Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə59/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   89

227
 
 
tensial iqtisadi ziyan 70-80 %, hesablama ziyanı isə fak-
tiki ziyanın 60-65 %-ni təşkil edir. 
Adətən  ziyanın  aşağıdakı  strukturunu  qeyd 
edirlər: 
1)
 
əhalinin sağlamlığına; 
2)
 
kommunal və məişət təsərrüfatına; 
3)
 
kənd və meşə təsərrüfatına; 
4)
 
nəqliyyata, sənayeyə; 
5)
 
digər  sahələrə  dəyən  ziyanlar.  Hər  bir  lokal  zi-
yan ayrılıqda təyin edilir, sonra isə toplanır.  
Ziyanın bu cür təyinatı lokal (yerli) ziyanların top-
lanması  metodu  adlanır,  yaxud  da  birbaşa  hesablanır. 
Bu  halda  hesabatların  əsasını  aşağıdakı  ardıcıllıq  təşkil 
edir: 
1.
 
maddələrin  çirklənmə  mənbəyindən  atılmasının 
(axıdılmasının) təyini; 
2.
 
qarışıqların qatılığının atmosferdə (su hövzəsin-
də) müəyyən edilməsi; 
3.
 
natural ziyanın təyini; 
4.
 
iqtisadi ziyanın təyini. 
Atmosferin  (havanın)  çirklənməsindən  dəyən 
iqtisadi ziyan aşağıdakı xərclərin cəmindən əmələ gəlir: 
xəstələnmələrin artması nəticəsindəki xərclər, əsas fond-
ların təmirinin sayının artması, onların xidmət müddəti-
nin azalması, kənd təsərrüfatı torpaqlarının məhsuldarlı-
ğının  azalması,  meşələrin  məhsullarının  azalması  və  s. 
Bu yanaşma çoxlu miqdarda ilkin informasiya tələb edir 
və iqtisadi ziyanı daha dəqiq təyin edir. Təcrübədə, adə-
tən  iqtisadi  ziyanın  yuvarlaqlaşdırılmış  qiymətləndiril-
məsi  üsulundan  istifadə  edirlər.  Bu  təxmini  qiymətlən-


228
 
 
dirmə  olsa  da,  daha  ümumi  məsələləri  həll  etmək  üçün 
əsas ola bilər. 
Atmosferə  dəymiş  ziyanı  təyin  etmək  üçün  aşağı-
dakı düsturdan istifadə edilir: 
 
Y

 = γ • σ • φ • M 
 
Burada,  γ  –  çirklənmənin  hər  şərti  tonuna  görə 
ödəmədir (xüsusi ziyandır), man. Şərti ton, manatla ifa-
də olunur. Bu qiymətdə inflyasiya nəzərə alınır. Hesab-
lamada baza göstəricisi aşağıdakı kimi ifadə edilir. Mə-
sələn, 1 ton SO
2
=1 şərti ton. 
σ – ölçüsüz kəmiyyət, ərazinin növündən asılı ola-
raq, atmosferin çirklənməsinin nisbi təhlükəsini səciyyə-
ləndirir. 
φ  –  ölçüsüz  kəmiyyət, qarışıqların  atmosferdə  sə-
pələnməsinin  xarakterindən  asılıdır.  Əgər  qaz  təmizlə-
yən  avadanlıq  yoxdursa,  yaxud  təmizləmə  dərəcəsi 
70%-dən azdırsa, onda φ=3, təmizləmə 70-90 % olarsa, 
φ=2,5, 90 %-dən çox olarsa, φ=2 götürülür. Qaz xassəli 
çirklənmə və aerozollar üçün φ=1 götürülür. 
M  –  çirkləndirici  maddələrin  gətirilmiş  kütləsi 
(şərti ton/il), aşağıdakı düstur ilə təyin edilir:   
 
 
 
        
n
 
M= Σ  M
i
A

   
 
        
i=0 
 
Burada, M
i
 – i çirkləndirici maddənin ümumi küt-
ləsi, 
A
i
 – (i maddəsinin) nisbi aqressivlik göstəricisidir. 
Bu  göstərici  həddi  yol  verilən  qatılıq  (HYVQ)  nəzərə 


229
 
 
alınmaqla təyin edilir (1/HYVQ).  
Su  hövzələrinin  çirklənməsindən  dəyən  ziyanın 
yuvarlaqlaşdırılmış  qiymətləndirmə  metodu  aşağıdakı 
düsturla ifadə edilir: 
Y
B
 = γ • σ
k
 • M 
 
Burada,γ – xüsusi ziyan (şərti ton axıntıya görə-man.) 
σ
k
– müxtəlif su təsərrüfatı sahələri üçün sabit gös-
tərici (konstanta), xüsusi cədvəldən götürülür. 
Ziyan hesablama yolu ilə təyin edilir, həm də məh-
sul hasilatına dəyən xüsusi ziyanın hesablanması ilə də 
təyin edilə bilər. 
Təxmini  metodla  hesablamalar  göstərir  ki,  cəmiy-
yətə dəyən ziyan hava hövzəsinin çirklənməsindən 60%, 
su hövzəsinin çirklənməsindən 30 % və bərk tullantılar-
la çirklənmədən 10 % təşkil edir. İnkişaf etmiş xarici öl-
kələrdə təbiətdən səmərəsiz istifadəyə görə dəymiş iqti-
sadi ziyan ümumi daxili məhsulun 4-8 % - ni təşkil edir. 
Rusiya  üzrə  ümumi  ziyanın  qiyməti  15-17%  təşkil  edir 
(1990). Azərbaycanda bu rəqəm daha yüksəkdir. 
 
 
3. Ətraf mühitin mühafizəsinə sərf olunan xərclər 
 
Təbiəti mühafizə və yeni təbii ehtiyatların xərcləri 
müqabilində böyük nəticələr əldə etmək olar. Yaxud da 
təbii  sərvətlərin  istehsalına  çəkilən  xərcləri  azaltmaqla 
müsbət nəticələrə nail olmaq olar. Əvvəllər təbiətdən is-
tifadənin səmərəliliyi aşağı idi. Rusiyada kağız məhsulu 
və  karton  istehsalı  müasir  texnologiyalar  tələb  etdiyin-
dən 5-6 dəfə çox meşə qırmaq lazım gəlirdi. Məhsul va-


230
 
 
hidinə  Rusiyada  Yaponiya  və  AFR-ə  nisbətən  3  dəfə 
çox, ABŞ-a nisbətən isə 2 dəfə çox enerji sərf olunurdu. 
Başqa  sözlə  desək  istehsalat  həddindən  artıq  təbii  ehti-
yatlar tutumuna  malik  idi. Sərt iqlim şəraitinə görə Ru-
siyada  xərclər  çox  olsa  da,  lakin  həmin  xərcləri  xeyli 
azaltmaq olar.  
Təbiətdən  istifadənin  iqtisadi  səmərəsinin  qiymət-
ləndirilməsi zəruridir. Buraya aşağıdakılar aiddir: 
-
 
artıq əldə edilmiş nəticələri qiymətləndirmək
-
 
təbiətdən  istifadənin  daha  məqsədəuyğun  varian-
tını seçmək; 
-
 
optimal  ekoloji-iqtisadi  effektlərə  nail  olmaq 
üçün zəruri olan xərcləri həll etmək. 
İqtisadiyyatda  həmişə  sərvət  azlığından  ən  yaxşı 
variant seçmək üçün imkanlar müəyyən edilməlidir. Bu-
nun üçün xüsusi meyarlar, ölçü vahidləri olmalıdır. La-
yihəni o vaxt həyata keçirmək lazımdır ki, o səmərəli ol-
sun.  Bunun  üçün  ekoloji  rifahları  (ehtiyatları)  qiymət-
ləndirmək lazımdır. Əslində, bu çox mürəkkəbdir, bəzən 
isə  mümkün  deyildir.  Məsələn,  baxımlı,  gözəl  landşaftı 
məhv edib, onun yerində nə isə tikmək təkcə yerli əhali-
yə, yerli dövlətə yox, bütün bəşəriyyətə qarşı ziyandır. 
İqtisadiyyatda seçim mexanizmi kimi xərclərin və 
faydaların (nəticələrin), yaxud səmərənin müqayisə edil-
məsi  ortaya  çıxır.  Bu  yanaşma  “xərclər  və  faydalar” 
analizi adını almışdır. 
Normal  iqtisadi  səmərə  potensial  faydanın  (V) 
xərclər üzərində (S) üstünlüyüdür: 
 
V – S ≥ 0       


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə