Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə68/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   89

263
 
 
nin  fəaliyyəti  dövründə  ilk  dəfə  1962-ci  ildə  onun  Baş 
Məclisinin XVII sessiyasında təbiətin mühafizəsinə dair 
geniş qətnamə qəbul edildi. Dövlətlər iqtisadi inkişaf və 
təbiətin  mühafizəsi  ilə  bağlı  aşağıdakı  şərtlərə  tezliklə 
əməl etməsinə ümidvar olduğunu bildirdi: 
-
 
təbii sərvətlərin istifadəsi prosesində onların  tək-
rar istehsalının səmərəli bərpası və cəlb edilməsi
-
 
bu  məqsədlərin  yerinə  yetirilməsində  təbiətin  və 
təbii  sərvətlərin  mühafizəsi  üzrə  fəaliyyətdə  olan  ittifa-
qa, beynəlxalq təşkilatlara kömək edilməsi
-
 
flora  və  faunanın  saxlanılmasında  beynəlxalq 
konfransların  qüvvədə  olan  qərar  və  təkliflərinə  əməl 
edilməsi; 
-
 
bu  sahədə  məlumatlar  mübadiləsinə  alimlər  və 
mütəxəssislərlə sıx əməkdaşlığın və əlaqələrin aparılma-
sına müvafiq şərait yaradılması; 
-
 
torpağın,  suyun,  flora  və  faunanın  səmərəsiz, tə-
sərrüfatsızlıqla  istifadə  edilməsini  aradan  qaldırmaq 
məqsədilə  gələcəkdə  müvafiq  qanunların  qəbulu  və  hə-
yata keçirilməsi
-
 
təhsil  müəssisələri,  mətbuat,  radio,  televiziya  və 
s.  məlumatların  köməyi  ilə  təbiətin  mühafizəsi  sahəsin-
də  insanlar  arasında  əməkdaşlığın  genişləndirilməsi. 
Beynəlxalq miqyasda milli kompaniyaların yaradılması; 
-
 
flora və faunanın zənginləşdirilməsinə, mühafizə-
sinə nail olmaq məqsədilə müvafiq departamentlərin bu 
işə cəlb edilməsi. 
BMT-nin XXII sessiyasının qərarına əsasən 1968-
ci  ildə  keçirilmiş  Paris  konfransı  təbii  sərvətlərdən  isti-
fadə edilməsinin elmi əsaslarının işlənib, həyata keçiril-


264
 
 
məsini  tövsiyə  etdi.  Bu  konfrans  eyni  zamanda  biosfer 
sərvətlərinin mühafizəsi problemlərinə dair ümumdünya 
konfransının keçirilməsini zəruri hesab etdi. 
BMT Baş Məclisi (dekabr, 1968-ci il) insanı əhatə 
edən  mühitin  mühafizəsinə,  təbii  sərvətlərdən  istifadə 
edilməsinə  dair  konfransın  1972-ci  ildə  keçirilməsini 
qərara  aldı.  Baş  Məclisin  qətnaməsinə  görə  konfransın 
əsas məqsədi təbii sərvətlərdən istifadə edilməsini, ətraf 
təbii mühitin mühafizəsini səmərəli təşkil etməkdən, bu 
sahədə ayrı-ayrı dövlətlərin, beynəlxalq təşkilatların mə-
suliyyətini artırmaqdan, bunlara nəzarət etmək üçün xü-
susi  baş  katibi  təşkil  etməkdən  ibarət  idi.  Konfransın 
təşkil etdiyi hazırlıq Komitəsinə Argentina, ABŞ, Brazi-
liya,  Böyük  Britaniya,  Qana,  Qvineya,  Zambiya,  İran, 
İsveç, İtaliya, Yamayka, Yaponiya, Kanada, Kipr, Kos-
ta-Rika, Misir, Keçmiş SSRİ, Fransa və digər  dövlətlə-
rinin nümayəndələri daxil edilmişdir. 
Keçmiş SSRİ və Avropa dövlətləri istər öz ərazilə-
rində, istərsə də beynəlxalq miqyasda təbiətin mühafizə 
edilməsinə  həmişə  yüksək  səy  göstərmişlər.  Cəmiyyət 
təbii  sərvətlərin  saxlanılmasına  və  mühafizəsi  problem-
lərinə daha çox meyl göstərməyə başlamış,  əhalinin bu 
işdə fəal iştirakı təşviq olunmuşdur. Təbiətin mühafizəsi 
məsələləri  dünyanın  bütün  ölkələrində  onların  iqtisadi 
inkişafının  tərkib  hissəsi  olmaqla  mühüm  dövlət  əhə-
miyyətli məsələ olmuşdur. 
Yerin altında nüvə silahlarının sınaqdan keçirilmə-
sinin  qadağan  edilməsinə  dair  Moskva  müqaviləsi 
(1963-cü  il)  və  bundan  sonra  nüvə  silahının  qadağan 
edilməsinə  dair  müqavilənin  qüvvəyə  minməsi  beynəl-


265
 
 
xalq aləmdə siyasi və hərbi gərginliyin zəiflədilməsində 
böyük əhəmiyyətə malik olmuşdur. Nüvə silahının kos-
mosda okeanların və dənizlərin dibində saxlanılmasının, 
sınaqdan keçirilməsinin qadağan edilməsinə dair dövlət-
lərarası müqavilənin qəbul edilməsi bu sahədə ciddi ad-
dım olmuşdur. Beynəlxalq ticarət və elmi-texniki əmək-
daşlıq  sahəsində  də  görkəmli  nailiyyətlər  əldə  edilmiş, 
xalqlar arasında inam və etibar xeyli artmışdır.  
Beləliklə, təbii sərvətlərdən istifadənin səmərəlilik 
göstəriciləri  ətraf  mühitə  sərf  olunan  xərclərin  azaldıl-
ması,  daha  optimal  həcmin  müəyyən  edilməsi,  yüksək 
nəticələr əldə edilməsi ilə müəyyən olunur. Bununla əla-
qədar ekoloji mühitin qorunması, çirklənmələrin qarşısı-
nın  alınması  və  bunlara  vəsait  qoyuluşu  əsas  rol  oyna-
yır.  Ölkələrin  və  beynəlxalq  təşkilatların  əməkdaşlığı, 
birgə səyləri təbiətdən istifadənin səmərəliliyinin artırıl-
masına  yönəldilmişdir.  Bu  göstəricilərin  müəyyən  edil-
məsi sonrakı paraqrafda şərh edilir. 
 
3. Təbiəti mühafizə tədbirlərinin iqtisadi 
səmərəliliyinin təyini metodikası 
 
Səmərə  və  səmərəlilik  anlayışlarını  fərqləndir-
mək lazımdır. Aydındır ki, potensial səmərə sərf olu-
nan  xərclərlə  müqayisə  edilməli,  daha  doğrusu,  sə-
mərəlilik  hesablanmalıdır.  Yüksək  səmərə  əldə  edil-
məsi çox xərc çəkilməsini tələb edə bilər ki, bu da layi-
həni  iqtisadi  cəhətdən  səmərəsiz  olması  ilə  nəticələnər. 
Normal iqtisadi həll  üçün ümumi qayda potensial gəli-
rin (G) xərclərdən (X) çox olmasıdır: 


266
 
 
G – X > O 
 
Bu  göstəricilər  arasında  fərq  nə  qədər  çox  olarsa, 
deməli  vəsaitlər  (sərf  olunan  xərclər)  iqtisadi  cəhətdən 
çox sərfəli istifadə edilmişdir. 
Göstərilən düstur çox sadədir və məhdud vaxt kə-
siyində (məsələn, il ərzində) özünü doğruldur.  Çoxillik 
layihələrin seçilməsi isə çox mürəkkəbdir. 
Bu zaman cari  xərc  və  gəlirləri,  gələcək  xərc  və 
gəlirlərlə  müqayisə  etmək  lazım  gəlir.  Beləliklə,  cari 
və  gələcək  pul  məbləğlərini  müqayisə  etməyə  imkan 
verən  diskontlaşdırma  amilindən  istifadə  edilməsi 
zəruriyyəti  meydana  çıxır.  Diskontlaşdırma  gələcək 
məbləği cari vaxta gətirməyə imkan verir. 
Misal olaraq, vaxt amilinin bankdakı əmanətə təsi-
rini  göstərmək  olar.  Tutaq  ki,  il  ərzində  faiz  stavkası 
10%-dir.  Onda  banka  qoyulan  10  min  manat  5  ildən 
sonra 16 min manata çevrilir. Bu  sadə misaldan belə bir 
mühüm  nəticə  çıxır:  cari  pullar  gələcəkdəki  eyni  miq-
darda puldan bahalıdır. Misalda bu il banka qoyulan 10 
min  manat  növbəti  ildəki  10  min  manatdan  bahalıdır. 
Yaxud, gələcəkdəki 16 min manat (5 ildən sonra) bu ilki 
10 min manatdır. 
Diskontlaşdırma  gələcək  dəyərləri  cari  dəyərlərə 
çevirməyə imkan verir: 
PV =    G
t
 
         (1+r)

Burada, PV – cari dəyər; 
G
t
 – t ilində gəlirin məbləği
r – diskontlaşdırma əmsalı. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə