Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə65/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   89

251
 
 
3.
 
yardımçı  istehsalat  və  xidmət  əhəmiyyətli  ob-
yektləri; 
4.
 
energetika təsərrüfatı obyektlərini
5.
 
nəqliyyat təsərrüfatı və rabitə obyektlərini
6.
 
su təchizatı, kanalizasiya, istilik və qaz təchizatı 
qurğuları və xarici (bayır) şəbəkələrini; 
7.
 
ərazinin abadlaşdırılması və yaşıllaşdırılmasını; 
8.
 
müvəqqəti bina və qurğularını; 
9.
 
digər işlər və xərcləri
10.
 
tikilən  müəssisənin  müdiriyyətinin  saxlanması 
və müəllif nəzarətinin həyata keçirilməsi obyektlərini
11.
 
layihə və axtarış işlərini. 
Yekun  smeta  hesablamalarının  tərtibi  lokal 
(yerli) və obyekt smetalarına əsaslanır (istinad edir). 
Burada  həmçinin  əlavə  xərclər,  həm  də  nəzərə  alın-
mayan  (əvvəlcədən  görünməyən)  işlərin  vəsait  ehti-
yatları  da  nəzərdə  tutulur.  Obyekt smetaları öz tərki-
bində  lokal  smetanın  məlumatlarını  birləşdirir  və  onun 
əsasında obyekt üçün müqavilə qiymətləri formalaşdırı-
lır.  Bu  halda  obyekt  smetasının  rolunu  lokal  smeta  oy-
nayır.  Obyekt  smeta  hesablamalarında  (smetada)  sətir-
bəsətir  və  həm  də  yekunda  vahid  qiymətlər  (dəyərlər), 
məsələn, 1 m
3
 həcm, 1 m
2
 sahə, 1 m məsafə və s. təyin 
edilir. 
Obyekt və lokal smetalarında normativ əmək tutu-
mu və smeta əmək haqqı ayrılır. Lokal smetalarda ehti-
yat  göstəricilərini  ayırmaqla  aşağıdakı  sənədlər  tərtib 
edilir: 
-
 
işlərin əmək tutumunu (adam-saatla); 
-
 
fəhlələrin əsas əmək haqqını təyin etmək. 


252
 
 
Lokal smetalarda (hesablamalarda) smeta sənədlə-
rinin  tərkibində  işlərin  dəyəri  iki  qiymət  səviyyəsində 
aydınlaşdırıla bilər: 
-
 
bazis  səviyyəsi  üçün  –  fəaliyyətdə  olan  smeta 
normaları  və  qiymətləri  ilə  müəyyənləşdirilir  (məs. 
1990-cı və ya 1985-ci il üçün). 
-
 
cari  (proqnoz)  səviyyəsində  -  smeta  tərtib  edilən 
dövr üçün formalaşmış qiymətlərlə, yaxud tikinti başla-
nan gündən başlayaraq, mövcud olan qiymətlərlə. 
Tikinti, yenidənqurma, əsaslı təmir (bina və qurğu-
larda), müəssisələrin genişləndirilməsi və yenidən təşki-
linin  smeta  dəyərinin  təyin  edilməsinin  əsasını  smeta 
normativləri  (smeta  normaları  külliyyatı,  qiymətlər  və 
qiymətləndirmələr  normaları),  habelə  qaydalar  və  əsas-
namələr təşkil edir. Yuvarlaqlaşdırılmış smeta normala-
rına aiddir: faizlə ifadə olunan smeta normativləri (üstə-
gəlmə xərclər, smeta gəliri, əlavə xərclər), iriləşdirilmiş 
smeta normativləri və göstəriciləri. 
Tikintinin  smeta  dəyəri  –  bu  kapital  (əsaslı)  qo-
yuluşunun ümumi cəmidir. Tikinti və quraşdırma işləri-
nin  smeta  dəyəri  birbaşa  xərclərdən  (bilavasitə  xərclər-
dən), əlavə məxariclərdən və smeta gəlirindən ibarətdir. 
Birbaşa  xərclərə  aiddir:  fəhlələrin  əsas  əmək  haqları, 
materialların,  konstruksiyaların,  detalların,  yarımfabri-
katların dəyəri, maşın və mexanizmlərin istismar xərcləri. 
Kompleks smeta qiymətlərini təyin etmək üçün 
aşağıdakı  metodlar  tətbiq  edilə  bilər:  bazis-kompen-
sasiya,  ehtiyat,  ehtiyat-indeks.  Bundan  başqa  smetanı 
“əvvəllər tikilmiş və ya layihələşdirilmiş obyekt-analoq-
ların qiymətləri haqqında məlumatlara əsasən” müəyyən 


253
 
 
etmək olar. Bazis-kompensasiya üsulu smeta normaları-
nın istifadəsinə əsaslanır. Bu halda qiymət iki mərhələdə 
təyin edilir. Eyni zamanda texnoloji məqsədlərə elektrik 
daşıyıcılarının sərfi, maşınların istismar vaxtı, fəhlələrin 
əmək xərcləri də  nəzərə  alınır. Ehtiyatların  sərfinin  ye-
kun  göstəricilərini  hesablamaq  üçün  əvvəlcədən  lokal 
sərvətlərin siyahısını tərtib etmək məqsədəuyğundur. Bu 
siyahıda  obyektdə  həyata  keçirilən  hər  bir  iş  növü  üzrə 
ehtiyatların dəyərini həm bazis (orta smeta qiymətlərinə 
əsasən,  normativlər  üzrə),  həm  də  cari  (proqnoz)  qiy-
mətləri səviyyəsində təyin etmək məqsədəuyğundur. 
Ehtiyat-indeks üsulu – bu ehtiyat üsulunun ehtiyatlara 
verilmiş indeks sistemi (material, texniki, energetik,  əmək, 
avadanlıq, xidmətlər və s.) ilə birləşməsinə əsaslanır. 
Layihə üzrə xərclərin planlaşdırılması maliyyə ehti-
yatlarına  tələbatı  ödəmək  məqsədilə  həyata  keçirilməli-
dir.  Bu  isə  layihənin  büdcəsinin  tərtib  edilməsini  tələb 
edir (təqvim planına və layihənin strategiyasına əsasən). 
 
 
 
 
 
 
 
 
 
 
 
 


254
 
 
XI FƏSİL.  
ƏTRAF MÜHİTDƏN İSTİFADƏNİN İQTİSADİ 
SƏMƏRƏLİLİYİ 
 
1.
 
Təbiəti  mühafizə  tədbirlərinin  iqtisadi    səmərə-
lilik anlayışı; 
2.
 
Təbiətdən istifadənin və ətraf mühitin səmərəli-
lik göstəriciləri
3.
 
Təbiəti mühafizə tədbirlərinin iqtisadi səmərəli-
liyinin təyini metodikası. 
 
1. Təbiəti mühafizə tədbirlərinin iqtisadi  
səmərəlilik anlayışı 
 
Təbii  sərvətlərin,  ətraf  təbii  mühitin  saflığına,  in-
sanların sağlamlığının mühafizəsinə olan diqqət və qay-
ğının  artırılmasına  yönəldilmiş  beynəlxalq  tədbirlərin 
əhəmiyyəti ildən-ilə artır. Bu ondan irəli gəlir ki, əvvəl-
lərdə  məlum  olmayan  yeni-yeni  kimya  məhsulları  və 
müxtəlif tərkibli materiallar, maddələr, elementlər isteh-
sal  olunur,  onların  təbii  mühitə  təsir  dairəsi  planetar 
miqyasda genişlənir. Təbiətdən alınan, onun sərvətlərin-
dən istifadə edilən yeni məhsullar ictimaiyyətə xeyir gə-
tirir,  xalq  təsərrüfatının  inkişafını  sürətləndirir,  əhalinin 
bu və ya digər məhsullara olan tələbatını ödəyir. Bunun-
la belə, həmin məhsulların kütləvi surətdə istehsalı geniş 
miqyasda materiyanın təbii balansını pozur, ətraf mühi-
tin mühafizəsində çətinlik törədən maddələrin miqdarını 
artırır,  ayrı-ayrı  sənaye  sahələrində,  mərkəzlərində  sağ-
lamlığı təhlükə altına alır. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə