Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə60/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   89

231
 
 
 
Təcrübədə  investisiya  layihələri  uzun  illər  həyata 
keçirilir,  ona  görə  də  nəinki  bugünki,  həm  də  gələcək 
xərcləri  və  faydaları,  habelə  zahiri  səmərəni  müqayisə 
etməklə (diskontlaşdırma ilə) gələcək dəyərləri bugünkü 
vəziyyətlə müqayisə etmək lazım gəlir: 
 
      ∑
 
 
  
 
(   )
 
 
   
  
 
Ekoloji faydanı (E) nəzərə alsaq, onda 
 
      ∑
 
 
  
 
  
 
(   )
 
 
   
    
 
Burada, NPV –xalis cari dəyər (diskontlaşdırma); 
B – potensial iqtisadi fayda
C – potensial xərclər; 
E  –  ekoloji  faydanı  əks  etdirən  ekoloji  elementi 
göstərir. 
Əgər təmiz cari dəyər (qiymət - NYP) sıfırdan bö-
yükdürsə, onda  layihə  səmərəli hesab  edilir. Lakin, nə-
zərə almaq lazımdır ki, həyatda (əməli işdə) gələcək po-
tensial gəliri bu günlə müqayisə etsək, qiymətləndirmə-
də (diskontlaşdırma), ekoloji layihə təhrif olunar. Məsə-
lən, meşə 80-100 il ərzində yetişir, diskontlaşdırma əm-
salı  (r)  yaxud  səmərəliliyin  normativ  əmsalı  adətən  8-
12% arasında götürülür.  
Bu  gün  vəsait  xərcləyib  1  m
3
  oduncağı  100  ildən 
sonra  almaq  məqsədə  müvafiq  deyildir.  Göstərilən  me-


232
 
 
todun tətbiqinin nəticələri uzunmüddətli təbiəti  mühafi-
zə layihələri üçün əlverişli deyildir.  
Belə yanaşma təbii ehtiyatların bugünkü qiymətini 
aşağı salır. Gələcək nəsillərin və təbiətin mənafeləri la-
zımi  müdafiə  olunmur.  Bundan  başqa  keçmiş  dəyərin 
indiki  qiymətlərlə  ölçülməsi  (diskontun  yüksək  norma-
sı)  ehtiyatların  tükənməsinə  yönəldilir. Yəni  bərpa  olu-
nan və bərpa olunmayan təbii ehtiyatların işlənməsi həm 
həvəsləndirilir, həm də tezləşdirilir. 
Beləliklə,  müasir  iqtisadi  planlaşdırmada  tətbiq 
edilən  yanaşma  təbii  ehtiyatların  tükənməsinə  səbəb 
olur.  Adətən  gələcək  faydanın  ölçülərinin  azalması  baş 
verir.  İndiki  iqtisadi  fəaliyyət  nəsillərin  ehtiyatlara  olan 
tələbatını gələcək nəsillərin hesabına ödəyir. 
İnvestisiyaların səmərəliliyinin təyini və ətraf mü-
hiti  mühafizədə səmərəli variant seçmək  üçün  mümkün 
olan  yanaşmalardan  (üsullardan)  biri  “gətirilmiş  xərc-
lər”  üsuludur.  Bu  metodda  elə  variant  tapmaq  lazımdır 
ki,  qarşıya  qoyulmuş  məqsədə  çatmaq  üçün  xərcləri 
azaltmaq mümkün olsun. Başqa sözlə, yalnız məqsəd və 
ona tələb olunan xərc lazımdır. Ekoloji və sosial faydanı 
layihənin  realizə  edilməsi  üçün  konkret  qərar  qəbul 
edərkən  2  mərhələdə  hərəkət  etmək  lazımdır.  Birincidə 
müəssisə üçün ekoloji normativləri pozan bütün variant-
lar  rədd  edilir.  İkinci  mərhələdə  ekoloji  nöqteyi-nəzər-
dən  qəbul  edilə  bilən  ən  az  gətirilmiş  xərcli  variant  qə-
bul edilir. 
 
C + rK      min...  
 


233
 
 
Burada, C-cari istismar xərcləridir
r – diskontir əmsalıdır; 
K - əsaslı vəsaitdir. 
Təsvir  edilən  metod  müqayisəli  iqtisadi  səmərəli-
lik zamanı istifadə edilir. 
Gətirmə və diskontir metodlarının ən əsas fərqlən-
dirici cəhəti xərclərin özünü doğrultma müddətidir. 
Ümumi səmərəlilik – nəticələrin ehtiyatlara çə-
kilən xərclərinə nisbətidir. Müvəqqəti nümunəvi meto-
dikaya  görə  nəticə  qarşısı  alınmış  ziyanın  və  xərclərin 
müqayisəsidir. Belə halda əlavə səmərələr (məs. sosial) 
nəzərə alınmır. Bu səmərələr dolayısı səmərə adlanır.  
Bazar  şəraitində  kommersiya  səmərəsini  təyin  et-
mək zəruridir. Ekoloji tədbirlərin təmiz illik  kommersi-
ya  səmərəsi  iki  xərcin  fərqli  kimi  müəyyən  edilir:  çirk-
ləndirməyə  görə  ödəmələrin  qənaətinin  cəmi  (Q
пл
)  və 
mühiti mühafizə tədbirlərinə çəkilən ümumi xərclər ara-
sındakı fərq (Z). 
 
Belə halda, Q
ком
=Q
пл
 – Z..   
 
Aydındır  ki,  burada  diskontir  tətbiq  etmək  lazım 
gələcəkdir, yəni problem gəlib özünü doğrultma müddə-
tinə dirənəcəkdir. Çirklənmiş təbii ehtiyatların təmizlən-
məsi tədbirlərinin həyata keçirilməsinə çəkilən xərclərin 
effekti aşağıdakı kimi təyin edilir: 
 
S = (C
1
-C
2
) Q...      
 
Burada,  C
1
,  C
2
  –  təmizləmənin  təbiəti  mühafizə 


234
 
 
tədbirlərinin  həyata  keçirilməsindən  əvvəl  və  sonrakı 
(ehtiyat vahidinə düşən) maya dəyəridir, illik ölçüyə gə-
tirilmişdir. 
Q-əlavə təmizlənmiş ehtiyatların həcmidir. 
Təbiətdən  səmərəli  istifadə  üzrə  tədbirlərin  səmə-
rəsi, tullantılardan istifadəni də nəzərə almaqla, aşağıda-
kı kimi ifadə edilə bilər:  
 
 
 
∑     ∑  
 
∑  
       
 
∑S – toplum səmərə: məhsul artımı; təbii ehtiyat-
ların qənaət səmərəsi; sosial səmərə; utilləşdirmə səmə-
rəsi və s. 
∑ Y
n
 – qarşısı alınmış ziyanın cəmi (toplumu); 
∑ Z – zəruri xərclərin cəmidir. 
Öz  növbəsində,  qarşısı  alınmış  (ləğv  edilmiş)  zi-
yan  iki  ziyanın  fərqi  kimi  götürülür  –  tədbirlərə  qədər 
zərərin miqdarı (Y
1
) və tədbirlərdən sonra – qalıq ziyan 
(Y
2
): 
 
Y
n
=Y
1
-Y

 
İqtisadi inkişafla təbiəti mühafizə fəaliyyəti arasın-
dakı  kompromis  axtarışı  cəmiyyətin  qarşısında  duran 
əsas məsələlərdir. İqtisadçıların neoklassik məktəbi təs-
diq edir ki, ətraf mühitin çirklənməsinin iqtisadi optimu-
mu mövcuddur. Həmin optimuma görə təbiəti mühafizə 
xərclərinin həddi və ziyan arasındakı həddin nisbəti bə-
rabərliyi ilə təyin edilir. 
İqtisadi səmərə yalnız tədbirlər variantının əsaslan-
dırılması  və  seçimində  lazım  deyildir.  Eyni  zamanda 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə