Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə56/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   89

215
 
 
landırırlar. Bu özünü  onda göstərir ki, turşulu yağıntıla-
rın yaranma və yağma rayonları arasında məsafə yüzlər-
lə və minlərlə ola bilər. Belə ki, Skandinaviyanın cənub 
hissəsində  yağan  turşulu  yağışların  əsas  səbəbkarı  Bö-
yük  Britaniyanın,  Belçikanın,  Hollandiyanın,  AFR-in 
sənaye  rayonlarıdır.  Kanadanın  Ontario  və  Kvaker  böl-
gələrində  bu  cür  yağışlar  ABŞ-ın  qonşu  rayonlarından 
gəlir. Atmosferin çirklənmədən və xüsusilə də zəhərlən-
mədən mühafizəsi ilə bağlı tədbirlər uzun müddətdir ki, 
aparılır.  Əvvəl  turş  sulu  yağıntılarla  mübarizə  məqsədi 
ilə İES-lərin tüstü bacalarını hündür tikməyə başladılar. 
Lakin təcrübə göstərir ki, bu üsulla yalnız ətraf əraziləri 
zərərli maddələrdən qorumaq mümkün olur. Məs: 100m 
hündürlüyü  olan  baca  tüstünün  yayılma  radiusunun  20 
km-ə qədər artırır. Atmosfer havasının çirklənməsindən 
dəyən iqtisadi ziyan aşağıdakı xərclərin cəmindən əmələ 
gəlir: xəstələnmələrin artması nəticəsindəki xərclər, əsas 
fondların  təmirinin  sayının  artması,  onların  xidmətinin 
azalması,  kənd  təsərrüfatı  torpaqlarının  məhsuldarlığı-
nın azalması, meşələrin məhsullarının azalması və s. Bu 
yanaşma çoxlu miqdarda ilkin informasiya tələb edir və 
iqtisadi ziyanı daha dəqiq təyin edir.  
 
4. Su hövzələrinin çirklənməsi ilə əlaqədar iqtisadi 
ziyanının təyin olunması 
 
Akademik  V.İ.Vernadski  yazmışdır:  ”Su  planeti-
mizin tarixində xüsusi yer tutur, elə bir təbii cisim yox-
dur ki, əsas möhtəşəm problemlərə su qədər təsir göstə-
rə bilsin. ”Su-Yer üzərində canlı orqanizmlərin mövcud-


216
 
 
luğunu təmin edən özünəməxsus mineraldır. 
Akademik A.P.Karpiniski yazır: Su ən qiymətli fay-
dalı sərvətdir. Su nəinki mineral xammal və kənd təsərrü-
fatının inkişafı üçün vasitədir. O həm də mədəniyyətin hə-
qiqi göstəricisi, həyatsız yerə dirilik gətirən canlı qandır. 
Su  obyektlərinin  çirklənməsinin  qiymətləndiril-
məsi meyarı. 
Səth  suları.  Təbii  və  antropogen  mənşəli  ekoloji 
pozuntu  zonalarının  formalaşması  müxtəlif  göstəricilər-
lə (kimyəvi, bioloji və s.) müəyyən edilir. 
Kifayət qədər uzun  müddət ərzində (1 ildən az ol-
mayaraq)  aparıcı  göstəricilərin  neqativ  qiymətlərinin 
stabil qalması sanitar-ekoloji  uğursuzluq  haqqında nəti-
cəyə  gəlməyə  əsas  verir.  Normadan  kənara  çıxma,  bir 
qayda  olaraq  bir  neçə  meyarla  müşahidə  edilir.  Bu  ba-
xımdan  su  mənbələrinin  və  içməli  suyun  patogen  mik-
roorqanizmlərlə  və  parazit  xəstəliklərin  törədiciləri  ilə, 
həmçinin  xüsusi  toksiki  (olduqca  təhlükəli)  maddələrlə 
çirklənməsi  müstəsnalıq  təşkil  edir,  belə  olduqda  sani-
tar-ekoloji  uğursuzluq  haqqında  bu  meyar  üzrə  nəticə 
çıxarmaq olar. 
Fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zona-
sını ayırdıqda su obyektlərinin təhlükəli çirklənmə dərə-
cəsini ümumi qiymətləndirmək üçün KZP-10-dan (kim-
yəvi  zəhərləmə  parametri)  istifadə  olunur.  Kimyəvi 
maddələrlə  çirklənmə,  hər  biri  yol  verilən  konsentrasi-
yadan (YVK-dan) dəfələrlə çox olan bir neçə maddələr-
lə müşahidə edilən ərazilər üçün bu göstərici xüsusən va-
cibdir. Bu yalnız fövqəladə ekoloji vəziyyət və ekoloji fəla-
kət zonası aşkar edildikdə hesablanır. 


217
 
 
Hesablama YVK-nı maksimum keçən 10 birləşmə 
üzrə aşağıdakı düsturla aparılır. 
 
KZP=C
1
/YVK
1
+C
2
/YVK
2
+C
3
/YVK
3
...+C
10
/YVK
10 
 
Burada, C
1, 
C
2, 
C
3....
C
10
 – suda kimyəvi maddələrin 
konsentrasiyası, (YVK – balıq təsərrüfatı üçün). 
KZP  –  10-nu  təyin  etdikdə  imkan  daxilində  maksi-
mum göstərici miqdarında su analizi aparmaq təklif olunur. 
Təhlil  olunan  zonaları  ayırdıqda  bakteriya  bir  sıra 
(fito və zooplankton, həmçinin ixtiofauna) üzrə göstəri-
cilərdən  istifadə  olunur.  Bununla  yanaşı,  suyun  toksiki 
dərəcəsini təyin etmək üçün inteqral göstərici – biotest-
ləşdirmədən istifadə edilir. 
Zonanın müəyyən ərazisi üçün təklif olunan göstə-
ricilərin parametrləri kifayət qədər uzunmüddətli  müşa-
hidələrin  (3  ildən  az  olmayaraq)  materialları  ilə  forma-
laşdırılır. 
Yeraltı sular. Yeraltı suların texnogen çirklənməsi 
miqyasını  təyin    etmək  üçün  V.M.Qoldberq  təbii  halda 
yeraltı suyun keyfiyyəti (C
t
), içməli su kimi istifadə edi-
lən  yeraltı  suda  çirkləndirici  maddələrin    yol  verilən 
konsentrasiyasından (YVK-dan) istifadə olunmasını tək-
lif etmişdir. Yeraltı suların çirklənmə miqyasının səciy-
yələndirilməsində  çirklənmə  sahəsinin  (F)  ölçüsü  də 
mühüm  əhəmiyyət  daşıyır.  Beləliklə,  yeraltı  suların 
çirklənmə  vəziyyəti  iki  göstərici  ilə    -  yeraltı  suların 
keyfiyyəti  (C)  və  çirklənmənin  sahəsi  (F)  ilə  ifadə  olu-
nur.  Bunun  əsasında  yeraltı  suların  vəziyyətində  dörd 
səviyyə (sinif) ayrılır: 


218
 
 
1.
 
Nisbətən  əlverişli  (norma).  Yeraltı  suyun  key-
fiyyəti, əsasən, C
t
 ilə müqayisə oluna bilər və ya onu bir 
qədər keçə bilər, lakin YVK-nın çərçivəsindən çıxa bil-
məz, yəni C
t
mur və ya kiçik ölçüdə olur (F<0,5 km
2
); 
2.
 
Daima neqativ dəyişkənlik meyli müşahidə olu-
nur (risk sinfi). Yeraltı suyun keyfiyyəti fasiləsiz pislə-
şir. O, YVK-a çatır və ya onu keçir, lakin bəzi sahələrdə 
YVK 3...5-dən artıq olmur (F=0,5....5 km
2
); 
3.
 
Böhranlı  vəziyyət  (böhran).  Yeraltı  suyun  key-
fiyyəti  geniş  sahədə  YVK-nı  keçir  (10  dəfəyə  qədər), 
yəni  YVKnin ölçüsü 5-dən 10 km
2
 arasında dəyişir; 
4.
 
Fəlakətli vəziyyət (fəlakət). Yeraltı suların key-
fiyyəti çirklənmə zonasında 10YVK-dan artıqdır və pis-
ləşməyə doğru meyl göstərir. 
Akademik Həsən Əliyev suyun ekoloji əhəmiyyəti 
haqqında  yazmışdır:  “Susuz  təbiət  də,  həyat  da  ola  bil-
məz.  Su  da  çörək  kimi  hamıya,  hər  şeyə  həmişə  lazım-
dır”.  Hidrosferin  tərkibinə  həmçinin  atmosferdəki  su, 
torpaq  suyu  və  canlı  orqanizmlərdə  olan  sular  daxildir. 
Təbiətdə su 3 faza vəziyyətində mövcuddur: maye, bərk 
(buz, qar), qaz - yəni buxar. Şirin sular Yer üzərində ol-
duqca  qeyri-bərabər  paylanmışdır.  Belə  ki,  dünyanın 
70% əhalisi yaşayan Avropa və Asiyada dünya çay sula-
rının  yalnız 39%-i  cəmləşir.  Təbii  çay suları  mürəkkəb 
maye  olub  adətən  tərkibində  çoxlu  kimyəvi  maddələr 
olur.  Cənubi  Qafqaz  ölkələri  arasında  Azərbaycan  Res-
publikasının su ehtiyatları az olub həmin regionun 15%-
ni təşkil edir. Respublikamızın su ehtiyatları Gürcüstan-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə