Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə58/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   89

223
 
 
IX FƏSİL.  
TƏBİİ MÜHİTƏ ÇƏKİLƏN XƏRCLƏR VƏ ONUN 
SƏMƏRƏLİLİYİNİ TƏYİN EDƏN ÜSULLAR 
 
1.
 
İqtisadi ziyanın təsnifatı; 
2.
 
Ekoloji təyinatlı ziyanların həcminin təyin olun-
ması; 
3.
 
Ətraf mühitin mühafizəsinə sərf olunan xərclər; 
4.
 
Ətraf  mühitin  mühafizəsi  tədbirlərinə  sərf  olu-
nan xərclərin qrupları; 
5.
 
Təbiətin mühafizəsinə çəkilən xərclərin səmərə-
liliyini təyin edən üsullar. 
 
1. İqtisadi ziyanın təsnifatı 
 
Ətraf  mühit  ehtiyatlarından  istifadə  vaxtı  iqti-
sadi  ziyanlar  müxtəlif  formada  və  ölçüdə  (həcmdə) 
olur.  Bu  ziyanın  təsnifatını  aşağıdakı    kimi  göstər-
mək olar: 
-
 
ətraf mühitə çirklənmədən dəyən ziyan – bura-
ya faktiki və mümkün olan itkiləri aid etmək olar. Bu it-
kilər ekoloji, sosial və iqtisadi itkilərdən ibarətdir. 
-
 
atmosferin (havanın) çirklənməsindən dəyən zi-
yan; 
-
 
torpağın çirklənməsindən dəyən ziyan
-
 
su hövzəsinin çirklənməsindən dəyən ziyan. 
Normalaşdırma  və  standartlaşdırma  insan  cəmiy-
yəti  fəaliyyətinin  nizamlanmasında  mühüm  vasitədir. 
İnsanlar və ətraf mühit arasında qarşılıqlı əlaqənin qay-
daya  salınmasında  ənənəvi  normalardan  istifadə  edilir. 


224
 
 
Müasir anlayışa əsasən ekoloji normalaşdırma (EN) el-
mi, hüquqi, inzibati və digər fəaliyyət sistemi olub, ətraf 
mühitə  edilən  təsirin  yolverilən  normalarının  müəyyən 
edilməsinə  yönəldilmişdir.  Ekoloji  normalaşdırmanın 
səmərəliliyi aşağıdakı kimi təmin olunur: 
-
 
normativlərin müasir  elm və texnikanın səviyyəsi-
nə ,beynəlxalq standartlara uyğun olması ilə; 
-
 
obyektivliyi  ilə  və  qanunla  tənzimlənməsinə  görə, 
belə  ki,  normativlərin  hazırlanması  və  təsdiq  olunması 
dövlətin xüsusi orqanlarının tapşırığı ilə yerinə yetirilir
-
 
ekoloji normativlərin yerinə yetirilməsi bütün təsər-
rüfat başçıları və sahibkarlar üçün məcburi olub,  təşkilat-
lar və vətəndaşlar ona tabe olmağa məsuliyyət daşıyır. 
Ekoloji normalaşdırmanın əsasında aşağıdakı prin-
siplər durur: 
-
 
məqsəd, cəmiyyətin uzun müddətli marağın- xüsu-
si maraqdan, qlobal və regional nəticələrin lokal nəticə-
lərə nisbətən prioritet olması; 
-
 
qabaqlama  normativlərinin  hazırlanması,  tədqiqat-
ları, planlaşdırılma, təsirdən əvvəl aparılmalıdır; 
-
 
hüdudluq  -  təsirin  təhlükəli  qiymətinin  müəyyən 
edilməsi,  təhlükə  həddini  aşmaması  üçün  ekoloji  təhlü-
kəsizlik nizamlanır. 
 
2. Ekoloji təyinatlı ziyanların həcminin təyin 
olunması 
 
Təbiəti  mühafizə  tədbirlərinin  səmərəsi  –  qarşısı 
alınmış,  dəf  edilmiş  ziyanın  təyin  edilməsi  ziyanın 
müəyyənləşdirilməsi  üsuluna  əsaslanır.  Ətraf  mühitin 


225
 
 
çirklənməsi  nəticəsində  dəymiş  ziyan  -  faktik  və  ya 
mümkün olan itkilərdir: 1) ekoloji, 2) sosial və 3) iq-
tisadi.  
İki cür ziyan ayırırlar: bilavasitə və dolayısı zi-
yan.  Maddi  dağıntılar,  təbii  mühitin  tənəzzülü,  dolayısı 
ziyan-əlilliyin  artımı,  xəstəliklər,  insanların  sağlamlığı-
nın  pisləşməsi,  təsərrüfat  sahələrində  məhsuldarlığın 
aşağı düşməsi və s. Bilavasitə ziyanı qiymət və ya na-
tural hesablama ilə müəyyən etmək olur, dolayısı zi-
yanı isə hesablamaq (qiymətləndirmək) çətindir. 
Hesablamaya yatan ziyanlar iqtisadi və sosial – 
iqtisadi ziyanlardır. Birinci qrupa aiddirlər: 
-
 
alınmamış məhsul; 
-
 
bina  və  qurğuların  xidmət  müddətinin  qısalması 
(azalması); 
-
 
tullantıların xammal kimi istifadəyə yararlı olması; 
-
 
çirklənmənin nəticələrinin ləğvinə sərf olan xərclər; 
-
 
bərpaya lazım olan xərclər
-
 
çirklənmə  nəticəsində  xəstəliyə  görə  əmək  məh-
suldarlığının azalması və s. 
Sosial-iqtisadi  ziyan  aşağıdakı  struktura  malik-
dir: 
-
 
xəstəliklərin artımı ilə əlaqədar səhiyyəyə və icti-
mai təminata çəkilən xərclər
-
 
rekreasiya  (istirahət)  ehtiyatlarının  saxlanması 
üçün xərclər; 
-
 
ekoloji  səbəblərə görə  əhalinin  miqrasiyası (köç-
məsi, yerdəyişməsi) xərcləri
-
 
istirahət üçün əlavə xərclər. 
Dolayı ziyanların (ekoloji və sosial) miqdarı (kə-


226
 
 
miyyətcə)  qiymətləndirməyə  yatmırlar,  onları  şərti 
hesablanan ziyanlar adlandırırlar. 
Sosial ziyanlar aşağıdakılardır: 
-
 
landşaftın korlanması sayəsində estetik ziyan
-
 
ölüm hallarının çoxalması ilə yaranan patoloji zi-
yanlar; 
-
 
psixoloji ziyanlar. 
Ekoloji ziyanlar unikal ekosistemlərin dağılma-
sı, növlərin məhv olması, yoxa çıxması, genetik itki-
lər və s. ilə əlaqədardır. 
İqtisadi  ziyan  -  ətraf  mühitin  çirklənməsi  nəticə-
sində  onun  faydalılıq  dərəcəsinin  dəyişməsidir.  Iqtisadi 
ziyan aşağıdakı xərclər hesabına yaranır: 
-
 
cəmiyyətin ətraf mühitdə dəyişmələrlə bağlı onun 
bərpası və ləğvi ilə əlaqədar çəkilən xərclər; 
-
 
ətraf  mühiti  əvvəlki  vəziyyətinə  gətirmək  üçün 
xərclər; 
Ziyan  bir  anlıq,  permanent  (torpaqların  eroziyası 
və  şoranlaşması  zamanı),  latent  (vaxt  keçdikdən  sonra 
baş verən, ləng hərəkət edən) və s. olur. Bundan başqa 
iqtisadi ziyanı iki növə - potensial və hesablama yolu 
ilə təyin olunan növlərə bölürlər. 
Potensial  ziyan  –  elə  iqtisadi  ziyandır  ki,  ləğvinə 
indiki  zamanda  əlavə  xərc  tələb  olunmur.  Hesablama 
ziyanı  –  ziyanın  elə  hissəsidir  ki,  müəyyən  dövrdə  üzə 
çıxır və iqtisad elminin indiki səviyyəsinə uyğun olaraq 
pul formasında ifadə edilməsi mümkündür. Həmin sahə-
yə  dair  məlumatımız  artdıqca  hesablama  ziyanı  poten-
sial ziyana çevriləcək, potensial isə - artıq dəymiş ziyan 
kimi  özünü  göstərəcəkdir.  Qiymətləndirməyə  görə  po-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə