Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə67/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   89

259
 
 
Beynəlxalq  təşkilatlar  bir  çox  banklar  tərəfindən 
istifadə  edilən  müasir  diskont  stavkaları  kifayət  qədər 
yüksəkdir və 8-12% təşkil edirlər. Ölkəmizdə  XX    əs-
rin  70-80-ci  illərində  rəsmi  qəbul  edilmiş  “Kapital 
qoyuluşlarının səmərəliliyinin müəyyən edilməsi me-
todikası”nda  iqtisadiyyatın  müxtəlif  sahələri  üçün 
müxtəlif    diskontlaşdırma  əmsalları  müəyyən  edil-
mişdir.  Məsələn,  meşə  layihələrində  bu  əmsal  0,03 
müəyyən  edilmişdi  (əgər  kapital  qoyuluşunun  ödəmə 
müddəti 33 ildən az olardısa, layihə qəbul edilirdi). İqti-
sadiyyat  üzrə  tədbirlərin  səmərəli  olması  üçün  ciddi  tə-
ləb  qoyulurdu,  kapital  qoyuluşunun    maksimal  ödəmə 
müddəti  8  ilə,  diskontlaşdırma  göstəricisi  isə  0,12-yə 
bərabər idi. 
Bir sıra ölkələrdə dövlət – özəl sektor və orta dün-
ya  göstəricilərinə  nisbətən  daha  aşağı  diskont  stavkası 
müəyyən  edir.  Məsələn,  Böyük  Britaniyada  dövlət  in-
vestisiyaları üçün tələb olunan gəlir norması 6%-ə bəra-
bərdir. 
İqtisadi  cəhətdən  inkişaf  etmiş  regionlarda  məsə-
lən,  Şimali  Amerikada,  Qərbi  Avropada,  Yaponiyada, 
keçmiş SSRİ-də ətraf təbii mühitin mühafizəsi daha çox 
tədbirlər irəli sürürlər. Bu ölkələrin sərhədləri boyu eko-
loji mühitin saflığı uğrunda tranzit çayların çirklənməsi-
nə qarşı mübarizədə mühüm işlər görülmüşdür. 
Avropa  regional  beynəlxalq  təşkilatları  dairəsində 
məsələn, Avropa Şurası, İqtisadi Əməkdaşlıq, inkişaf və 
başqa  beynəlxalq təşkilatların fəaliyyəti sayəsində  ətraf 
təbii  mühitin  mühafizəsi,  təbii  sərvətlərdən,  iqtisadi, 
texniki imkanlardan səmərəli istifadə edilməsi barəsində 


260
 
 
bir  sıra  müqavilələr  bağlanmış,  qərarlar  qəbul  edilmiş-
dir.  Avropanın  bir  sıra  beynəlxalq  təşkilatlarında  ətraf 
təbii mühitin mühafizəsinə dair xüsusi bölmələr yaradıl-
mışdır. Afrikada, Latın Amerikasında, Cənub-Şərqi Asi-
yada və Sakit okean hövzəsi ölkələrində təbii sərvətlərin 
mühafizəsi  üzrə  beynəlxalq  miqyasda  mühüm  işlər  hə-
yata keçirilməkdədir. 
Son  10-15  ildə  beynəlxalq  miqyasda  təbiətin  mü-
hafizəsinə  dair  tədbirlər  üzrə  əldə  edilmiş  mühüm  nai-
liyyətlərdən  biri  BMT  dairəsində  bu  sahədə  dövlət-
lərarası işlərin uzlaşdırılması və maddi cəhətdən maraq-
landırılması  olmuşdur.  1972-ci  ildə  BMT  tərəfindən 
Stokholm  şəhərində  insanı  əhatə  edən  mühitin  mühafi-
zəsi probleminə həsr edilmiş konfrans öz tarixi əhəmiy-
yətinə  görə  mühüm  yer  tutur.  Bu  konfransın  yekunları 
üzrə  BMT-nin  Baş  Məclisinin  XXVII  sessiyasında 
uzunmüddətli  əhəmiyyətə  malik  olan  nizamnamə  qəbul 
edilmişdir. 
Göstərilən nizamnaməyə əsasən BMT-nin daxilin-
də  ətraf  təbii  mühitin  mühafizəsi  ilə  məşğul  olan  YU-
NEP adlı xüsusi təşkilat yaradılmışdır. 
Stokholm konfransından başqa, əhali məskunlaşma-
sı (Buxarest, 1974-cü il), ərzaq problemi (Roma, 1974-cü 
il), yaşayış məntəqəsi (Vankuver, 1976-cı il), su sərvətlə-
ri  (Mindel  Plata,  1977-ci  il)  problemlərinə  həsr  edilmiş 
konfranslarının  qərarları  mühüm  yer  tutur.  Göstərilən 
konfransların  mühüm  əhəmiyyətlərindən  biri  də  onun 
beynəlxalq  səpgidə  həyatın  ayrılmaz  hüquqi  hissəsinə 
çevrilməsidir. Bununla yanaşı təbiəti mühafizə sahəsində 
beynəlxalq  əməkdaşlığın  inkişaf  etdirilməsində  bir  sıra 


261
 
 
çətinliklər  vardır.  Bu  çətinliklər  təbii  mühitin  mühafizə-
sində  ayrı-ayrı  dövlətlərin  mənafelərinin  toqquşmasın-
dan,  müxtəlif  istehsal  münasibətləri  şəraitində  təbii  sər-
vətlərin plansız istifadə edilməsindən, bəzi ölkələrin mür-
təce  siyasəti  nəticəsində  hərbi  silahların  və  xərclərin  il-
dən-ilə artırılmasından irəli gəlir. 
Müasir dövrdə ekologiyanın və iqtisadiyyatın qar-
şılıqlı  inkişafı  vacib  problemə  çevrilmişdir.  "Ekoinki-
şaf" adlanan bu konsepsiya bütün beynəlxalq müşavirə-
lərdə,  konqreslərdə  ictimaiyyətin  diqqət  mərkəzində 
durmuşdur. YUNEP-in İdarəedici şurasının ikinci sessi-
yası (1974-cü il) qərara almışdır ki, "ekoinkişafın" kon-
sepsiyasını və metodologiyasını gələcəkdə də inkişaf et-
dirmək zəruridir. 
Beynəlxalq konfranslar təbiətin mühafizə edilməsi 
sahəsində dünyada əməkdaşlığın ənənəvi və ən səmərəli 
formalarından  biridir.  Lakin,  bu  konfransların  qərarları, 
onun iştirakçılarının hüquqi cəhətdən fəaliyyəti məcburi 
deyildir.  Lakin,  onlar  təbiətin  mühafizəsi  üzrə  siyasi, 
beynəlxalq  qaydaların  icrasına  yardım  edirlər.  Təbiətin 
mühafizəsi  sahəsində  mühüm  forma  olan  beynəlxalq 
konfransların keçirilməsi əsasən XX əsrin əvvəllərindən 
başlamışdır.  İsveçrənin  dəvəti  ilə  konfransda  17  dövlə-
tin nümayəndəsi iştirak edirdi. Bunlar: Avstriya, Alma-
niya,  ABŞ,  Argentina,  Belçika,  Böyük  Britaniya,  Dani-
marka, İsveç, İsveçrə, İspaniya, İtaliya, Macarıstan, Ni-
derland,  Norveç,  Portuqaliya,  Rusiya,  Fransa  idi.  Kon-
fransın əsas məqsədi təbiət sərvətlərinin istifadə edilmə-
si,  təbiətin  mühafizəsi  sahəsində  bütün  məlumatların 
toplanmasının və nəşr edilməsinin təşkilindən ibarət idi. 


262
 
 
Konfransda əsas  mühazirə ilə İsveçrə alimi Pol Sarazin 
çıxış  etmişdir.  O,  ayrı-ayrı  dövlətlər  tərəfindən  təbiətin 
korlanması  haqqında  danışaraq,  dənizlərdə,  okeanlarda 
yaşayan məməli heyvanların təkrar istehsalına şərait ya-
radılmasını qarşıda qoydu. Pol Sarazin dünyada təbiətin 
mühafizəsi ideyasını, yəni beynəlxalq və milli ruhda ət-
raf mühitin saflığının təmin edilməsi haqqında qarşılıqlı 
sistemlərin yerinə yetirilməsi məsələlərini irəli atdı. 
Lakin,  istismar  siyasətinin  genişləndirilməsi  tərəf-
darı olan kapitalist dövlətləri  Beri  konfransının qərarla-
rını  həyata  keçirməyə  mane  olurdular.  Məsələn,  konf-
ransda  Fransa  nümayəndələrindən  biri  bilirdi  ki,  nadir 
quşlar  qorunarsa,  onda  quş  lələyindən  qadın  papaqları 
hazırlayan şirkətə zərər dəyər. Lakin, birinci dünya mü-
haribəsinin  başlanması  ilə  əlaqədar  olaraq  konfransın 
qərarlarının həyata keçirilməsi mümkün olmadı.  
Məlumdur ki, müharibə başlıca olaraq hərbi məsə-
lələrin həyata keçirilməsini irəli sürürdü. Yalnız II Dün-
ya müharibəsi qurtarandan sonra, yəni təbiətə dəyən tə-
sirin zərərli cəhətlərinin daha kəskin nəzərə çarpması ilə 
əlaqədar  olaraq,  beynəlxalq  təşkilatlar  təbiətin  mühafi-
zəsi haqqında təsirli tədbirlər axtarmağa başladılar. Onu 
demək kifayətdir ki, 60-cı illərin əvvəllərinə qədər təbii 
sərvətlərin  istifadəsinə,  təbiətin  mühafizəsinə  dair  dün-
yada 500-ə qədər konfrans keçirilmişdir. 
1948-ci  ildə  təbiətin  mühafizəsi  və  təbii  sərvətlər 
üzrə Beynəlxalq İttifaq təşkil edildi. 50-ci və 60-cı illər-
də  BMT-nin  ayrı-ayrı  bölmələri  beynəlxalq  miqyasda 
təbii  sərvətlərin  istifadə  edilməsinə  və  təbiətin  mühafi-
zəsinə  daha  ciddi  diqqət  yetirməyə  başlamışdır.  BMT-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə