235
fəaliyyətdə olan təbiəti mühafizə obyektlərini də qiy-
mətləndirmək zəruridir. Bundan ötrü, ilk növbədə, mü-
hiti qorumaq xərclərinin (S
z
) mütləq səmərəsini təyin et-
mək lazımdır. Deyilənlər aşağıdakı riyazi model ilə ifa-
də olunur:
∑ ∑
(
)
Burada, S
z
- tam iqtisadi səmərə (i növün, j – sər-
vətində),
C – cari xərclər,
K – kapital qoyuluşu,
K
H
– kapital qoyuluşunun normativ əmsalı (adətən
0,12) yaxud diskontir əmsalıdır.
Kapital qoyuluşunun normativ səmərəlilik əmsalı
özünü doğrultma (xərcləri ödəmə) müddəti ilə əlaqədar-
dır. Xərclərin özünü ödəmə müddəti normativ səmərəli-
lik əmsalı ilə tərs mütənasibdir (T=1/K
H
). S
0
=(S-С)/
К>E
H
olarsa, onda layihə səmərəlidir və xərclər özünü
ödəyəcəkdir. Bəzən təbiəti mühafizə tədbirlərinin iqtisa-
di səmərəsini təbiəti mühafizə ehtiyatının xidmət vaxtını
nəzərə almaqla qiymətləndirmək zəruridir. Bu halda
aşağıdakı düsturdan istifadə etmək olar:
Burada, Y
n
– dəf edilmiş ziyanın qiymətidir,
C – obyektin smeta dəyəridir,
236
T – obyektin (sərvətin) xidmət davamiyyətidir,
Z – tədbirə (sərvətə) çəkilən orta illik cari xərcdir.
Təbiətdən səmərəli istifadə üzrə tədbirlərin səmə-
rəliliyi göstəricilər sistemi ilə səciyyələnir. Onların ara-
sında təbiəti mühafizə qurğularının fond verimi, təbiət
tutumu (ziyan tutumu), istehsal edilən məhsulun tullan-
tısı və s. əhatə olunur.
4. Ətraf mühitin mühafizəsi tədbirlərinə
sərf olunan xərclərin qrupları
Ətraf mühitin mühafizəsi tədbirlərinə çəkilən xərc-
lərin qrupuna aşağıdakılar aid edilir. Mövcud ehtiyatla-
rın saxlanması xərcləri, ətraf mühitə zərərli maddələr
atılmasının (axıdılmasının) qarşısının alınması, xərcləri,
ekoloji ziyanın qarşısının alınmasına istiqamətləndirilən
xərclər.
Ətraf mühitə vurulan ziyanın iqtisadi və sosial
xərcləri.
Ətraf mühitə vurulan ziyanın iqtisadi və sosial
xərcləri üç böyük qrupa bölünür:
1)
Sağlamlıq xərcləri. Ətraf mühitin çirklənməsi
xəstəliklər yaradar və vaxtından əvvəl ölümlə nəticələnə
bilər. Çirklənmənin təsiri ilə insan sağlamlığına birbaşa
və dolayı zərər ola bilər. Ona görə də sağlamlığa xidmət
edən təbiəti mühafizə xərcləri hər il artırılır;
2)
Məhsuldarlıq xərcləri. Ətraf mühitin tənəzzülü
təbii ehtiyatların və fiziki kapitalın məhsuldarlığını azal-
dır. Bu suyun, torpağın və s. təbii təmizlənməsini ön
plana çəkməyə imkan vermir. Təbiəti mühafizəyə xərc-
lərin azaldılması təbii proseslərin pozulmasını sürətlən-
237
dirir. Çirklənmə insanlardan təmizliyin saxlanması, on-
ların evlərinin və başqa tikililərin saxlanması üçün bö-
yük xərclər tələb edə bilər;
3)
Ətraf mühitin keyfiyyətinin itkisi və ya mühi-
tin rahatlıq xərcləri. Açıq hava, toxunulmamış göl, ya-
rarlı meşə, təmiz və sakit yerlər – həyat keyfiyyətini
yaxşılaşdıran amillərdir. İnsanlar təhlükədə olan bioloji
növləri, ekoloji sistemi qorumaq və ətraf mühitin rahat-
lığından həzz almaq və ya gələcək nəsillərə belə imkan-
ların yaradılması üçün bəzi xərclərdən və xidmətlərdən
imtina etməyə hazırdırlar. Ətraf mühitin keyfiyyətini
kəmiyyətcə təyin etmək daha çətindir, ancaq onun itkisi
dayanıqlı inkişaf prinsipləri ilə xüsusi ziddiyyətə girir.
Bununla bərabər müasir nəsil gələcək nəsillərin imkan-
ları ilə güzəşt yaratmadan öz ehtiyaclarını təmin edə bil-
mir.
Ətraf mühitdən istifadənin iqtisadi qiymətləndirmə
sistemi ekoloji problemlərin həllində böyük rol oynayır.
Bu sistem təsərrüfat obyektlərinin öz istehsal fəaliyyət-
lərini ekoloji amillərin uçotu ilə modelləşdirməyə sövq
edir. Ekoloji-iqtisadi modelləşdirmə ətraf mühitin çirk-
ləndirilməsi ilə bağlı ödəniləcək məsrəflərin minimal-
laşdırılması imkanı verir.
Ətraf mühitə atılan zərərli tullantıları üç yolla
azaltmaq mümkündür:
1.
zərərli tullantılar üçün norma və standartların
müəyyən edilməsi;
2.
müvəqqəti çirkləndirmə hüququnun lisenziya-
laşdırılması;
3.
tullantılar üçün ödəniş sisteminin yaradılması.
238
5. Təbiətin mühafizəsinə çəkilən xərclərin
səmərəliliyini təyin edən üsullar
Təbii ehtiyatların mühafizəsinin səmərəliliyi xərc-
lərin istiqamətləri və həcmindən çox asılıdır. Ona görə
də ətraf mühitin mühafizəsinə sərf olunan xərclərə nəza-
rət edilməlidir. Elə ola bilir ki, yüksək səmərə əldə et-
mək üçün çox xərc çəkilməsini tələb etsin. Hər bir halda
potensial səmərə xərclərdən asılıdır. Xərclərin həcminin
elə həddi olmalıdır ki, o təbii ehtiyatların mühafizəsi la-
yihəsinin səmərəli olmasını təmin etsin. Xərclərin gəlir-
lərlə müqayisəsi elə olmalıdır ki, vaxt amili nəzərə alın-
maqla cəmi gəlir cəmi xərclərdən çox olsun. Hesabla-
malar göstərsə ki, gələcəkdə əldə ediləcək gəlir xərcləri
ödəmir, onda layihə səmərəsiz hesab edilir və onun hə-
yata keçirilməsi məqsədəuyğun hesab edilmir.
Təbiətin mühafizəsi üçün layihələrin (investisi-
yaların) səmərəliliyinin müəyyən edilməsi üçün gəti-
rilmiş xərclər üsullarından da istifadə edilə bilər. Bu
üsulda səmərənin ekoloji-iqtisadi zərərin və s. müəyyən
edilməsi məsələsi qoyulmur. Başlıcası - əvvəlcədən qar-
şıya qoyulmuş məqsədə nail olmaq üçün, lazım olan
xərcləri minimallaşdıran inkişaf variantını tapmaqdır.
Daha doğrusu, yalnız məqsəd və ona nail olmaq üçün
xərclər əhəmiyyət kəsb edir. Bu layihənin tətbiqindən
iqtisadi səmərəni müəyyən etmək mümkün olmadığı (və
ya çox mürəkkəb olduğu) hallarda tətbiq edilir. Gətiril-
miş xərclər metodikasına uyğun olaraq bir neçə variant
arasından aşağıdakı şərti ödəyən layihə seçilir:
X+rk min
Dostları ilə paylaş: |