239
Burada, X – cari illik xərclər - man;
k – kapital qoyuluşlu – man;
r – diskontlaşdırma əmsalı.
Göstərilənlərlə yanaşı, təbii ehtiyatların mühafizəsi
tədbirlərində atmosferin, suyun və torpağın çirklənməsi-
nin qarşısının alınması üçün xərclər tələb edilir. Bu
xərclər ekoloji sistemin tarazlığını təmin etməyə və
çirklənməyə qarşı mübarizə aparılmasına yönəldilir. Tə-
biəti mühafizə və çirklənmənin aradan qaldırılması həd-
dən çox xərc aparır. Ona görə də çirklənmənin optimal
səviyyəsi tapılır (vektor pulu ilə). Ətraf mühitin mühafi-
zəsi və çirklənmə səviyyəsinin optimallığını təmin et-
mək üçün: 1) tənzimləyici standartlar, 2) maliyyə sank-
siyaları, 3) çirklənmənin məqbul (qənaətbəxş) normalar-
dan istifadə edilir.
Ekoloji problemlərin qlobal xarakter daşıması bu
problemlərin həlli üçün ətraf mühitin qorunması istiqa-
mətində tədbirlər sisteminin (iqtisadi, texniki, elmi, hü-
quqi, tərbiyəvi) həyata keçirilməsində geniş beynəlxalq
əməkdaşlığı tələb edir. Ətraf mühitin qorunması üzrə
əməkdaşlıq hələ 100 il əvvəl yaranmış və indi də sürətlə
inkişaf etməkdədir. BMT bu məsələyə daim diqqət yeti-
rir. 1962-ci ildə BMT-nın XVII Baş Məclisində “Ekolo-
ji inkişaf və təbiətin mühafizəsi” adlı xüsusi qətnamə
qəbul olundu. Bu qətnamədə qeyd edilir ki, təbiətin mü-
hafizəsi BMT-yə üzv olan bütün dövlətlərin bilavasitə
vəzifəsidir və təbii ehtiyatların qorunub saxlanılması üz-
rə tədbirlər iqtisadi inkişafla birgə, eyni zamanda aparıl-
malıdır.
1972-ci ildə Stokholmda BMT-nın ətraf mühit mə-
240
sələsi üzrə konfrans keçirildi. Konfrans “Ətraf mühitin
mühafizəsi” haqqında bəyanat qəbul etdi və 5 iyun Bey-
nəlxalq ətraf mühitin mühafizəsi günü elan olundu. Su-
yun kompleks istifadəsi və mühafizəsi, torpağın qoru-
nub saxlanması, bərpası və münbitliyinin artırılması,
meşələrin və heyvanat aləminin mühafizəsi BMT-nın
ərzaq və kənd təsərrüfatı məsələləri üzrə təşkilatının
diqqət mərkəzindədir. Bu təşkilat müntəzəm olaraq təbii
resursların coğrafiyası, təbii resursların yerləşməsi,
strukturu və onların uyğunluğunu, iqtisadi qiymətləndir-
mə, mühafizə, təkrar istehsal, rasional istifadə problemi-
ni, eləcədə resursla təmin olunma və resurs bazası və-
ziyyətinin proqnozunu öyrənir.
241
X FƏSİL.
ƏTRAF MÜHİTDƏN İSTİFADƏDƏ MALİYYƏ
XƏRCLƏRİNİN İSTİQAMƏTİ VƏ TƏYİNATI
1.
Təbiəti mühafizə tədbirlərinə sərf olunan xərc-
lərin ümumi həcmi;
2.
Kapital qoyuluşunun istiqamətləri və təyinatları;
3.
İqtisadi ziyanların tərkib hissələri;
4.
Ətraf mühitin pisləşməsi səbəbindən iqtisadi zi-
yanların təyin edilməsi metodikası;
5.
Kapital qoyuluşunun elementləri.
1. Təbiəti mühafizə tədbirlərinə sərf olunan
xərclərin ümumi həcmi
Ətraf mühitdən səmərəli istifadə tədbirlərinin sə-
mərəliliyi ekoloji xərclərin uçotunun dəqiq aparılmasını
tələb edir. Təbiəti mühafizə xərcləri-insanların yaşayış
mühitinin keyfiyyətini saxlamaq üçün ictimai zəruri
xərclərdir. Təbiəti mühafizə xərclərinin tərkibində
aşağıdakı elementləri ayırmaq olar:
1)
Ətraf mühitə zərərli maddələrin atılmasını (axı-
dılmasını) azaldan tədbirlərə çəkilən xərclər birbaşa olub
çoxsahəlidir: qurğuların tikintisi, texnologiyaların təkmil-
ləşdirilməsi, xammalın kompleks istifadəsi, tullantıların
duruldulması, neytrallaşdırılması, basdırılması və s.;
2)
Təbii ehtiyatlar potensialını saxlamaq üçün
xərclər xüsusi qorunan təbiət ərazilərinin yaradılmasına,
bərpa olunan təbii ehtiyatların təkrar istehsalına və s.
sərf edilir;
242
3)
İctimai inkişaf xərcləri-insanların rekreasiya, es-
tetik və digər tələbatlarının təmin edilməsinə yönəldilir.
İqtisadi nöqteyi nəzərdən insanın ətraf mühitə təsir
fəaliyyəti aşağıdakı xərcləri tələb edir:
-
ətraf mühitə təsirin qarşısının alınması xərclərini;
-
iqtisadi ziyanlara sərf edilən xərcləri;
-
bilavasitə ziyanın ləğvinə, neytrallaşdırılmasına
və kompensasiyasına yönəldilmiş xərcləri.
Göstərilən xərclər ən səmərəli ekoloji xərclər he-
sab olunur. Çünki onlar ziyanın qarşısının alınmasına
sərf edilir. Onlar əsasən mühafizə tədbirlərin yerinə ye-
tirilməsinə yönəldilir. Onlara yeni aztullantılı, mütərəq-
qi texnologiyaların yaradılması, ekoloji təhsil, təlim,
kadrlar hazırlığı, ƏMTQ, ekoloji ekspertiza (EE), ekolo-
ji infrastruktur obyektlərinin yaradılması, ekoloji sığorta
və s. daxildir.
Kompensasiya xərclərinin səviyyəsi isə aşağıda-
kılar ilə təyin edilə bilər:
-
ətraf mühiti tam bərpa etmək üçün maksimal zə-
ruri xərclərin həcmi;
-
minimal xərclər üzrə, xərclərin aşağı səviyyəsi,
daha az maliyyə xərcləri;
-
prioritet sayılan sahələr üzrə həyata keçirilən
xərclər;
-
maliyyə cəhətdən məqbul xərclər.
Təbiəti mühafizəyə vəsaitlərin maksimum və mi-
nimum xərclərə bölünməsi məqsədəuyğun deyildir.
Bəzən yeni texnologiyaların (kompleks, aztullantı-
lı) tətbiqi zamanı təbiəti mühafizə xərclərinin hesablan-
ması məsələsi ortaya çıxır. Burada təbiəti mühafizəyə
Dostları ilə paylaş: |