Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə66/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   89

255
 
 
BMT-nin  ətraf  mühitin  mühafizəsi  proqramına 
əsasən  planetimizdə  çoxlu  miqdarda  müxtəlif  tərkibli 
kimya  sənaye  məhsulları  və  maddələri  istifadə  edilir. 
Hər  il  dünya  bazarına  700  növ  belə  yeni  məhsul  daxil 
olur. Bununla belə həmin məhsulların insanlara və ətraf 
mühitə  təsir  dairəsinin  dərəcəsi  hələ  də  dəqiq  öyrənil-
məmişdir. Onların kanseroji (xərçəng xəstəliyi törədən), 
mutaji  (insanın  və  başqa  canlı  orqanizmlərin  təbii  törə-
dici  mexanizminin pozulması)  və  ya başqa bioloji inki-
şafa  mənfi  təsir  dairəsinin  dəqiqliyi  lazımi  qədər  öyrə-
nilməyib.  Buna  görə  təbiətdən,  onun  sərvətlərindən  alı-
nan  yeni-yeni  məhsullara  ekoloji  baxımdan  və  təbabət 
baxımından  dəqiq  nəzarət  qoyulmalı,  mövcud  ehtiyat-
lardan səmərəli istifadə olunmalıdır. 
Təbii ehtiyatları, ekoloji funksiyaları, ətraf mühiti, 
həyata  keçirilən  tədbirlərin  iqtisadi  qiymətləndirilməsi 
çətin və mürəkkəb prosesdir. Bəzən hətta bu qiymətlən-
dirmə mümkün deyildir. Bununla belə, təbii ehtiyatlar-
dan  istifadə  və  müəyyən  xərclərin  səmərəsini  hesab-
lamaq lazım gəlir. Ətraf mühitdən istifadədə xərclər 
və  nəticələrin  müqayisəsi  səmərələliyin  hesablanma-
sının əsas üsulu hesab edilir. Bu üsul xərc-gəlirin təh-
lili  adlanır.  Mövcud  ehtiyatlardan  daha  yaxşı  istifadə 
edilməsi  iqtisadi  səmərəliliyi  müəyyən  etməyə  imkan 
verir. 
Qeyd  etmək  lazımdır  ki,  balıq  ovu  donanmasında 
texniki  silahlanmanın  xeyli artmasına baxmayaraq dün-
ya  okeanında  balıq  tutulmasının  həcmi  ilbəil  azalmaq 
üzrədir.  Əgər  1970-ci  ildə  dünya  okeanında  52,7  mln. 
ton balıq tutulmuşsa, indi bunun həcmi xeyli azalmışdır. 


256
 
 
Heyvanlar aləminin, xüsusilə vəhşi heyvanların dünyada 
sürətlə azalması indi böyük həyəcan doğurur. Son 2000 
ildə  dünyada  təxminən  106  növ  iri  məməli  heyvanın, 
139 növ quş və başqa heyvanların nəsli kəsilmişdir. 
Mütəxəssislər  belə  qərara  gəlmişlər  ki,  indi  min 
növdən artıq onurğalıların məhv olması təhlükə altında-
dır. Vəhşi heyvanların və  yabanı  bitkilərin ticarəti üzrə 
konvensiya  katibliyin  məlumatına  əsasən,  indi  dünyada 
hər  il  mühafizə  altında  saxlanılan  Afrika  fillərinin  700 
tondan  çox  sümüyü  satılır.  Belə  qanunsuz  ticarət  onsuz 
da sayı kəskin sürətdə azalan fillərin sürətlə qırılmasına 
səbəb olur. Bu qədər sümüyü əldə etmək üçün minlərlə 
fil öldürülür. Bundan başqa hər il Afrikada, Braziliyada 
2 min timsah dərisi aşılanıb satışa  verilir. İndi nadir ta-
pılan  quş  və  heyvanların  qiyməti  çox  bahalaşmışdır. 
Məsələn,  danışan  tutuquşunu  çox  baha,  hətta  15  min 
markaya satırlar. Cənubi Amerikada  yaşayan  atselatdan 
hazırlanan  manto  (buna  10  dəri  gedir)  75  min  markaya 
satılır ki, bu da "Mersedes" markalı minik avtomobilinin 
qiymətinə bərabərdir. 
Təbii  sərvətlərdən  səmərəli  istifadə  edilməsi,  ətraf 
təbii mühitin mühafizəsi son yüz ildə dünya ictimaiyyə-
tinin həmişə diqqət mərkəzində olmuşdur. Müharibədən 
sonrakı  dövrdə  ictimai  fikrin  təsiri  altında  bir  çox  döv-
lətlər  təsirli  tədbirlər  və  qərarlar  qəbul  etmişlər.  Qeyd 
etmək  lazımdır  ki,  hələ  XX  əsrin  əvvəllərindən  bəri  tə-
biətin  mühafizəsi  xüsusi  vacib  məsələ  kimi  qarşıda  du-
rur. 1910-cu ildə Qratsda (Avstriya) keçirilmiş VII Bey-
nəlxalq Zoologiya konqresi, 1913-cü ildə Bern şəhərin-
də Təbiətin Beynəlxalq mühafizəsi üzrə çağırılmış kon-


257
 
 
fransı  mühüm  təcrübi  əhəmiyyət  daşıyan  məsələlərdən 
başqa, təbii sərvətlərin gələcək nəsil üçün saxlanılması-
na, onların mühafizəsinə dair bir sıra vacib vəzifələr irə-
li sürülmüşdür. 
Əsrimizin 60 və 70-ci illərində təbiətin mühafizəsi 
üzrə  dünya  ictimai  fikir  mübadiləsi  daha  geniş  miqyas 
alır. Dünya ölkələrinin əksəriyyətinin təklifinə və təkidi-
nə  görə  1968-ci  ildə  YUNESKO  təşkilatı  xətti  ilə  Paris 
şəhərində keçirilmiş "Biosferin və onun sərvətlərinin mü-
hafizəsi"  üzrə  beynəlxalq  konfransı,  Avropa  iqtisadi  ko-
missiyasının  1971-ci  ildə  Praqa  şəhərində  ətraf  mühitin 
mühafizəsinə  həsr  olunmuş  konqresi  və  1972-ci  ildə 
BMT-nin  Stokholm  şəhərində  insanı  əhatə  edən  mühitin 
mühafizəsinə dair konfransı cəmiyyətin qarşısında təbiə-
tin mühafizəsi sahəsində mühüm vəzifələr qoymuşdur. 
70-ci illərdə ətraf mühitin mühafizəsi, təbii sərvət-
lərdən  istifadə  edilməsi  üzrə  dövlətlərarası  beynəlxalq 
əlaqələr xeyli genişləndirilmişdir. Siyasi, iqtisadi, mədə-
ni, elmi-texniki əməkdaşlıq sahəsində dövlətlərarası əla-
qələr  təkmilləşir  və  inkişaf  edir.  Dövlətlərin,  müvafiq 
beynəlxalq təşkilatların, siyasi, elm xadimlərinin, mütə-
xəssislərin  köməyi  ilə  təbiət  problemləri  üzrə  elmi  cə-
hətdən əsaslı ölçülüb-biçilmiş tədbirlərin həyata keçiril-
məsi  mühüm  məsələ  kimi  qarşıda  durur.  Göstərilən 
müddətdə dəniz və okeanların, atmosferin, bir çox ölkə-
lərdən keçən  və ölkələrdaxili tranzit çayların  mühafizə-
sinə  dair  ciddi  qərarlar  və  təkliflər  qəbul  edilmişdir. 
Heyvanlar aləminin, xüsusilə suda yaşayan məməli hey-
vanların,  ağ  ayıların,  Arktika  suitilərinin,  bütün  köçəri 
heyvanların,  onların  yaşayış  mühitinin  mühafizəsinə 


258
 
 
dair müvafiq qərarlar qəbul edilir. Təbii mühitin müha-
fizəsinin  təşkili  problemində  BMT-nin  1972-ci  ildə  in-
sanı əhatə edən mühitin mühafizəsi üzrə konfransı proq-
ramının fəaliyyətdə olmasının, BMT-nin Baş Məclisinin 
bir sıra təkliflərinin, məsələn, Avropada təhlükəsizlik və 
əməkdaşlıq aktı (1975-ci il) qərarlarının  həyata  keçiril-
məsinin böyük təsiri olmuşdur. 
 
2. Təbiətdən istifadənin və ətraf mühitin səmərəlilik 
göstəriciləri 
 
Ətraf  mühitdən  istifadənin  səmərəlilik  göstəri-
cisi diskontlaşdırma (cari və gələcək məbləğlərin mü-
qayisəsi),  ekoloji  element  və  vaxt  amili  nəzərə  alın-
maqla iqtisadi səmərə göstəricilərindən istifadə edilir. 
Təbii  ehtiyatların  qiymətləndirilməsi  zəruridir,  la-
kin  iqtisadi  cəhətdən  mürəkkəb  prosesdir.  Təbii  resurs-
ların uyğun (real) qiymətlərinin layihələrdə nəzərə alın-
ması, onun səmərəlilik  səviyyəsinə əhəmiyyətli dərəcə-
də təsir edir.  
Diskontlaşdırma  problemi  və  diskontlaşdırma  əm-
salının kəmiyyətinin (diskont stavkasının) müəyyən edil-
məsi  çoxlu  mübahisələr  doğurur.  Aydındır  ki,  diskont 
əmsalı yüksəkdirsə göstərilən xərc və zərərlər bir o qədər 
az olacaqdır. Yüksək diskont stavkasının tətbiqi təbii sər-
vətlərdən  çox  tez  bir  zaman  kəsiyində  gəlir  əldə  etmək 
üçün  sürətli  istismar  edilməsinə  zəmin  yaradır.  Bununla 
iqtisadi  qərar  qəbul  edilən  zaman  bugünkü  rifah  halının 
maksimallaşdırılmasına  üstünlük  verilir.  Uyğun  olaraq, 
gələcək gəlir və mümkün zərərlər minimallaşdırılır. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə