Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


məcburiyyət  metodu  (neqativ  həvəsləndirmə,  yaxud



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə70/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   89

271
 
 
məcburiyyət  metodu  (neqativ  həvəsləndirmə,  yaxud 
inzibati yol) və mükafatlandırma yolu (pozitiv həvəs-
ləndirmə metodu). 
Neqativ həvəsləndirmə özündə aşağıdakıları cəm-
ləşdirir:  
1)
 
ətraf mühitdən istifadəyə görə haqq; 
2)
 
zərərli maddələrin ətraf mühitə normativ və nor-
madan artıq atılması (axıdılmasına) görə ödəmələr
3)
 
bərk  tullantıların  yerləşdirilməsinə  görə  ödəmə-
lər; 
4)
 
ekoloji zərərli məhsula görə vergi;  
5)
 
ekoloji  cəhətdən  texnologiya  ilə  istehsal  edilən 
məhsula görə rüsum
6)
 
ekoloji  hüquq  pozmalarına  (xətalara)  görə  cəri-
mələr,  məhsulların  ekoloji  sertifikatlaşdırılması,  aksiz-
lər, rüsumlar və s. 
Pozitiv  iqtisadi  həvəsləndirmə  təbiəti  mühafizə 
fəaliyyətinin güzəştli vergiqoyma, kredit ayırma, qiymət 
siyasəti, "çirkləndirmə hüququ" bazarının tətbiqi, təbiəti 
mühafizə  obyektlərində  sürətləndirilmiş  amortizasiya 
üsulu və s. ilə tənzimlənir. 
Ətraf mühitdən səmərəli istifadənin həvəsləndi-
rilməsi  aşağıdakı  funksiyaları  yerinə  yetirir:  müka-
fatlandırma,  qadağanetmə  və  kompensasiya  yolu  ilə 
əvəzini ödəmə. Mükafatlandırma funksiyası xərclərlə tə-
biəti  mühafizə  fəaliyyətinin  müqayisəli  qiymətləndiril-
məsi, qadağanedici təbiətdən istifadə subyektlərinin mə-
suliyyətinin artırılması, kompensasiya yolu isə - dəymiş 
zərərin ödənməsini təmin edir. 
Ətraf mühitdən səmərəli istifadənin mövcud iqtisa-


272
 
 
di  həvəsləndirmə  sistemi  hər  bir  ölkənin,  o  cümlədən, 
Azərbaycanın  "Ətraf  mühitin  mühafizəsi  haqqında"  və 
digər təbiəti  mühafizə  yönümlü qanunları ilə  öz hüquqi 
qüvvəsinə minmişdir və aşağıdakıları özündə əks etdirir: 
-
 
təbiəti  mühafizə  üzrə  tədbirlərin  planlaşdırılması 
və maliyyələşdirilməsi; 
-
 
ətraf  mühitdən  istifadəyə  limitlərin  qoyulması 
(müəyyən edilməsi); 
-
 
ətraf  mühitdən  istifadəyə  görə  haqqın  təyin  edil-
məsi, ətraf mühiti çirkləndirməyə görə ödəmələrin təyini; 
-
 
aztullantılı  və  resursqoruyucu  texnologiyaların 
tətbiqi,  təkrar  xammaldan  istifadə  və  s.  görə  vergi  və 
kreditlərdə güzəştlərin tətbiq edilməsi
-
 
ətraf mühitə və insanlara vurulmuş ziyanın əvəzi-
nin ödənilməsi
-
 
təbiəti mühafizə qurğularına sürətli amortizasiya-
nın tətbiq edilməsi
-
 
ekoloji təmiz məhsula görə mükafatlandırıcı qiy-
mət və əlavələrin tətbiq edilməsi. 
Ümumiyyətlə, keçmiş SSRİ-də olduğu kimi, Rusi-
ya  Federasiyasında  və  digər  MDB  ölkələrində  təbiəti 
mühafizə  fəaliyyətinin  iqtisadi  həvəsləndirilməsi  sahə-
sində həm birbaşa, həm də dolayısı iqtisadi həvəsləndir-
mə metodları tətbiq edilir. Eyni zamanda, həmin üsulla-
rın daha əməli fəaliyyət göstərməsi üçün qanunvericilik 
və  normativ  bazalar  təkmilləşdirilməlidir.  Məsələn, 
Azərbaycanda  1992-ci  ildə  qəbul  edilmiş  ətraf  mühiti 
çirkləndirməyə görə ödəmələr artıq köhnəlməkdədir, bir 
sıra  neqativ  təsirlərə  görə  (elektromaqnit  şüalanması, 
səs-küy, yeraltı və yerüstü suların çirklənməsi, hava eh-


273
 
 
tiyatlarından  istifadə,  itirilən  ehtiyatın  utilizə  edilməsi, 
toksik tullantıların yerləşdirilməsi və s.) hələ də, ölkənin 
20 illik müstəqilliyinə baxmayaraq, əməli addım atılma-
mışdır. Xəzər dənizində neft və qaz hasilatı üzrə 20 kont-
rakt bağlanmasına baxmayaraq, hələ də Xəzər üzrə eko-
loji standartlar hazırlanmamışdır. Balıqları mühafizə sa-
həsi demək olar ki, hələ öz həllini tapmamışdır. 
 
2. Ətraf mühiti mühafizənin idarə edilməsi növləri 
 
İdarəetmə idarəçilik sisteminin strukturları ara-
sında  qarşılıqlı  əlaqələrin  təşkili  üzrə  məqsədyönlü 
fəaliyyətdir,  qarşıda  qoyulmuş  nəticələrə,  məqsədlə-
rə  gətirən  bir  prosesdir.  İdarəetmə  qarşıya  qoyulmuş 
məqsəd və vəzifələrə  müvafiq olaraq kortəbii və şüurlu 
ola bilər. Ətraf mühitdən  istifadənin idarə edilməsi ətraf 
mühitdə  baş  verən  proseslərin  axınını  dəyişməyə  məc-
bur edən və cəmiyyətin xeyrinə istiqamətləndirən əməli 
hərəkətlər sistemi kimi qəbul edilmişdir. 
Ətraf mühitdən  istifadənin idarə edilməsi təbiət is-
tifadəçilərinin  fəaliyyəti  vasitəsilə  və  ətraf  mühit  ob-
yektlərinin  bilavasitə  idarə  edilməsi  ilə  həyata  keçirilə 
bilər.  Ətraf  mühitdən  istifadənin  idarə  edilməsi  cəmiy-
yətin təbii ehtiyatlara və ətraf mühitin keyfiyyətinə tələ-
batı ödəmək üçün həyata keçirilir. Özüdə bu ekoloji-iq-
tisadi qanunauyğunluqların, gələcəkdə sabit inkişafın tə-
min olunmasının dərk edilməsi və istifadəsi əsasında hə-
yata  keçirilməlidir.  Ətraf  mühitdən    istifadənin  dövlət 
idarəetməsi  səlahiyyətli  dövlət  orqanlarının  təbiətdən 
səmərəli  istifadə  və  təbiəti  mühafizə  üzrə  təşkilati  (təş-


274
 
 
kiledici) əməli fəaliyyəti deməkdir. Ətraf mühitdən  isti-
fadənin idarə edilməsinin subyektləri dövlət orqanlarıdır 
və  ya  müvafiq  səlahiyyətlərə  malik  olan  idarə  və  təşki-
latlardır. Onlar büdcədən  maliyyələşir və zəruri dərəcə-
də hakimiyyət səlahiyyətlərinə malikdirlər. Ətraf mühit-
dən  istifadənin idarəetmə obyekti-təbiətdən istifadə sfe-
rasındakı  insanların  fəaliyyətidir  və  hüquqi  tənzimləmə 
əsasında  idarə  edilir.  Dövlət  idarəetməsinin  formaları 
idarəetmə  aktlarından  (normativ,  direktiv,  fərdi),  inzi-
bati sazişlərdən (razılaşmalardan) və maddi-texniki fəa-
liyyətlərdən ibarətdir. 
Ətraf  mühitdən    istifadə  sferasında  dövlət  ida-
rəetməsi  özündə  üç  növ  fəaliyyət  idarəetməsini  bir-
ləşdirir: sosial-iqtisadi, inzibati-siyasi, sosial-mədəni
Bu  sahədə  təbiəti  bərpa  işləri  hələ  zəif  həyata  keçirilir, 
yaxud bəzi sahələrdə heç həyata keçirilmir. Ətraf mühit-
dən  istifadənin idarə edilməsi əsasən inzibati (məcburi), 
iqtisadi,  ideoloji  və  tərbiyəvi  üsullarla  bu  və  ya  digər 
məsələlərin həlli vasitəsilə həyata keçirilməlidir. 
İdarəetmə  metodları  daimi,  bilavasitə  və  operativ 
olaraq  bütün  məsələləri  həll  etməyə  və  idarəetmənin 
məqsədlərinə  nail  olmağa  imkan  yaradır.  Ətraf  mühit-
dən    istifadənin  idarə  edilməsində  aşağıdakı  təcrübələr 
vardır:  qadağa,  müvəqqəti  dayandırma,  məhrumetmə 
(istifadə  hüququnun  dayandırılması),  razılaşdırma  və 
icazə  (lisenziya  verilməsi,  təbiətdən  kompleks  istifadə 
müqaviləsi və s.). 
Ətraf mühitdən  istifadə sferasında dövlət idarəetmə-
si qanunvericilikdə təsbit edilmiş ümumi prinsiplər əsasın-
da həyata keçirilir. Onlara aiddir: qanunilik, ərazi və sahə 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə