Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə71/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   89

275
 
 
idarəetməsinin  birləşməsi.  Qanunvericiliklə  təbiəti  müha-
fizənin  spesifik  prinsipləri  müəyyən  edilir:  komplekslik, 
ümumilik, planauyğunluq, elmi-texniki tərəqqinin imkan-
larından istifadə və beynəlxalq əməkdaşlıq. 
Ətraf  mühitdən    istifadənin  idarə  edilməsinin  son 
məqsədi–ətraf  mühitin  keyfiyyətinin  optimal  vəziyyəti-
nə nail olmaq, təbii ehtiyatların səmərəli istifadə edilmə-
sidir. Lakin buna birdəfəyə nail olmaq olmaz, ona görə 
də aralıq məqsədlər müəyyən edilir – hər bir mərhələdə 
konkret ətraf mühiti mühafizə tədbirləri göstərilir. 
Ətraf mühitdən  istifadənin idarə edilməsi, döv-
lət orqanları sisteminin qarşılıqlı əlaqələri şəraitində 
subordinasiya  elementlərindən  ibarət  vahid  bir    or-
qanizmdir. Dövlət idarəetmə orqanlarının ekoloji sfera-
da vəzifələri üç toplayıcıdan ibarətdir: 
1)
 
idarəetmə-təşkiletmə, ümumi rəhbərlik, operativ 
sərəncamçılıq, normativ aktların nəşri və vaxtaşırı onla-
rın təkmilləşdirilməsi
2)
 
planlaşdırma, proqnozlaşdırma və əlaqələndirmə; 
3)
 
uçot, nəzarət və yoxlama. 
Rusiya  Federasiyasında  əksər nazirliklər və  idarə-
lər  (departamentlər)  bilavasitə  ətraf  mühitdən    istifadə 
edənlərdir,  lakin  dövlət  yoxlaması  və  nəzarəti  üzrə  xü-
susi  funksiya  yerinə  yetirmirlər.  Dövlət  idarəetmə  or-
qanlarının funksiyaları məzmun, vəzifə və səlahiyyətin-
dən asılı olaraq bu və ya digər idarəetmə orqanları üçün 
müəyyən  edilir.  Dövlət  idarəetmə  orqanları  obyektlər 
üzrə  onların  səlahiyyətlərinə  müqabil təsnif  edilə  bilər-
lər. Bu məqsədlə ümumi və xüsusi səlahiyyətə malik or-
qanlar  yaradılır.  Ətraf  mühitdən    istifadə  edilməsində 


276
 
 
müvafiq  idarələr  aşağıdakı  ümumi  səlahiyyətlərə  malik-
dir: ölkə prezidentinin xüsusi nümayəndəliyi və bələdiy-
yə  orqanları.  Xüsusi  səlahiyyətə  elə  orqanlar  aiddir  ki, 
əsasnamələrinə  müvafiq  olaraq,  onlara  təbiəti  mühafizə, 
ekoloji funksiyalar həvalə edilmişdir. Öz xüsusi səlahiy-
yətlərinə  və  funksiyalarına  görə  belə  orqanlar  iki  növə 
ayrılırlar:  əlaqələndirici,  kompleks  məsələlər  həll  edən 
orqanlar və sahə orqanları. 
Əlaqələndirici orqanlar təbiəti mühafizə sahəsində 
ya bütün məsələləri, ya da məsələlər blokunu, bütün tə-
bii ehtiyatlara dair bir və ya bir neçə vəzifəni yerinə ye-
tirirlər. Sahə orqanları öz diqqətlərini ayrı-ayrı təbiət ob-
yektlərinə yönəldirlər. 
Koordinasiya fəaliyyətini təbiəti mühafizə sahəsin-
də  əvvəllər  Dövlət  Təbiəti  Mühafizə  Komitəsi  yerinə 
yetirdi  və  onlar  aşağıdakılardan  ibarət  idi:  əlaqələndiri-
ci,  tənzimləyici,  nəzarətedici,  icazəverici,  informasiya 
xidmətlərini,  qoruqları,  ekoloji  maarifləndirməni  idarə 
edən və beynəlxalq əlaqələri koordinasiya edən. Sahələr 
üzrə xüsusi səlahiyyətə malik strukturlar fəaliyyət göstə-
rirdi:  RF-nın  torpaq  komitəsi,  su  təsərrüfatı  komitəsi, 
geologiya və Yerin təkindən istifadə komitəsi. 
2000-ci  ildən  Rusiyada  ətraf  mühitdən  istifadədə 
dövlət  idarəetməsində  dəyişikliklər  baş  verdi.  Hazırda 
Rusiya Su Təsərrüfatı Komitəsinin, Rusiya Meşə Komi-
təsinin,  Rusiya  Yerin  Təkindən  İstifadə  Komitəsinin  və 
Rusiya  Ekologiya  Komitəsinin  funksiyalarını  Rusiya 
Təbii Ehtiyatlar Nazirliyinin müvafiq struktur bölmələri 
(departamentləri) tərəfindən yerinə yetirilir. 
Həmin  vəziyyət  2001-ci  ilin  may  ayının  23-dən 


277
 
 
Azərbaycanda da  yaranmışdır. Dövlət başçısının fərma-
nına əsasən Dövlət Ekologiya, Dövlət Geologiya, Döv-
lət Hidrometeorologiya komitələri,  Azərmeşə  Birliyi və 
Azərbalıq  şirkəti  ləğv  edilmiş,  əvəzində  Azərbaycan 
Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ya-
radılmışdır.  Belə  islahatın  həyata  keçirilməsi  məqsədə 
müvafiqdir.  Demək  olar  ki,  nazirlik  tamamilə  struktur-
laşdırılmışdır. Ən başlıcası, nazirliyin ayrı-ayrı struktur-
ları  ümumi  fəaliyyət  üçün  işgüzar  əlaqələr  yaradır. 
Müəyyən  çatışmazlıqlar  da  mövcuddur.  Onları  tədriclə 
aradan qaldırmaq mümkündür. Qeyd etmək lazımdır ki, 
nazirliyin istər baş və istərsə də yerli strukturlarının fəa-
liyyətində  Respublika  və  yerli  təşkilatların  məsuliyyəti 
xeyli artırılmalıdır. 
Təbiəti  mühafizə  sahəsində  qəbul  edilmiş  bir  çox 
qanunlar  və  normativ  sənədlərdə  uzlaşmalar  hələ  yox-
dur: vergiqoyma və digər sahələrdə təbiəti mühafizə tə-
ləblərinə riayət edilmir, təbiətdən istifadə edənlərə qarşı 
bazar təsirinin strukturu hazırlanmamışdır, mənzil-kom-
munal təsərrüfatı üzrə baş verən bütün neqativ element-
lər, sənaye və məişət sularının qarışıq axıdılması, təmiz-
ləyici  qurğuların  tikintisinin  bir  çox  halda  özbaşına  bu-
raxılması, şəhər kanalizasiya xətlərinin qeyri-kafiliyi və 
s.  ekoloji  və  iqtisadi  həvəsləndirmənin  qarşısında  bir 
sədd kimi durmaqdadır. 
Bir çox ölkələrin təcrübəsində ehtiyatlara görə ge-
niş  istifadə  olunan  ödəmələr  sistemi  təsiredici  amil  ol-
masına  baxmayaraq,  Azərbaycanda  özünəməxsus  yer 
tutmamışdır.  Dolayısı  tənzimləyicilər  sistemi,  demək 
olar ki, yoxdur. Dolayısı metodlar təbiət istifadəçilərinin 


278
 
 
əmlak mənafelərinə toxunur və təbiəti mühafizə tədbir-
lərinin faydalı olmasını zərurətə çevirir. 
Rusiyada fəaliyyətdə olan qaydalara  əsasən  müəs-
sisələr  əgər  təbiəti  mühafizəyə  ayrılmış  vəsaiti  mənim-
səyirlərsə,  ona  müqabil  ödəmələrin  məbləğində  düzəliş 
aparılır.  Bu  düzəlişlərin  təşəbbüskarı  təbiətdən  istifadə 
edən olmalıdır. Qiymətqoyma “Təbiəti mühafizə tədbir-
lərinin  siyahısına”  müvafiq  aparılır.  Bundan  başqa, 
müəssisə  əgər  əhaliyə  sosial  və  mədəni  sferalarda  xid-
mət  göstərirsə,  ödəmələrin  ölçülərinin  azalmasına  ümid 
bəsləyə bilər, yaxud ondan tamam azad ola bilər. 
Bütövlükdə,  ətraf  mühitdən    səmərəli  istifadənin 
hər bir vasitəsi (instrumenti) yaranmış vəziyyətdən asılı 
olaraq müxtəlif dərəcədə səmərə verə bilər. 
 
3. Ekoloji sahibkarlığın mahiyyəti 
 
 Bazar iqtisadiyyatında sahibkarlıq aparıcı mövqe-
yə  malikdir.  Sahibkarlıq    yalnız    ictimaiyyətin  yeniləş-
məsində  əsas  həlledici  rol  oynamamalıdır  o,  həm  də 
ekoloji problemlərin həllinə kömək etməlidir. Sahibkar-
lıq bu insan  fəallığının və fəaliyyətinin potensialı hesab 
edilir. Sahibkarlıq  üçün ən vacib cəhət qərar qəbuletmə 
azadlığı  və  əldə  ediləcək  nəticələrə  görə  tam  iqtisadi 
məsuliyyət daşımasıdır. Sahibkarlıq  üçün istehsalın təş-
kili  çox səciyyəvidir və xidmətlərin göstərilməsində öz 
qorxu və riskinə arxalanmaqdır. Burada təşkilatı və ida-
rəetmə  sənətinə  sahib  olmaq  zəruridir.  Sahibkarlıqda 
müvəffəqiyyət o subyektə mənsub olur ki o şəxs cəmiy-
yətin tələblərinə daha tez reaksiya verir. Belə bir vəzifə-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə