268
Ancaq hesabat xalis dəyər düsturu əsasında aparı-
larsa, nəticə (-0,5) olacaqdır, bu isə layihənin səmərəsiz
olduğunu və onun həyata keçirilməsinin məqsədəuyğun
olmadığını göstərir. Gələcəkdə əldə ediləcək yüksək gə-
lir ilk illərdə qoyulan xərcləri ödəmir. Bu isə “gələcək”
pulların onların hazırkı ana gətirilməsi zamanı “cari”
pullardan az olduğuna əyani misaldır.
Təbiətdən səmərəli istifadə üzrə tədbirlərin səmə-
rəliliyi göstəricilər sistemi ilə səciyyələnir. Onlar nəticə-
lərlə (alınmış yaxud gözlənilən) və xərclərin (ehtiyatla-
rın) nisbətini əks etdirirlər. Onlar arasında təbiəti müha-
fizə qurğularının fond verimi, təbiət tutumu, istehsal
edilən məhsulun tullantısı və s. göstərmək olar. 1992-ci
ilin iyununda Rio-de Janeyroda BMT-nin ətraf mühit və
inkişaf üzrə keçirilən konfrans bizim nəsil üçün əlamət-
dar hadisə hesab olunur. Konfrans dövlət başçıları ilə
birlikdə dünyanın 179 hökumət nümayəndələrini, BMT
idarələrini, beynəlxalq təşkilatları bir yerə topladı.
Konfransın nəticəsində Rio-de Janeyroda beynəlxalq sa-
zişlər bağlandı. Onlardan aşağıdakı əsasları göstərmək
olar:
1.
Ətraf mühit və inkişaf üzrə Deklarasiya, onun
27 prinsipi, dayanıqlı inkişafın təminatı işində ölkələrin
hüquq və vəzifələrini müəyyənləşdirir. Deklarasiyada
bildirilir ki, uzunmüddətli iqtisadi tərəqqinin yeganə yo-
lu, ətraf mühitin mühafizəsi ilə əlaqələndirməkdən iba-
rətdir;
2.
İnkişafı sosial, iqdisadi və ekoloji baxımdan da-
yanıqlı etmək proqramı. Proqramda ətraf mühitdə dəyiş-
kənlik yaradan hərəkətedici
amillər nəzərdə tutulur;
269
3.
Qüvvələrin əhali, istehlak və texnologiya oldu-
ğu
izah edilir;
4.
İqlim dəyişməsi haqqında BMT–nin konvensi-
yası. O istixana qazanının dünya iqlim sistemində təhlü-
kəli disbalansına səbəb olmayan səviyyədə stabilləşdir-
məyi nəzərdə tutur;
5.
Bioloji müxtəliflik üzrə Konvensiya, dünya öl-
kələrindən biomüxtəlifliyi qoruyub saxlamaq üçün, təd-
birlərin görülməsi tələb olunur.
İqtisadi inkişafı təmin etmək və bütün həyat for-
malarını saxlamaq üçün bütün meşə tiplərinin, ekologi-
yanın idarə olunması, mühafizəsi və dayanıqlı inkişafı
prinsipləri haqqında bəyanat ətraf mühitdən istifadənin
səmərəliliyinə yönəldilib.
Bəşəriyyət təbii mühitə və sosial-iqtisadi inkişafa
təcrid edilmiş halda baxmamalıdır. Yüksək keyfiyyətli
təbii mühitə və dünyanın bütün xalqları üçün sağlam iq-
tisadiyyat kimi bu iki məqsədə nail olmaq olduqca va-
cibdir.
270
XII FƏSİL.
ƏTRAF MÜHİTİN MÜHAFİZƏ
FƏALİYYƏTİNİN İDARƏ EDİLMƏSİ VƏ
EKOLOJİ SAHİBKARLIQ
1.
Ətraf mühiti mühafizənin idarə edilməsi
alətləri;
2.
Ətraf mühiti mühafizənin idarə edilməsi
növləri;
3.
Ekoloji sahibkarlığın mahiyyəti;
4.
Ekoloji sahibkarlığın formaları;
5.
Ekoloji biznesin səmərəliliyi.
1. Ətraf mühiti mühafizənin idarə edilməsi alətləri
Sahibkarlıq fəaliyyətində, təbiətdən səmərəli is-
tifadəyə təsir iki yolla həyata keçirilir: inzibati me-
todlarla, birbaşa tənzimləmə və iqtisadi təsir yolu ilə.
Ölkələr ekoloji siyasətdə ətraf mühitdən səmərəli istifa-
də sahəsində iqtisadi həvəsləndirməyə çalışırlar və buna
daha çox səy göstərməlidirlər. Ətraf mühitdən istifadə
fəaliyyətində iqtisadi həvəsləndirmə elə bir vasitədir ki,
iqtisadiyyatın gələcək inkişafının mənafeyi ilə ətraf mü-
hitin mühafizəsini birləşdirir.
Ətraf mühitdən səmərəli istifadənin həvəsləndirmə
sistemi bütün təsərrüfat subyektlərinin təbiəti mühafizə
tələblərinin yerinə yetirilməsində, təbii ehtiyatlardan is-
tifadənin norma və qaydalarına riayət edilməsində ma-
raqlarının artırılmasına yönəldilir
. Təbiəti mühafizənin
həvəsləndirilməsi əsasən iki üsulla həyata keçirilir: