Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə61/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   89

235
 
 
fəaliyyətdə  olan  təbiəti  mühafizə  obyektlərini  də  qiy-
mətləndirmək  zəruridir.  Bundan  ötrü,  ilk  növbədə,  mü-
hiti qorumaq xərclərinin (S
z
) mütləq səmərəsini təyin et-
mək lazımdır. Deyilənlər aşağıdakı riyazi model ilə ifa-
də olunur: 
 
 
  ∑ ∑
 
  
(     
 
 )
 
   
 
   
 
 
Burada,  S
z
-  tam  iqtisadi  səmərə  (i  növün,  j  –  sər-
vətində), 
C – cari xərclər, 
K – kapital qoyuluşu, 
K
H
 – kapital qoyuluşunun normativ əmsalı (adətən 
0,12) yaxud diskontir əmsalıdır. 
Kapital  qoyuluşunun  normativ  səmərəlilik  əmsalı 
özünü doğrultma (xərcləri ödəmə) müddəti ilə əlaqədar-
dır. Xərclərin özünü ödəmə müddəti normativ səmərəli-
lik  əmsalı  ilə  tərs  mütənasibdir  (T=1/K
H
).  S
0
=(S-С)/ 
К>E
H
  olarsa,  onda  layihə  səmərəlidir  və  xərclər  özünü 
ödəyəcəkdir. Bəzən təbiəti mühafizə tədbirlərinin iqtisa-
di səmərəsini təbiəti mühafizə ehtiyatının xidmət vaxtını 
nəzərə  almaqla  qiymətləndirmək  zəruridir.  Bu  halda 
aşağıdakı düsturdan istifadə etmək olar: 
 
   
 
 
       
 
 
Burada, Y
n
 – dəf edilmiş ziyanın qiymətidir
C – obyektin smeta dəyəridir


236
 
 
T – obyektin (sərvətin) xidmət davamiyyətidir, 
Z – tədbirə (sərvətə) çəkilən orta illik cari xərcdir. 
Təbiətdən  səmərəli  istifadə  üzrə  tədbirlərin  səmə-
rəliliyi göstəricilər sistemi  ilə səciyyələnir.  Onların ara-
sında  təbiəti  mühafizə  qurğularının  fond  verimi,  təbiət 
tutumu (ziyan tutumu), istehsal edilən  məhsulun tullan-
tısı və s. əhatə olunur. 
 
4. Ətraf mühitin mühafizəsi tədbirlərinə  
sərf olunan xərclərin qrupları 
 
Ətraf mühitin mühafizəsi tədbirlərinə çəkilən xərc-
lərin  qrupuna  aşağıdakılar  aid  edilir.  Mövcud  ehtiyatla-
rın  saxlanması  xərcləri,  ətraf  mühitə  zərərli  maddələr 
atılmasının (axıdılmasının) qarşısının alınması, xərcləri, 
ekoloji ziyanın qarşısının alınmasına istiqamətləndirilən 
xərclər. 
Ətraf  mühitə  vurulan  ziyanın  iqtisadi  və  sosial 
xərcləri. 
Ətraf  mühitə  vurulan  ziyanın  iqtisadi  və  sosial 
xərcləri üç böyük qrupa bölünür: 
1)
 
Sağlamlıq  xərcləri.  Ətraf  mühitin  çirklənməsi 
xəstəliklər yaradar və vaxtından əvvəl ölümlə nəticələnə 
bilər. Çirklənmənin təsiri ilə insan sağlamlığına birbaşa 
və dolayı zərər ola bilər. Ona görə də sağlamlığa xidmət 
edən təbiəti mühafizə xərcləri hər il artırılır; 
2)
 
Məhsuldarlıq xərcləri. Ətraf mühitin tənəzzülü 
təbii ehtiyatların və fiziki kapitalın məhsuldarlığını azal-
dır.  Bu  suyun,  torpağın  və  s.  təbii  təmizlənməsini  ön 
plana çəkməyə imkan  vermir. Təbiəti  mühafizəyə  xərc-
lərin  azaldılması  təbii  proseslərin  pozulmasını  sürətlən-


237
 
 
dirir.  Çirklənmə  insanlardan  təmizliyin  saxlanması,  on-
ların  evlərinin  və  başqa  tikililərin  saxlanması  üçün  bö-
yük xərclər tələb edə bilər
3)
 
Ətraf mühitin keyfiyyətinin itkisi və ya mühi-
tin rahatlıq xərcləri. Açıq hava, toxunulmamış göl, ya-
rarlı  meşə,  təmiz  və  sakit  yerlər  –  həyat  keyfiyyətini 
yaxşılaşdıran  amillərdir.  İnsanlar  təhlükədə  olan  bioloji 
növləri, ekoloji sistemi qorumaq və ətraf mühitin rahat-
lığından həzz almaq və ya gələcək nəsillərə belə imkan-
ların  yaradılması  üçün  bəzi  xərclərdən  və  xidmətlərdən 
imtina  etməyə  hazırdırlar.  Ətraf  mühitin  keyfiyyətini 
kəmiyyətcə təyin etmək daha çətindir, ancaq onun itkisi 
dayanıqlı  inkişaf  prinsipləri  ilə  xüsusi  ziddiyyətə  girir. 
Bununla  bərabər  müasir  nəsil  gələcək  nəsillərin  imkan-
ları ilə güzəşt yaratmadan öz ehtiyaclarını təmin edə bil-
mir. 
Ətraf mühitdən istifadənin iqtisadi qiymətləndirmə 
sistemi ekoloji problemlərin həllində böyük rol oynayır. 
Bu  sistem  təsərrüfat  obyektlərinin  öz  istehsal  fəaliyyət-
lərini  ekoloji  amillərin  uçotu  ilə  modelləşdirməyə  sövq 
edir.  Ekoloji-iqtisadi  modelləşdirmə  ətraf  mühitin  çirk-
ləndirilməsi  ilə  bağlı  ödəniləcək  məsrəflərin  minimal-
laşdırılması imkanı verir. 
Ətraf  mühitə  atılan  zərərli  tullantıları  üç  yolla 
azaltmaq mümkündür: 
1.
 
zərərli  tullantılar  üçün  norma  və  standartların 
müəyyən edilməsi
2.
 
müvəqqəti  çirkləndirmə  hüququnun  lisenziya-
laşdırılması; 
3.
 
tullantılar üçün ödəniş sisteminin yaradılması. 
 


238
 
 
5. Təbiətin mühafizəsinə çəkilən xərclərin 
səmərəliliyini təyin edən üsullar 
 
Təbii  ehtiyatların  mühafizəsinin  səmərəliliyi  xərc-
lərin  istiqamətləri  və  həcmindən  çox  asılıdır.  Ona  görə 
də ətraf mühitin mühafizəsinə sərf olunan xərclərə nəza-
rət  edilməlidir.  Elə  ola  bilir  ki,  yüksək  səmərə  əldə  et-
mək üçün çox xərc çəkilməsini tələb etsin. Hər bir halda 
potensial səmərə xərclərdən asılıdır. Xərclərin həcminin 
elə həddi olmalıdır ki, o təbii ehtiyatların mühafizəsi la-
yihəsinin səmərəli olmasını təmin etsin. Xərclərin gəlir-
lərlə müqayisəsi elə olmalıdır ki, vaxt amili nəzərə alın-
maqla  cəmi  gəlir  cəmi  xərclərdən  çox  olsun.  Hesabla-
malar göstərsə ki, gələcəkdə əldə ediləcək gəlir xərcləri 
ödəmir, onda layihə səmərəsiz hesab edilir və onun hə-
yata keçirilməsi məqsədəuyğun hesab edilmir. 
Təbiətin mühafizəsi üçün layihələrin  (investisi-
yaların) səmərəliliyinin  müəyyən edilməsi  üçün gəti-
rilmiş  xərclər  üsullarından  da  istifadə  edilə  bilər.  Bu 
üsulda səmərənin ekoloji-iqtisadi zərərin və s. müəyyən 
edilməsi məsələsi qoyulmur. Başlıcası - əvvəlcədən qar-
şıya  qoyulmuş  məqsədə  nail  olmaq  üçün,  lazım  olan 
xərcləri  minimallaşdıran  inkişaf  variantını  tapmaqdır. 
Daha  doğrusu,  yalnız  məqsəd  və  ona  nail  olmaq  üçün 
xərclər  əhəmiyyət  kəsb  edir.  Bu  layihənin  tətbiqindən 
iqtisadi səmərəni müəyyən etmək mümkün olmadığı (və 
ya çox mürəkkəb olduğu) hallarda tətbiq edilir. Gətiril-
miş xərclər metodikasına uyğun olaraq bir neçə variant 
arasından aşağıdakı şərti ödəyən layihə seçilir: 
 
X+rk           min 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə