Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə76/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   89

295
 
 
nizminin  zəruri  hüquqi  əsası  yaradılmalıdır.  Deyilənlər 
təbiəti  mühafizə sahəsində qazanılmış  müəyyən  müsbət 
nəticələrin ümumiləşməsinə şərait  yaratdı. Eyni zaman-
da bir çox neqativ hallar da aşkar edildi. Xüsusən, aydın 
oldu  ki,  əksər  müəssisələr  təbiəti  mühafizə  qanunlarına 
riayət etməyə hazır deyillər. Bununla yanaşı, ətraf mühi-
tə dair dövlət statistikasında qeyri-təkmillik mövcud ol-
duğu aşkar edildi. 
İkinci  mərhələ  9  yanvar  1991-ci ildən  başlayır. O 
zaman Rusiyada, sonralar isə digər Respublikalarda hər 
il üçün ətraf mühiti çirkləndirməyə görə ödəmə norma-
tivləri  müəyyən olunmuşdur. Analoji normativlər Azər-
baycanda Respublika Nazirlər Kabinetinin 2 mart 1992-
ci  il  qərarı  ilə  təsdiq  edildi.  İki  növ  normativ  müəyyən 
edildi: həddi  yol verilə bilən tullantıları (axıntıları)  yer-
ləşdirməyə görə və həmin həddi aşmağa görə. 
Ətraf  mühitin  çirkləndirilməsinə  və  təbii  ehti-
yatlardan istifadəyə görə ödənişlər mövcud qanunve-
riciliyə görə aşağıdakılardan ibarətdir: 
-
 
ətraf  mühitin  çirkləndirilməsinə,  istehsalat  və 
məişət  tullantılarının  yerləşdirilməsinə,  habelə  təbii  re-
sursların  istifadəyə  görə  ödənişlər  qanunvericiliklə 
müəyyən edilmiş qaydada və məbləğdə təbiətdən istifa-
dəçi  olan  müəssisələrdən,  təşkilatlardan  və  vətəndaşlar-
dan alınır; 
-
 
ətraf  mühitin  müəyyən  edilmiş  limitlərdən  artıq 
çirkləndirilməsinə  görə  cərimələr  qanunvericilikdə 
müəyyən edilən qaydada və məbləğdə alınar. 
b)
 
Çiklənməyə görə ödəmə prinsipləri: 
Ekoloji  ziyana  görə  ödəmələr  bazar  tarazlığının 


296
 
 
reallıqlarına uyğun gəlir. Azərbaycan Respublikası Ver-
gi  Məcəlləsinə  uyğun  olaraq  vergi-dövlətin  və  bələdiy-
yələrin  fəaliyyətinin  maliyyə  təminatı  məqsədilə  vergi 
ödəyicilərinin  mülkiyyətində  olan  pul  vəsaitlərinin  öz-
gəninkiləşdirilməsi  şəklində  dövlət  büdcəsinə  və  yerli 
büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən 
məcburi, fərdi, əvəzsiz ödənişdir. Doğrudan da nəzəriy-
yədə  hər  şey  məntiqli  və  sadə  görünür.  Ətraf  mühiti 
çirkləndirən müəssisələr təsərrüfat fəaliyyətlərini yaxşı-
laşdırmağa cəhd edərək bu üsulla çirklənmənin qarşısını 
alaraq  ödəmələrdən  azad  olunurlar.  Ödəmənin  miqdarı 
müəssisənin ətraf mühitə vurduğu ziyanın illik həcminin 
hesablanmış pulla ifadəsinə bərabərdir. 
Çirkləndirməyə  görə  ödənilən  haqq  səlahiyyəti 
dövlət  orqanı  tərəfindən  həyata  keçirilir.  Çirklənməyə 
görə  alınan  ödənişlər,  büdcədənkənar  ekoloji  fondların 
maliyyələşdirilməsinə  yönəldilir.  Azərbaycan  Respub-
likasının  vergi  sistemində  təbii  sərvətlərdən  istifadəyə, 
ətraf mühitin çirklənməsinə görə müəssisələr vəsaitləri-
nin  10  faizini  dövlət  büdcəsinə  köçürməlidirlər.  Təəs-
süfki,  həmin  ödəmələr  təbiəti  mühafizə  fəaliyyətinin 
maliyyə əsası kimi qəbul olunan ekoloji fondların möh-
kəmləndirilməsinə əhəmiyyətli təsir göstərmir. 
Müəssisənin ekoloji səmərəliliyi marağı olan daxi-
li  və  xarici  tərəflər  üçün  daha  mühüm  əhəmiyyət  kəsb 
edir. Bununla belə ekoloji qanunvericiliyin tətbiqi təcrü-
bəsi göstərir ki, məhsul istehsalçıları öz müəssisələrində 
istehsal proseslərinə və buraxdıqları məhsula ekoloji nə-
zarətin təmin olunması tədbirlərini könüllü həyata keçir-
mək istəmirlər. Çünki, ekoloji normalara riayət olunma-


297
 
 
sı  tənzimləyici  qurğuların  tikilməsi  və  ekoloji  təmiz 
məhsulların yeni texnologiya ilə buraxılması əlavə xərc-
lərlə müşayiət olunur. 
Müəssisənin  rəhbərləri  tərəfindən  ətraf  mühitin 
mühafizəsi zəruriliyinin dərk olunma amili  çox zaman 
müəssisənin  kommersiya  marağından  həmişə  üstün  sa-
yılmır. Odur ki, bir çox ölkələrdə, o cümlədən Azərbay-
canda, müəssisələr ekoloji təhlükəsizlik normalarına ria-
yət olunmanı təmin etmək üçün ekoloji  qanunvericiliyə 
riayət etməyən istehsalçılara dövlət orqanları cərimə sis-
temləri tətbiq edirlər. Həmin ödəmələr isə su mənbələri-
nə və atmosferə zərərli maddələrin buraxılma normaları-
nı pozan müəssisələrə cəza tədbiri kimi əhəmiyyətsizdir. 
Belə ki, təbiəti çirkləndirən müəssisələr üçün göstərilən 
ödəmələr  mövcud  təmizləyici  qurğuların  modernləşdi-
rilməsi  və  ya  yenilərinin  tikilməsi  ilə  bağlı  çəkiləcək 
xərclərlə müqayisədə çox kiçikdir. 
Bu  sahədə  baza  normativ  sənəd  Azərbaycan  Res-
publikası  Nazirlər  Kabinetinin  “Təbii  ehtiyatlara  görə 
ödəmələrin,  çirkləndirici  maddələrin  təbii  mühitə  atıl-
masına  ödəmələrin  tətbiqi  və  həmin  ödənişlərdən  gələn 
vəsaitdən istifadə haqqında” qərarla təbiətə çirkləndirici 
maddələrin  axıdılması,  tullanması  və  yerləşdirilməsinə 
görə ödəmə normaları (hər il indeksasiya edilir) və onla-
rın tətbiqi qaydaları müəyyən olunur. 
Çirkləndirməyə  görə  ödəmə  metodikası  aşağı-
dakı prinsiplər əsasında müəyyən edilir: 
-
 
təbiəti  mühafizə  tədbirlərinin  həyata  keçirilməsi-
nin stimullaşdırılması; 
-
 
tullantının (axıntının) hər inqrediyenti üçün ödəmə; 


298
 
 
-
 
vahid sahələrarası yanaşma; 
-
 
regional  xüsusiyyətlərin  nəzərə  alınması  (ekoloji 
vəziyyət və ekoloji əhəmiyyət əmsallarının tətbiqi); 
-
 
ödəmə tutulmasının sadəliyi və rahatlığı. 
Ödəmələr aşağıdakılara görə tutulur: 
-
 
stasionar  (daimi)  və  səyyar  mənbələrdən  atmos-
fer havasına zərərli maddələrin atılmasına görə; 
-
 
zərərli  maddələrin  su  obyektlərinə  axıdılmasına 
görə; 
-
 
bərk tullantıların yerləşdirilməsinə görə. 
Həddi yol verilə bilən atılmalar və axıntılar müva-
fiq normativlər çərçivəsində tutulan ödəmələr buraxılan 
məhsulun maya dəyərinə əlavə edilməlidir, toplanan pul 
vəsaiti  isə  təbiətin  bərpasına  yönəldilməlidir.  Təbiəti 
mühafizə  obyektlərinin  yaradılmasına  və  onların  istis-
marına yönəldilən cari xərclər də məhsulun maya dəyə-
rinə əlavə edilməlidir. 
Ətraf  mühiti  çirkləndirməyə  görə  ödəmələrin 
cəminə aşağıdakılar təsir göstərir: 
1)
 
çirkləndirici  maddələrin  atılmasının  (axıdılma-
sının, yerləşdirilməsinin) ümumi kütləsi (çəkisi, həcmi); 
2)
 
çirkləndirici  maddələrin  aqressivlik  (toksiklik) 
üzrə strukturu; 
3)
 
normativ və limitlərə riayət edilməsi
4)
 
ehtiyat qoruyucu texnologiyadan istifadənin də-
rəcəsi (səviyyəsi); 
5)
 
həyata  keçirilən  təbiəti  mühafizə  tədbirlərinin 
müddəti və həcmi; 
6)
 
fəaliyyət  göstərən  təbiəti  mühafizə  avadanlığı-
nın səmərəsi. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə