279
nin öhdəsindən kiçik və orta biznes müəssisələri daha
yaxşı gələ bilir. Lakin müəssisə, fəaliyyət miqyasını və
ölçüsünü hər bir konkret hal üçün sahibkar nəticələri mü-
qayisəli ekoloji-sosial-iqtisadi qiymətləndirdikdən və
prioritetlərin, məhdudiyyətlərin və meyarların səmərəsini
müəyyən etdikdən sonra hərəkət etməlidir. Onu da nəzərə
almaq lazımdır ki, cəmiyyət onun tələblərini qane etmə-
yən biznesi, özü də gəliri olmayan biznesi qəbul etmir.
Ekologiya sahəsində Azərbaycanda, MDB və baş-
qa xarici ölkələrin təcrübəsini öyrənmək vacibdir. Eko-
biznesin əsas prinsipləri 1990-cı ildə Beynəlxalq ticarət
palatası tərəfindən “Sabit inkişaf naminə sahibkarlıq
fəaliyyəti xartiyasında” hazırlanmış sənəddə öz əksini
tapmışdır. Ətraf mühitin mühafizəsi biznes sahəsində
hər bir fəaliyyətin ən yüksək üstün vəzifələrindən biri
olmalıdır. Xartiyada 16 prinsip irəli sürülmüşdür. Məq-
səd ondan ibarətdir ki, nə qədər mümkündürsə ən çox
müəssisə öz üzərinə təbiəti mühafizə sahəsində daha
yüksək öhdəliklər götürsünlər. Onlardan ən vacibləri
aşağıdakılardır:
-
müəssisə üçün üstün olan ekoloji təhlükəsizlik;
-
inteqrasiya etmiş menecment;
-
təkmilləşmə prosesi;
-
heyətin təhsilinin artırılması və ətraf mühitin mü-
hafizəsində kütləvilik;
-
ilkin qiymətləndirmələr;
-
məhsullar və xidmət;
-
istehlakçılara məsləhətlər və s.
İqtisadiyyatın təbiətə qarşı məsul münasibətinin
həyata keçirilməsini aşağıdakı tələblər vasitəsilə realizə
280
etmək nəzərdə tutulur:
1)
biosferin qorunması;
2)
təbii ehtiyatların qorunub saxlanmasını dəstək-
ləmək;
3)
tükənən ehtiyatları xüsusi mühafizə etmək;
4)
enerjinin qənaətlə işlənməsi;
5)
riskin azaldılması;
6)
təhlükəsiz məhsul və xidmət;
7)
ətraf mühitin bərpası;
8)
ictimaiyyətə informasiya verilməsi;
9)
rəhbərliyin öhdəlikləri;
10)
auditlər və məruzələr;
4. Ekoloji sahibkarlığın formaları
Ekoloji sahibkarlığın formaları müxtəlif ola bi-
lər. Onun növləri əsas və əlavə sahibkarlıqdan iba-
rətdir:
Əsas sahibkarlıq, ekoloji tələblər və məhdudiyyət-
lərlə əlaqədar olaraq özündə aşağıdakıları birləşdirir;
-
ekotexnika, avadanlıq, cihaz və qurğular istehsalı;
-
yeni və tullantılı texnoloqların, yeni maddələrin
(məhsul, xammal və s.) işlənməsi (hazırlanması).
Əlavə (tamamlayıcı) ekoloji sahibkarlıq qeyri-eko-
loji istehsalat sahələrini də əlaqələndirir:
-
ehtiyatların xassə və keyfiyyətlərinin təkrar-ardı-
cıl istifadəsini;
-
tullantıların utilizasiyasını;
-
faydalı qazıntıların çıxarılmasına kömək edən
tədbirləri.
281
Yuxarıda adları çəkilən formalardan başqa ayrıca
olaraq ekotəmiz məhsul istehsalı sferasını da sahibkarlı-
ğa aid etmək lazımdır.
Ekoloji sahibkarlığa əmlak mənsubiyyəti nöqteyi-
nəzərdən də yanaşmaq olar; bu mülkiyyətə əsaslanır.
Ekoloji sahibkarlıq fəaliyyət dairəsinə görə fərqlə-
nir: Onlar aşağıdakılardan ibarətdir; istehsalat, kom-
mersiya (mübadilə sahəsində fəaliyyət), maliyyə (kredit-
lər, aksiyalar və s.), vasitəçilik (ekomarketinq, ekoinfor-
masiya, məsləhət xidmətləri). Eyni zamanda ekoloji sı-
ğorta, lizinq və s. xüsusi ayırmaq olar. Sahibkarlıq for-
maları fəaliyyət dairəsində həm də birləşmiş (qarışıq)
halda ola bilər.
Ekoloji sahibkarlıq keçmiş SSRİ-də 1989-cu ildən
fəaliyyətə başlamışdır. Buna təkanverici səbəb-təzəcə
başlanmış “yaşıllar” hərəkatı idi. 1991-ci ildə 17 mindən
çox sahibkarlıq subyekti qeydə alınmışdı. SSRİ dağıl-
dıqdan sonra onların sayı, xüsusən keçmiş Respublika-
larda xeyli azaldı, lakin qalanlar əsas vəzifə kimi məh-
sul satışında xidmət göstərməyə üstünlük verdilər.
5. Ekoloji biznesin səmərəliliyi
Ekoloji sahibkarlıq biznesdə öz yerini tutmaqda-
dır. O həm iri, həm orta və həm də kiçik bizneslə təmsil
olunur. Bütövlükdə, ekoloji sahibkarlıq cəmiyyətin is-
tehsalat imkanlarının sahəsini genişləndirməli və möv-
cud olan ehtiyatların tamamilə istifadəsinə kömək gös-
tərməlidir. Ekoloji sahibkarlığın səmərəliliyini müx-
təlif səviyyələrdə təyin etmək olar:
282
-
cəmiyyət səviyyəsində məşğulluq (həm artma,
həm də azalma ola bilər);
-
region səviyyəsində-təkrar xammalın (tullantıla-
rın) istifadəsi və s.;
-
firmalar səviyyəsində - əlavə gəlirin alınması.
Ekoloji sahibkarlığın səmərəliliyi – bu səmərələ-
rin (ekoloji, sosial, iqtisadi) və onlara nail olmaq üçün
zəruri xərclərin müqayisə edilməsidir. Sahibkarlığın sə-
mərəsi yüksək nəticələr əldə etməyə imkan verən ekolo-
ji xidmətlərin təşkili ilə bağlı ola bilər.
İstehsalın ekolojiləşdirilməsi, bir qayda olaraq,
yüksək nəticələr verir. Bu əsasən tullantılardan da istifa-
dədə özünü göstərir. Xalq istehlak mallarının istehsalı
artır, tullantıların yerləşdirilməsinə görə ödəmələr aza-
lır, ətraf mühitə ziyanın qarşısı alınır, ucuz xammaldan
istifadə edilir, müəssisələr əlavə gəlir əldə edir. Eyni za-
manda ilkin xammalın hasilatı üçün xərclər azalır. Bü-
tövlükdə, tullantılardan istifadənin ümumi səmərəsi
müəssisənin və əhali istehlakının səmərəsindən, habelə
istehsalatda və sahələrdə, sosial-ekoloji sferada yaranan
səmərədən ibarət olur.
Tullantılardan istifadənin səmərəsinin meyarı ənə-
nəvi xammal əvəzinə əldə edilmiş xalq təsərrüfatı nəti-
cəsi olur, yəni:
C< C
m
+ C
H
+ E olur.
Burada, C- tullantılardan məhsulun alınmasına sərf
edilən ümumi xərclərdir;
C
m
– yatağının mənimsənməsinə yönəldilən, yəni
Dostları ilə paylaş: |