223
IX FƏSİL.
TƏBİİ MÜHİTƏ ÇƏKİLƏN XƏRCLƏR VƏ ONUN
SƏMƏRƏLİLİYİNİ TƏYİN EDƏN ÜSULLAR
1.
İqtisadi ziyanın təsnifatı;
2.
Ekoloji təyinatlı ziyanların həcminin təyin olun-
ması;
3.
Ətraf mühitin mühafizəsinə sərf olunan xərclər;
4.
Ətraf mühitin mühafizəsi tədbirlərinə sərf olu-
nan xərclərin qrupları;
5.
Təbiətin mühafizəsinə çəkilən xərclərin səmərə-
liliyini təyin edən üsullar.
1. İqtisadi ziyanın təsnifatı
Ətraf mühit ehtiyatlarından istifadə vaxtı iqti-
sadi ziyanlar müxtəlif formada və ölçüdə (həcmdə)
olur. Bu ziyanın təsnifatını aşağıdakı kimi göstər-
mək olar:
-
ətraf mühitə çirklənmədən dəyən ziyan – bura-
ya faktiki və mümkün olan itkiləri aid etmək olar. Bu it-
kilər ekoloji, sosial və iqtisadi itkilərdən ibarətdir.
-
atmosferin (havanın) çirklənməsindən dəyən zi-
yan;
-
torpağın çirklənməsindən dəyən ziyan;
-
su hövzəsinin çirklənməsindən dəyən ziyan.
Normalaşdırma və standartlaşdırma insan cəmiy-
yəti fəaliyyətinin nizamlanmasında mühüm vasitədir.
İnsanlar və ətraf mühit arasında qarşılıqlı əlaqənin qay-
daya salınmasında ənənəvi normalardan istifadə edilir.
224
Müasir anlayışa əsasən ekoloji normalaşdırma (EN) el-
mi, hüquqi, inzibati və digər fəaliyyət sistemi olub, ətraf
mühitə edilən təsirin yolverilən normalarının müəyyən
edilməsinə yönəldilmişdir. Ekoloji normalaşdırmanın
səmərəliliyi aşağıdakı kimi təmin olunur:
-
normativlərin müasir elm və texnikanın səviyyəsi-
nə ,beynəlxalq standartlara uyğun olması ilə;
-
obyektivliyi ilə və qanunla tənzimlənməsinə görə,
belə ki, normativlərin hazırlanması və təsdiq olunması
dövlətin xüsusi orqanlarının tapşırığı
ilə yerinə yetirilir;
-
ekoloji normativlərin yerinə yetirilməsi bütün təsər-
rüfat başçıları və sahibkarlar üçün məcburi olub, təşkilat-
lar və vətəndaşlar ona tabe olmağa məsuliyyət daşıyır.
Ekoloji normalaşdırmanın əsasında aşağıdakı prin-
siplər durur:
-
məqsəd, cəmiyyətin uzun müddətli marağın- xüsu-
si maraqdan, qlobal və regional nəticələrin lokal nəticə-
lərə nisbətən prioritet olması;
-
qabaqlama normativlərinin hazırlanması, tədqiqat-
ları, planlaşdırılma, təsirdən əvvəl aparılmalıdır;
-
hüdudluq - təsirin təhlükəli qiymətinin müəyyən
edilməsi, təhlükə həddini aşmaması üçün ekoloji təhlü-
kəsizlik nizamlanır.
2. Ekoloji təyinatlı ziyanların həcminin təyin
olunması
Təbiəti mühafizə tədbirlərinin səmərəsi – qarşısı
alınmış, dəf edilmiş ziyanın təyin edilməsi ziyanın
müəyyənləşdirilməsi üsuluna əsaslanır.
Ətraf mühitin
225
çirklənməsi nəticəsində dəymiş ziyan - faktik və ya
mümkün olan itkilərdir: 1) ekoloji, 2) sosial və 3) iq-
tisadi.
İki cür ziyan ayırırlar: bilavasitə və dolayısı zi-
yan. Maddi dağıntılar, təbii mühitin tənəzzülü, dolayısı
ziyan-əlilliyin artımı, xəstəliklər, insanların sağlamlığı-
nın pisləşməsi, təsərrüfat sahələrində məhsuldarlığın
aşağı düşməsi və s.
Bilavasitə ziyanı qiymət və ya na-
tural hesablama ilə müəyyən etmək olur, dolayısı zi-
yanı isə hesablamaq (qiymətləndirmək) çətindir.
Hesablamaya yatan ziyanlar iqtisadi və sosial –
iqtisadi ziyanlardır. Birinci qrupa aiddirlər:
-
alınmamış məhsul;
-
bina və qurğuların xidmət müddətinin qısalması
(azalması);
-
tullantıların xammal kimi istifadəyə yararlı olması;
-
çirklənmənin nəticələrinin ləğvinə sərf olan xərclər;
-
bərpaya lazım
olan xərclər;
-
çirklənmə nəticəsində xəstəliyə görə əmək məh-
suldarlığının azalması və s.
Sosial-iqtisadi ziyan aşağıdakı struktura malik-
dir:
-
xəstəliklərin artımı ilə əlaqədar səhiyyəyə və icti-
mai təminata
çəkilən xərclər;
-
rekreasiya (istirahət) ehtiyatlarının saxlanması
üçün xərclər;
-
ekoloji səbəblərə görə əhalinin miqrasiyası (köç-
məsi, yerdəyişməsi)
xərcləri;
-
istirahət üçün əlavə xərclər.
Dolayı ziyanların (ekoloji və sosial) miqdarı (kə-
226
miyyətcə) qiymətləndirməyə yatmırlar, onları şərti
hesablanan ziyanlar adlandırırlar.
Sosial ziyanlar aşağıdakılardır:
-
landşaftın korlanması
sayəsində estetik ziyan;
-
ölüm hallarının çoxalması ilə yaranan patoloji zi-
yanlar;
-
psixoloji ziyanlar.
Ekoloji ziyanlar unikal ekosistemlərin dağılma-
sı, növlərin məhv olması, yoxa çıxması, genetik itki-
lər və s. ilə əlaqədardır.
İqtisadi ziyan - ətraf mühitin çirklənməsi nəticə-
sində onun faydalılıq dərəcəsinin dəyişməsidir. Iqtisadi
ziyan aşağıdakı xərclər hesabına yaranır:
-
cəmiyyətin ətraf mühitdə dəyişmələrlə bağlı onun
bərpası və ləğvi ilə əlaqədar çəkilən xərclər;
-
ətraf mühiti əvvəlki vəziyyətinə gətirmək üçün
xərclər;
Ziyan bir anlıq, permanent (torpaqların eroziyası
və şoranlaşması zamanı), latent (vaxt keçdikdən sonra
baş verən, ləng hərəkət edən) və s. olur. Bundan başqa
iqtisadi ziyanı iki növə - potensial və hesablama yolu
ilə təyin olunan növlərə bölürlər.
Potensial ziyan – elə iqtisadi ziyandır ki, ləğvinə
indiki zamanda əlavə xərc tələb olunmur.
Hesablama
ziyanı – ziyanın elə hissəsidir ki, müəyyən dövrdə üzə
çıxır və iqtisad elminin indiki səviyyəsinə uyğun olaraq
pul formasında ifadə edilməsi mümkündür. Həmin sahə-
yə dair məlumatımız artdıqca hesablama ziyanı poten-
sial ziyana çevriləcək, potensial isə - artıq dəymiş ziyan
kimi özünü göstərəcəkdir. Qiymətləndirməyə görə po-