244
-
istehsalat texnologiyasının, ətraf mühiti mühafizə
məqsədilə müəyyənləşdirilməsi.
Cədvəl 11.
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan
səmərəli istifadə üçün əsas kapitala yönəldilmiş
vəsait (min manat)
2005
2009
2010
2011
2012
Cəmi
O cümlədən:
2912,3
105287,3
190007,2
239275,2 339872,1
Su ehtiyatları-
nın mühafizə-
sinə
1309,8
89169,3
134936,9
189693,4 324214,9
Atmosfer ha-
vasının müha-
fizəsinə
1503,9
2113,2
-
-
-
Torpaqların
mühafizəsinə
98,6
14004,8
55070,3
49581,8
15657,2
Kapital qoyuluşları əsasən su obyektlərinin, ha-
va hövzəsinin və torpaqların mühafizəsinə istiqamət-
ləndirilir. Adətən kapital qoyuluşlarının ən çox payı
(faizi) su obyektlərinin mühafizəsinə yönəldilir.
Su ob-
yektlərinin mühafizəsi üçün əsas kapital qoyuluşları
tikinti üçün birdəfəlik aşağıdakı xərclərdən ibarət
olur:
-
istehsalat və kommunal tullantı sularının təmiz-
lənməsi üçün stansiyalar, (təmizləyici qurğular), habelə
tullantı sularının ilkin təmizlənməsi (lokal təmizləyici
qurğular) və təmizlənmiş sulardan istifadə üçün yenidən
təmizləmə stansiyaları;
245
-
su mühafizə zonalarının kompleks tədbirlərlə əla-
qələndirilməsi (texnoloji, meşə meliorativ, aqrotexniki,
hidrotexniki, sanitar və s.);
-
neftin, mazutun toplanması qurğuları;
-
su obyektlərini çirkləndirən sənaye tullantılarını
zərərsizləşdirmək üçün poliqon və qurğuların
tikilməsi;
-
gəmilərin təsərrüfat sularının qəbul edilməsi üçün
sahil qurğularının tikilməsi, habelə zibillərin utilləşdiril-
məsi, anbarlaşdırılması və təmizlənməsi;
-
şəhərlərin və yaşayış məntəqələrinin kanalizasiya
sistemlərinin tikintisi və s.
Hava hövzəsinin mühafizəsi üçün xərclər birdəfə-
lik aşağıdakı tikinti işlərinə yönəldilir:
-
texnoloji xətlərdən, digər çirklənmə mənbələrin-
dən ayrılan maddə və qazların tutulma və zərərsizləşdi-
rilməsi üçün qurğuların
tikintisi;
-
nəzarət-tənzimləyici sahələrin tikintisi (əsasən,
toksik avtomobil qazların miqdarını müəyyən etmək
üçün);
-
tüstü boruları, qaz buxarlarının, aspirasiya sis-
temlərinin tikintisi;
-
sanitar-mühafizə zonalarının salınması (müəssilər
ətrafı, yol boyunca və s.).
Torpaqların mühafizəsinə yönəldilən əsaslı vəsait-
lərə daxildir:
-
eroziyaya, selə, sürüşməyə qarşı hidrotexniki
qurğuların tikilməsi;
-
dik yamacların terraslaşdırılması;
-
qoruyucu meşə zolaqlarının, o cümlədən tarla qoru-
yucu və eroziyaya qarşı meşələrin salınması;
246
-
torpaqların bərpası (rekultivasiyası, reabilitasiyası);
-
zibil emalı və zibil yandıran zavodların tikintisi.
Cari istismar xərclərinə daxildir: təbiəti mühafizə
istiqamətli əsas fondların saxlanması və qulluq edilməsi,
təbiəti mühafizə ilə əlaqədar xidmətlərin ödənilməsi, ca-
ri təbiəti mühafizə xərclərinin ümumi istehsal xərclərinə
görə payı 0,2-3 % arasında dəyişir.
3. İqtisadi ziyanların tərkib hissələri
Hər bir sahədə olduğu kimi, təbiətdən intensiv isti-
fadə olunmasıda, bu sahəyə yönəldilən vəsaitin daha tez
ödənilməsinə və yüksək səmərə verməsinə şərait yara-
dır. Ona görə də inkişaf etmiş ölkələrdə təbiəti mühafizə
tədbirlərinə, onun ehtiyatlarından intensiv istifadəyə xü-
susi diqqət yetirilir. Bu məqsədlə də, təbii ehtiyatların
inkişaf etdirilməsini elə aparmaq lazımdır ki, elmi-tex-
niki tərəqqinin göstəricilərindən tam istifadə edilsin, ye-
ni kapital qoyuluşunun səmərəliliyi özünü, yalnız təbii
ehtiyatlardan yüksək dərəcədə istifadə etməkdə deyil,
həmişə bu inkişafla əlaqədar, ətraf mühitin çirklənməsi-
nin qarşısının alınmasına tam və ya qismən nail olunma-
sında göstərsin.
Ölkənin xalq təsərrüfatına kapital qoyuluşunun gə-
ləcək səmərəliliyi böyük əhəmiyyət kəsb edir. Təbiətin
mühafizə tədbirlərindəki,
kapital qoyuluşunun səmə-
rəliliyi, ümumi əldə ediləcək səmərəliliklə çəkilən
xərclər cəminin müqayisəsi ilə müəyyən edilir. Kapi-
tal qoyuluşunun həcmi-hidrometereoloji və iqlim şərai-
tindən, xalq təsərrüfatı müəssisələrinin cəmləşməsi və