Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə55/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   89

212
 
 
mik  tozun  ona  düşməsi  nəticəsində  baş  verir.  Bu  halda 
əsas rol Yerin vulkanik və fulid fəallığa məxsus olması-
dır.  İri  vulkan  püskürmələri  zamanı  atmosferə  (aşağı 
qatlarla bərabər üst qatlara da) böyük həcmdə qaz və kül 
atılır.  Hava  axınları isə  onları  böyük  məsafədə  yayırlar 
və onun təsiri bəzi vaxtlar bir neçə il hiss olunur. Buna 
misal olaraq bütün tarixdə ən güclü vulkan 1883-cü ildə 
püskürən  Krakatau  vulkanı  olub.  Bu  vulkan  o  qədər 
güclü  olub  ki,  onun  sahəsi  4800  km  uzaqlıqda,  Hind 
okeanında eşidilib. Vulkanik  külün  xırda və bərk hissə-
cikləri təxminən 20 km hündürlüyə 75 milyon kub metr 
məsafəyə atılıb. Bu kül sonrakı aylarda bütün yer kürə-
sini, əsas etibarı ilə orta en dairəsi qurşağını əhatə edib. 
Bu cür fəlakətli püskürmələr  indi də baş verir. XX əsrin 
90-cı  illərin  əvvəlində  Filippində    Pinatubo    və  Çilidə 
Xodson  Vulkanın  püskürməsi  buna  misal  ola  bilər.  Sa-
xara  səhrasının  üzərində  yaranan  toz  buludları,  sonra 
şərqi  və  şimali  şərqi    küləklərlə  bütün  Qərbi  Afrikaya 
yayılıb. Atmosferin antropogen çirklənmə mənbələri da-
ha  çoxdur.  Onun  vurduğu    zərər  daha  güclü  olur.  At-
mosfer  çirkənməsinin  əsas  mənbələrinə  aşagıdakılar 
aiddir.  İstilik  energetikası,  metallurgiya,  kimyəvi    və 
neft–kimyəvi,  sellüloz-kağız  sənayəsi,  inşaat  sənayəsi, 
avtomobil nəqliyyatı və s. İnsan fəaliyyətinin nəticəsin-
də  çirkləndirici    maddələr  atmosferə  əsas  iki  şəkildə 
aerozol  və  qaz  halında  olan  müxtəlif  maddələr  olur. 
Aerozol  çirklənmə  bu,  atmosferin  iri  və  xırda  hissəli 
dispersiya  halında  olan  bərk  və  maye  maddələrlə  çirk-
lənməsidir. 
 


213
 
 
Cədvəl 9. 
 
Stasionar mənbələrdən ölkənin atmosfer havasına atılan 
çirkləndirici maddələr (min ton) 
 
İllər 
Atmosfer 
havasına 
atılan 
çirkləndirici 
maddələr- 
Cəmi 
O cümlədən: 
Bərk 
maddələr 
Qazaoxşar 
və maye 
maddələr 
Onlardan: 
Kükürd 
Anhidridi 
(SO
2

Karbon 
oksidi 
(CO) 
Azot 
oksid-
ləri 
(NO
2

2005 
557,9 
28,2 
529,7 
13,8 
26,1 
25,8 
2006 
344,2 
23,7 
320,5 
12,4 
16,0 
29,3 
2007 
385,9 
28,4 
357,5 
9,2 
25,3 
23,1 
2008 
295,0 
31,3 
263,7 
8,0 
37,4 
33,6 
2009 
300,0 
19,8 
280,2 
4,3 
27,6 
24,2 
2010 
214,8 
19,3 
195,5 
2,2 
27,2 
19,8 
2011 
224,0 
18,0 
206,1 
2,7 
33,5 
21,3 
2012 
226,5 
9,9 
216,6 
3,3 
34,9 
23,7 
 
Atmosfer  havasının  çirklənməsinin  qiymətlən-
dirilməsi  tədqiqat  ərazisində  hava  hövzəsinin  çirklən-
məsinin  hərtərəfli  hesablanmasına    (qeydiyyatına)  əsas-
lanır;  bu,  birbaşa  (bilavasitə)  dolayı  yolla  və  indika-
tor meyarları ilə səciyyələnir. 
Birbaşa  (bilavasitə)  meyarına  geohidrokimyəvi, 
geodinamiki, tibbi sanitariya və ehtiyat meyarları daxildir. 
Geohidrokimyəvi  meyar  qrupu  geosferin  kimyə-
vi,  mexaniki,  radionuklid  çirklənməsini,  tibbi-sanitar 
meyarı ilə bakterioloji çirklənmənin qiymətləndirilməsi-
nə imkan verir. Geodinamik meyar qrupu geosfer sahə-
sinin təbii və antropogen geoloji proseslərlə pozulması-
nın (zədələnməsinin) qiymətləndirilməsi ilə əlaqədardır, 
ehtiyat meyarı isə biotanın, o cümlədən insan cəmiyyəti-


214
 
 
nin normal yaşaması üçün lazımi sərvətlərin qiymətlən-
dirilməsi ilə əlaqəlidir. 
Dolayı  meyarlarla  qiymətləndirmə  geosferin  (tə-
bii  mühitin  komponentlərinin)  müasir  vəziyyətini  həm-
hüdud (yanaşı) mühitin (atmosfer və torpaq, atmosfer və 
bitki  örtüyü  və  s.)  qiymətləndirilməsi  meyarı  vasitəsilə 
qiymətləndirməyə kömək göstərir. 
İndikator (indiqasiya) meyarı ilə qiymətləndirmə 
bir qayda olaraq bu və ya digər geosferin ümumi vəziy-
yətini göstərir. 
Qiymətləndirmənin birbaşa (bilavasitə) meyarı. 
Hava hövzəsinin çirklənmə vəziyyətinin əsas meyarı in-
sanın sağlamlığına mənfi təsir göstərən zərərli maddələ-
rin Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş  yol ve-
rilən konsentrasiyanın ölçüsü hesab edilir. 
İl ərzində Yerin atmosferinə daxil olan antropogen 
mənşəli    aerozolun  ümumi  miqdarı  60  milyon  ton  qiy-
mətləndirilir.  ABŞ,  xarici    Avropa,  Rusiya    turşulu  ya-
ğıntıların  əsas  yayılma  regionlarıdır.  Lakin  son  zaman-
lar  onlara  Yaponiya,  Çin,  Braziliya,  Hindistan  və  bəzi 
başqa ölkələrin sənaye rayonlarında da rast gəlinir. Sta-
tistikaya  əsasən, sulfat dioksidinin konsentrasiya səviy-
yəsinə görə ilk onluğa aşağıdakı şəhərlər  daxildir: Teh-
ran,  Rio-De-Janeyro,  İstanbul,  Moskva,  Pekin,  Katovit-
se,  Tyantszin,  Mexiko,  Qahirə  və  Seul.  Azot  oksidinin 
konsentrasiya  səviyyəsinə  görə  ilk  onluğa  isə  aşağıdakı 
şəhərlər daxildir: Livan, Mexiko, Sofiya, Pekin, Kordo-
va, San-Paulu, Santyaqo, Katomitse, Nyu-York və Lon-
don.  Turşulu  yağıntıların  yayılması  xarakterik  coğrafi 
hadisə  ilə  əlaqədardır.  Onu    adətən  transsərhədlilik  ad-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə