Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə64/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   89

247
 
 
istehsal qüvvəsindən, urbanizasiya dərəcəsindən, inkişaf 
etmiş  nəqliyyatın  miqdarından,  təmizləmə  sistemlərin-
dən, meşə və başqa bitkilər massivindən, regionun təbii 
sərvətlərlə təmin olunma dərəcəsindən və s. asılıdır. 
Kapital  qoyuluşunun  mənbəyini  milli  gəlir 
(onun yığılmış hissəsi)amortizasiya ayırmaları təşkil 
edir.  Amma  kapital  qoyuluşunun  əsas  mənbəyini  (80% 
qədərini)  milli  gəlir  təşkil  edir.  Milli  gəlir  miqdarının 
həcmindən kapital qoyuluşunun həcmi birbaşa asılıdır. 
Milli  gəlir  artımının  müəyyən  hissəsi  (6-8%)  təbii 
sərvətlərin səmərəli istifadəsi (və təkrar istehsalı və ətraf 
mühitin  qorunması)  hesabına  xalq  təsərrüfatında  itkilə-
rin  ləğvindən  əldə  edilir.  Lakin,  çoxlu  miqdarda  xırda 
sahəli  iqtisadi-təşkilati  quruluşlar  nəticəsində,  təbiəti 
mühafizə tədbirlərinin tətbiqinə qoyulmuş kapital qoyu-
luşundan  əldə  edilmiş  iqtisadi  səmərəliliyini  müəyyən 
etmək  böyük  çətinliklər  yaradır.  Ona  görə  də,  planlaş-
dırma  işlərinin  proqramını  tərtib  etdikdə  elə  etmək  la-
zımdır  ki,  kapital  qoyuluşunu  göstərən  variantı  nəinki 
ayrı-ayrı sahələr üzrə səmərəli olsun, həm də bütün xalq 
təsərrüfatının  iqtisadi  səmərəliliyini  yüksəltsin.  Kapital 
qoyuluşunun iqtisadi səmərəliliyini hesablamaq üçün 
aşağıdakı göstəricilərdən istifadə etmək məsləhət gö-
rülür; 1) bütövlükdə ümumdövlət sistemində ətraf mü-
hitin  mühafizəsini;  ayrı-ayrı  rayonların  təsərrüfatlarının 
milli  gəlirin  illik  artım  həcminin  bu  artımı  yaradan,  tə-
biəti mühafizə tədbirlərinə qoyulan kapitalı; 2) sənayesi 
inkişaf  etmiş  regionlarda  rentabelliyin  səviyyəsi.  Re-
gionlarda  rentabellik  ayrı-ayrı  sənaye  sahələrinə,  kənd 
təsərrüfatına, nəqliyyata, tikintiyə  qoyulmuş  kapital  qo-


248
 
 
yuluşunun  səmərəliliyi  ilə  hesablanır;  3)  regionun  ayrı-
ayrı  müəssisələrində,  tikintisində,  kombinatlarında  və 
başqa ətraf mühiti çirkləndirici mənbələrdə təkrar məh-
sul ilə bərpa edilmiş sərvətlər arasında olan maya dəyəri 
ilə  regionun  ətraf  mühitini  mühafizə  tədbirlərinə  qoyu-
lan  kapitalın  səviyyəsi  arasındakı  müxtəliflik  münasi-
bətləri səviyyəsi v. s. 
 
4. Ətraf mühitin pisləşməsi səbəbindən iqtisadi 
ziyanların təyin edilməsi metodikası 
 
Ətraf mühit fiziki, kimyəvi, iqlim, bioloji və digər 
parametrləri  ilə  bioloji  növlərin  təkamülü  baxımından 
nisbətən mühafizəkardır. Onun dəyişmə sürəti insan ya-
ranana qədər canlı orqanizmlərin yeni mühitə uyğunlaş-
masına  macal  tapırdı.  İnsan  peyda  olduqdan  sonra  isə 
vəziyyət  dəyişdi.  İnsan  təbiətə  uyğunlaşmada  daha  çox 
özü onu dəyişdirməyə başladı. Bununla belə, bu cür də-
yişdirmənin  sürəti  ilbəil  artmaqda  davam  edir.  İnsan 
fəaliyyətinin  təbiətdə  müsbət  nəticələri  olsa  da,  mənfi 
nəticələri daha çox aydın görünməyə başlayır. Bu neqa-
tiv  nəticələr  təbii  ehtiyatların  tükənməsi,  təbii  kompo-
nentlərin  çirklənməsi  (su,  hava,  torpaq)  ozon  təbəqəsi-
nin  dağılması,  iqlimin  qlobal  istiləşməsi  və  s.  kimi  for-
mada təzahür olunur. Təbiəti dəyişdirmək istiqamətində 
insan fəaliyyəti onun üçün nisbətən yeni həyat şəraitinin 
yaranmasına  səbəb  oldu:  -insan  tərəfindən  süni  yaradı-
lan və onun köməyi ilə saxlanılan süni su hövzələri, göl-
lər,  əkin  sahələri,  meşə  əkinləri  və  s.  İnsan  tərəfindən 
yaradılan  təbii  həyatla    analoqu  olmayan  süni  dünya  - 


249
 
 
şəhərlər,  binalar,  asfalt,  beton,  sintetika  və  s.  meydana 
gəldi. Bunun nəticəsində insanı əhatə edən təbii və süni 
mühit o qədər tez dəyişməyə başladı ki, insan orqanizmi 
bu  dəyişmələrin  çoxuna  adaptasiya  olunmağa  belə  ma-
cal  tapa  bilmir.  Bu  isə  xəstələnmənin  strukturunda  də-
yişmənin yaranmasına və kütləvi şəkildə yeni xəstəliklə-
rin əmələ gəlməsinə səbəb oldu. Bu vəziyyətdən çıxmaq 
üçün  insan  və  təbiət  arasında  birgə  təkamül  yaratmaq, 
yəni  insan  fəaliyyətinin  ətraf  mühiti  dəyişdirmə  sürəti 
və miqyasını elə nizamlamaq lazımdır ki, insan və digər 
canlı  orqanizmlər  məskunlaşdığı  yerin  dəyişməsinə  uy-
ğunlaşmağa  macal  tapsın.  XX  əsrin  70-ci  illərində 
Ümumdünya  Səhiyyə  Təşkilatının  məlumatına  görə 
müxtəlif ölkələrdə qarışıq kontinentlərdə insanın vəziy-
yəti  50-60%  iqtisadi  təmin  olunma  və  həyat  tərzindən, 
18-20%-i ətraf mühitin vəziyyətindən, 20-30%-i isə tib-
bi xidmətin səviyyəsindən asılıdır. 
Beləliklə,  ətraf  mühitin  insana  və  əksinə  insanın 
ətraf mühitə təsiri onun pisləşməsinə səbəb olur. Bu pis-
ləşmə  səbəbindən  iqtisadi  ziyanın  həcmi  dəyişir.  Ətraf 
mühitin  pisləşməsi  nəticəsində  dəyən  iqtisadi  ziyanın 
(itkinin)  müəyyən  edilməsi  üsulları  müxtəlif  olmaqla, 
onun  təyin  edilməsi  metodikası  da  fərqlənir.  Bu  fərqlik 
təbii sərvətlərin – torpaq, su, havanın keyfiyyətinə təsi-
rin forma və həcmi ilə ölçülür. Ziyanın (iqtisadi, sosial, 
ekoloji) həcmi onun nəticələrinin miqyası və əhəmiyyəti 
ilə  müəyyən  edilir.  Ziyanın  müəyyən  edilməsinə  əldə 
edilən səmərənin (faydanın) xərclərə nisbəti ilə müqayi-
səsi düzgün hesab edilir. 
 


250
 
 
5. Kapital qoyuluşunun elementləri 
 
MDB ölkələrində  və  eləcə  də  Rusiyada, o cümlə-
dən, Azərbaycanda cari xərclər kapital qoyuluşundan ən 
azı 3 dəfə çox olub, hava hövzəsinə görə isə 5:1 nisbə-
tindədir.  Əlbəttə,  göstərilən  vəziyyəti  optimal  hesab  et-
mək  olmaz.  ABŞ-da  bu  nisbət  1:1-dir.  Cari  xərclərin 
çox  olması  o  deməkdir  ki,  əsaslı  təbiəti  mühafizə  ava-
danlıqları uzun müddət istismar edilmir. Ekoloji xərclər 
istehsalat  xərclərinin  tərkib  hissəsidir  və  nəticədə  məh-
sulun qiyməti vasitəsilə onların xərcini alıcı çəkir. 
Layihənin  qənaətbəxş  olması  kapital  qoyuluşunun 
(əsaslı  vəsaitin)  planlaşdırılması  və  maliyyələşdirilməsi 
smetanın zəruri xərclərini özündə nə dərəcədə əks etdir-
məsindən  asılıdır.  Smetanın  dəqiqliyi  kompleks  işlərin 
əsaslı  (mükəmməl)  təyin  edilməsindən  və  irəli  sürülən 
təkliflərin düzgünlüyündən çox asılıdır. 
Smeta  dəyərinin  göstəriciləri  layihə  hesabatlarının 
variantlarının qiymətləndirilməsində və onlardan ən məq-
sədəuyğun  olanını  seçməkdə  istifadə  edilir.  Smeta  əsa-
sında  və  təqvim planına  müvafiq olaraq  layihənin büd-
cəsi  tərtib  edilir.  Lakin,  smeta  yalnız  layihənin  yekun 
dəyərinin  proqnozunu  verir  və  ilkin  hesablama  yuvar-
laqlaşdırılmış normativlər üzrə TİƏ-nin hazırlanmasında 
həyata keçirilir. Obyektin tikintisinin dəyərini müəyyən 
edən  əsas  sənəd  –  yekun  smetanın  hesablanmasıdır.  Bu 
iş cari qiymətlər səviyyəsində tərtib edilir. Həmin sənəd 
özündə aşağıdakıları cəmləşdirir: 
1.
 
tikinti sahəsinin hazırlanmasını; 
2.
 
tikintinin əsas obyektlərini


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə