Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə62/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   89

239
 
 
 
Burada, X – cari illik xərclər - man
k – kapital qoyuluşlu – man; 
r – diskontlaşdırma əmsalı. 
Göstərilənlərlə yanaşı, təbii ehtiyatların mühafizəsi 
tədbirlərində atmosferin, suyun və torpağın çirklənməsi-
nin  qarşısının  alınması  üçün  xərclər  tələb  edilir.  Bu 
xərclər  ekoloji  sistemin  tarazlığını  təmin  etməyə  və 
çirklənməyə qarşı mübarizə aparılmasına yönəldilir. Tə-
biəti mühafizə və çirklənmənin aradan qaldırılması həd-
dən  çox  xərc  aparır.  Ona  görə  də  çirklənmənin  optimal 
səviyyəsi tapılır (vektor pulu ilə). Ətraf mühitin mühafi-
zəsi  və  çirklənmə  səviyyəsinin  optimallığını  təmin  et-
mək üçün: 1) tənzimləyici standartlar, 2)  maliyyə sank-
siyaları, 3) çirklənmənin məqbul (qənaətbəxş) normalar-
dan istifadə edilir. 
Ekoloji  problemlərin  qlobal  xarakter  daşıması  bu 
problemlərin  həlli  üçün  ətraf  mühitin  qorunması  istiqa-
mətində  tədbirlər  sisteminin  (iqtisadi,  texniki,  elmi,  hü-
quqi,  tərbiyəvi)  həyata  keçirilməsində  geniş  beynəlxalq 
əməkdaşlığı  tələb  edir.  Ətraf  mühitin  qorunması  üzrə 
əməkdaşlıq hələ 100 il əvvəl yaranmış və indi də sürətlə 
inkişaf etməkdədir. BMT bu məsələyə daim diqqət yeti-
rir. 1962-ci ildə BMT-nın XVII Baş Məclisində “Ekolo-
ji  inkişaf  və  təbiətin  mühafizəsi”  adlı  xüsusi  qətnamə 
qəbul olundu. Bu qətnamədə qeyd edilir ki, təbiətin mü-
hafizəsi  BMT-yə  üzv  olan  bütün  dövlətlərin  bilavasitə 
vəzifəsidir və təbii ehtiyatların qorunub saxlanılması üz-
rə tədbirlər iqtisadi inkişafla birgə, eyni zamanda aparıl-
malıdır. 
1972-ci ildə Stokholmda BMT-nın ətraf mühit mə-


240
 
 
sələsi  üzrə  konfrans  keçirildi.  Konfrans  “Ətraf  mühitin 
mühafizəsi” haqqında bəyanat qəbul etdi və 5 iyun Bey-
nəlxalq ətraf  mühitin  mühafizəsi günü elan  olundu. Su-
yun  kompleks  istifadəsi  və  mühafizəsi,  torpağın  qoru-
nub  saxlanması,  bərpası  və  münbitliyinin  artırılması, 
meşələrin  və  heyvanat  aləminin  mühafizəsi  BMT-nın 
ərzaq  və  kənd  təsərrüfatı  məsələləri  üzrə  təşkilatının 
diqqət mərkəzindədir. Bu təşkilat müntəzəm olaraq təbii 
resursların  coğrafiyası,  təbii  resursların  yerləşməsi, 
strukturu və onların uyğunluğunu, iqtisadi qiymətləndir-
mə, mühafizə, təkrar istehsal, rasional istifadə problemi-
ni,  eləcədə  resursla  təmin  olunma  və  resurs  bazası  və-
ziyyətinin proqnozunu öyrənir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


241
 
 
X FƏSİL.  
ƏTRAF MÜHİTDƏN İSTİFADƏDƏ MALİYYƏ 
XƏRCLƏRİNİN İSTİQAMƏTİ VƏ TƏYİNATI 
 
1.
 
Təbiəti  mühafizə  tədbirlərinə  sərf  olunan  xərc-
lərin ümumi həcmi
2.
 
Kapital qoyuluşunun istiqamətləri və təyinatları; 
3.
 
İqtisadi ziyanların tərkib hissələri
4.
 
Ətraf mühitin pisləşməsi səbəbindən iqtisadi zi-
yanların təyin edilməsi metodikası; 
5.
 
Kapital qoyuluşunun elementləri. 
 
1. Təbiəti mühafizə tədbirlərinə sərf olunan  
xərclərin ümumi həcmi 
 
Ətraf  mühitdən  səmərəli  istifadə  tədbirlərinin  sə-
mərəliliyi ekoloji xərclərin uçotunun dəqiq aparılmasını 
tələb  edir.  Təbiəti  mühafizə  xərcləri-insanların  yaşayış 
mühitinin  keyfiyyətini  saxlamaq  üçün  ictimai  zəruri 
xərclərdir.  Təbiəti  mühafizə  xərclərinin  tərkibində 
aşağıdakı elementləri ayırmaq olar: 
1)
 
Ətraf  mühitə  zərərli  maddələrin  atılmasını  (axı-
dılmasını) azaldan tədbirlərə çəkilən xərclər birbaşa olub 
çoxsahəlidir: qurğuların tikintisi, texnologiyaların təkmil-
ləşdirilməsi,  xammalın  kompleks  istifadəsi,  tullantıların 
duruldulması, neytrallaşdırılması, basdırılması və s.; 
2)
 
Təbii  ehtiyatlar  potensialını  saxlamaq  üçün 
xərclər xüsusi qorunan təbiət ərazilərinin yaradılmasına, 
bərpa  olunan  təbii  ehtiyatların    təkrar  istehsalına  və  s. 
sərf edilir; 


242
 
 
3)
 
İctimai inkişaf xərcləri-insanların rekreasiya, es-
tetik və digər tələbatlarının təmin edilməsinə yönəldilir. 
İqtisadi nöqteyi nəzərdən insanın ətraf mühitə təsir 
fəaliyyəti aşağıdakı xərcləri tələb edir: 
-
 
ətraf mühitə təsirin qarşısının alınması xərclərini
-
 
iqtisadi ziyanlara sərf edilən xərcləri
-
 
bilavasitə  ziyanın  ləğvinə,  neytrallaşdırılmasına 
və kompensasiyasına yönəldilmiş xərcləri. 
Göstərilən  xərclər  ən  səmərəli  ekoloji  xərclər  he-
sab  olunur.  Çünki  onlar  ziyanın  qarşısının  alınmasına 
sərf edilir. Onlar əsasən mühafizə tədbirlərin yerinə  ye-
tirilməsinə  yönəldilir.  Onlara  yeni  aztullantılı,  mütərəq-
qi  texnologiyaların  yaradılması,  ekoloji  təhsil,  təlim, 
kadrlar hazırlığı, ƏMTQ, ekoloji ekspertiza (EE), ekolo-
ji infrastruktur obyektlərinin yaradılması, ekoloji sığorta 
və s. daxildir. 
Kompensasiya xərclərinin səviyyəsi isə aşağıda-
kılar ilə təyin edilə bilər: 
-
 
ətraf mühiti tam bərpa etmək üçün maksimal zə-
ruri xərclərin həcmi
-
 
minimal  xərclər  üzrə,  xərclərin  aşağı  səviyyəsi, 
daha az maliyyə xərcləri
-
 
prioritet  sayılan  sahələr  üzrə  həyata  keçirilən 
xərclər; 
-
 
maliyyə cəhətdən məqbul xərclər. 
Təbiəti  mühafizəyə  vəsaitlərin  maksimum  və  mi-
nimum xərclərə bölünməsi məqsədəuyğun deyildir. 
Bəzən yeni texnologiyaların (kompleks, aztullantı-
lı) tətbiqi zamanı təbiəti mühafizə xərclərinin hesablan-
ması  məsələsi  ortaya  çıxır.  Burada  təbiəti  mühafizəyə 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə