  uyğun  gəlmə-
yən  məhsulun  bir  hissəsi  (pestisidlərin  qalıq  miqdarı, 
toksiki elementlər, mikrotoksinlər, nitratlar, nitritlər) öy-
rənilən  ərazi  üçün  (torpaq,  hava,  səth  və  qrunt  suları) 
çirklənmə  dərəcəsinin  indiqatorunun  əlavə  göstəricisi 
sayılır. 
Torpağın vəziyyəti haqqında məlumat əsas göstəri-
cilər  və  çirkləndirici  maddələrin  tərkibi  üzrə  informasi-
yanı  əks  etdirən  ətraflı  tematik  kartoqrafik  materiallar 
şəklində təqdim edilməlidir. 
Cəmiyyət  ilə  ətraf  mühit  arasındakı  qarşılıqlı  mü-
nasibətlərdə optimal variant seçilməli, təbii sərvətlərdən 
istifadə etməklə bərabər atmosferin, suyun, havanın, tor-
pağın  və  s.  çirklənməsinin  qarşısını  alan  kompleks  təd-
birlər  görülməlidir.  Əgər  əkin  dövriyyəsinə  əvvəllərdə 
istifadəsi mümkün olmayan yeni torpaqlar cəlb edilirsə, 
əvvəlcə  həmin  torpaqların  yaxşılaşdırılması  üçün  elmi 
cəhətdən əsaslandırılmış meliorasiya işləri aparılmalıdır 
ki, ətraf mühitə ziyan dəyməsin, yeni meşələrin qırılma-
sına ehtiyac qalmasın, heyvanat aləmi dağılmasın, qrunt 
sularının səviyyəsi qalxmasın və s. 
Təbii  sərvətlərdən  səmərəli  istifadə  edilməsinə 
mənfi  təsir  edən  amillərdən  biri  də  torpaqdan,  sudan, 
meşədən, mineral maddələrdən istifadə işində müəssisə-
lərin  iqtisadi  marağının  olmaması  və  bu  səbəbdən  tə-
sərrüfat  fəaliyyətində  biganəliyə,  məsuliyyətsizliyə  yol 
verilməsidir. 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə