Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə63/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   89

243
 
 
çəkilən xərci hesablamaq çətin olur. Tullantıların istifa-
dəsi əlavə məhsul verir və ətraf mühitə mənfi yükü azal-
dır. Ona görə də istehsalat prosesini iki yerə bölüb, həm 
istehsalata,  həm  də  təbiəti  mühafizəyə  olan  xərcləri  tə-
yin  etmək  çətindir.  Lakin  belə  bölgü  vergi  güzəştlərini 
müəyyən edərkən lazım gəlir. 
Mikroiqtisadi səviyyədə təbiəti mühafizə xərclə-
ri aşağıdakı qaydada bölünür: 
1)
 
ümumi, yaxud bütövlükdə təbiəti mühafizə təd-
birlərinin realizə edilməsinə çəkilən xərclər; 
2)
 
orta və ya xüsusi-1 ton tullantının (axıntının) tə-
mizlənməsinə çəkilən xərclər; 
3)
 
həddi (normativ) xərclər – hər bir əlavə tullantı-
nın (axıntının) 1 tonunu təmizləmək üçün əlavə xərclər. 
Bundan  başqa,  təbiəti  mühafizə  xərcləri  iki  dərəcəyə 
(növə) bölünür: cari və əsaslı xərclər. 
 
2. Kapital qoyuluşunun istiqamətləri və təyinatları 
 
Kapital (əsaslı) xərcləri ekoloji  məqsədlər  üçün 
həyata  keçilən,  materiallaşdırılan  (maddiləşdirilən) 
xərclərdir.  Bəzən  kapital  qoyuluşu  təbiəti  mühafizə 
fondlarında  əhəmiyyətli  dərəcədə  böyük  ola  bilər  (bəzi 
sahələr üzrə 30-40 %). 
Ətraf mühiti mühafizə məqsədi daşıyan kapital 
qoyuluşuna birdəfəlik xərclər aid edilir: 
-
 
təbiəti  mühafizə  obyektlərinin  rekonstruksiyası 
və yeni obyektlərin yaradılması; 
-
 
ətraf  mühitə  mənfi  təsiri  azaltmaq  məqsədilə  is-
tehsalat texnologiyalarının modernləşdirilməsi; 


244
 
 
-
 
istehsalat texnologiyasının, ətraf mühiti mühafizə 
məqsədilə müəyyənləşdirilməsi. 
Cədvəl 11. 
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan 
səmərəli istifadə üçün əsas kapitala yönəldilmiş 
vəsait  (min manat) 
 
 
2005 
2009 
2010 
2011 
2012 
Cəmi 
 
O cümlədən: 
2912,3 
105287,3 
190007,2 
239275,2  339872,1 
Su ehtiyatları-
nın mühafizə-
sinə 
1309,8 
89169,3 
134936,9 
189693,4  324214,9 
Atmosfer ha-
vasının müha-
fizəsinə 
1503,9 
2113,2 



Torpaqların 
mühafizəsinə 
98,6 
14004,8 
55070,3 
49581,8 
15657,2 
 
Kapital qoyuluşları əsasən su obyektlərinin, ha-
va hövzəsinin və torpaqların mühafizəsinə istiqamət-
ləndirilir.  Adətən  kapital  qoyuluşlarının  ən  çox  payı 
(faizi) su obyektlərinin  mühafizəsinə  yönəldilir. Su  ob-
yektlərinin  mühafizəsi  üçün  əsas  kapital  qoyuluşları 
tikinti  üçün  birdəfəlik  aşağıdakı  xərclərdən  ibarət 
olur: 
-
 
istehsalat  və  kommunal  tullantı  sularının  təmiz-
lənməsi  üçün  stansiyalar,  (təmizləyici  qurğular),  habelə 
tullantı  sularının  ilkin  təmizlənməsi  (lokal  təmizləyici 
qurğular) və təmizlənmiş sulardan istifadə üçün yenidən 
təmizləmə stansiyaları; 


245
 
 
-
 
su mühafizə zonalarının kompleks tədbirlərlə əla-
qələndirilməsi  (texnoloji,  meşə  meliorativ,  aqrotexniki, 
hidrotexniki, sanitar və s.); 
-
 
neftin, mazutun toplanması qurğuları; 
-
 
su  obyektlərini  çirkləndirən  sənaye  tullantılarını 
zərərsizləşdirmək üçün poliqon və qurğuların tikilməsi
-
 
gəmilərin təsərrüfat sularının qəbul edilməsi üçün 
sahil qurğularının tikilməsi, habelə zibillərin utilləşdiril-
məsi, anbarlaşdırılması və təmizlənməsi; 
-
 
şəhərlərin və yaşayış məntəqələrinin kanalizasiya 
sistemlərinin tikintisi və s. 
Hava  hövzəsinin  mühafizəsi üçün  xərclər birdəfə-
lik aşağıdakı tikinti işlərinə yönəldilir: 
-
 
texnoloji  xətlərdən,  digər  çirklənmə  mənbələrin-
dən ayrılan  maddə və  qazların tutulma və zərərsizləşdi-
rilməsi üçün qurğuların tikintisi
-
 
nəzarət-tənzimləyici  sahələrin  tikintisi  (əsasən, 
toksik  avtomobil  qazların  miqdarını  müəyyən  etmək 
üçün); 
-
 
tüstü  boruları,  qaz  buxarlarının,  aspirasiya  sis-
temlərinin tikintisi; 
-
 
sanitar-mühafizə zonalarının salınması (müəssilər 
ətrafı, yol boyunca və s.). 
Torpaqların mühafizəsinə yönəldilən əsaslı vəsait-
lərə daxildir: 
-
 
eroziyaya,  selə,  sürüşməyə  qarşı  hidrotexniki 
qurğuların tikilməsi; 
-
 
dik yamacların terraslaşdırılması; 
-
 
qoruyucu meşə zolaqlarının, o cümlədən tarla qoru-
yucu və eroziyaya qarşı meşələrin salınması; 


246
 
 
-
 
torpaqların bərpası (rekultivasiyası, reabilitasiyası); 
-
 
zibil emalı və zibil yandıran zavodların tikintisi. 
Cari  istismar  xərclərinə  daxildir:  təbiəti  mühafizə 
istiqamətli əsas fondların saxlanması və qulluq edilməsi, 
təbiəti mühafizə ilə əlaqədar xidmətlərin ödənilməsi, ca-
ri təbiəti mühafizə xərclərinin ümumi istehsal xərclərinə 
görə payı 0,2-3 % arasında dəyişir. 
 
3. İqtisadi ziyanların tərkib hissələri 
 
Hər bir sahədə olduğu kimi, təbiətdən intensiv isti-
fadə olunmasıda, bu sahəyə yönəldilən vəsaitin daha tez 
ödənilməsinə  və  yüksək  səmərə  verməsinə  şərait  yara-
dır. Ona görə də inkişaf etmiş ölkələrdə təbiəti mühafizə 
tədbirlərinə, onun ehtiyatlarından intensiv istifadəyə xü-
susi  diqqət  yetirilir.  Bu  məqsədlə  də,  təbii  ehtiyatların 
inkişaf  etdirilməsini  elə  aparmaq  lazımdır  ki,  elmi-tex-
niki tərəqqinin göstəricilərindən tam istifadə edilsin, ye-
ni  kapital  qoyuluşunun  səmərəliliyi  özünü,  yalnız  təbii 
ehtiyatlardan  yüksək  dərəcədə  istifadə  etməkdə  deyil, 
həmişə bu inkişafla əlaqədar, ətraf mühitin  çirklənməsi-
nin qarşısının alınmasına tam və ya qismən nail olunma-
sında göstərsin. 
Ölkənin xalq təsərrüfatına kapital qoyuluşunun gə-
ləcək  səmərəliliyi  böyük  əhəmiyyət  kəsb  edir.  Təbiətin 
mühafizə  tədbirlərindəki,  kapital  qoyuluşunun  səmə-
rəliliyi,  ümumi  əldə  ediləcək  səmərəliliklə  çəkilən 
xərclər cəminin müqayisəsi ilə müəyyən edilir. Kapi-
tal  qoyuluşunun  həcmi-hidrometereoloji  və  iqlim  şərai-
tindən,  xalq  təsərrüfatı  müəssisələrinin  cəmləşməsi  və 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə