Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Təbii ehtiyatların təsnifatı dedikdə təbii mühit



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə27/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   191
etraf muhitin iqtisadiyyati

Təbii ehtiyatların təsnifatı dedikdə təbii mühit 
obyektlərinin və hadisələrinin funksional meyarlar 
əsasında bölgüsü nəzərdə tutulur.
Əmələgəlmə və yerləşmə xüsusiyyətlərinə, funksi-
yasına əsasən təbii strukturlar, energetika, atmosfer, qaz, 
su, iqlim, rekreasiya və s. ehtiyatlara ayrılır. Ümumiy-
yətlə, təbii ehtiyatlar tükənən (bərpa olunan – bitkilər, 
su, torpaq, heyvanat aləmi, habelə tükənən, tükənən-bər-
pa olunmayan və okean enerjisi) növlərə ayrılır. Bundan 
başqa təbii ehtiyatları əvəzedilmə və mülkiyyət meyar-
larına görə də bölmək olar. 
Təbii ehtiyatlar arasında cəmiyyətin həyatında xü-
susi rol oynayan faydalı qazıntıları qeyd etmək lazımdır. 


58
Geoloji öyrənilmə dərəcəsinə görə mineral-xammal eh-
tiyatları aşağıdakı kateqoriyaya bölünür: 
a) son dərəcədə dəqiq kəşfiyyat aparılmış və öyrə-
nilmiş, dəqiq yayım sərhədləri müəyyən edilmiş və istis-
mara verilməsi müəyyən edilmiş ehtiyatlar; 
b) yayım şəraitinin aşkar edilməsinə təminat verən 
dəqiq kəşfiyyat aparılmış, öyrənilmiş, sərhədləri tam də-
qiqləşdirilmiş ehtiyatlar; 
c) yayım şəraitinin ümumi əlamətlərini təmin edən 
kəşfiyyat və öyrənilmə dərəcələrinə malik ehtiyatlar; 
ç) ilkin olaraq tək-tək nümunələri məlum olan və 
sənaye ehtiyatı az olan ehtiyatlar.
Göründüyü kimi yuxarıda təqdim edilən ehtiyatlar 
iqtisadi maraqlara görə müəyyən edilmişdir. Müasir 
dövrdə təbii ehtiyatları ekoloji maraqlara görə təyin et-
mək lazım gəlir. İqtisadi əhəmiyyətinə görə faydalı qa-
zıntılar hazırkı anda istismarı məqsədə uyğun olan ba-
lans və əksinə faydalı maddələrin az olması, yayım şə-
raitinin pis (dərin) olması ilə əlaqədar istismarı qeyri 
məqsədəuyğun olan balansarxası (balansdan kənar) növ-
lərə bölünür. 
Təbii ehtiyatlar iqtisadi ehtiyatların kapital və 
əməklə bərabər tərkib hissəsini təşkil edirlər. Çox vaxt-
lar təbii ehtiyatları təbii kapital (aktiv) adlandırırlar. 
Çünki, o təsərrüfat dövriyyəsinə cəlb olunandan sonra 
əsas həlledici amilə çevrilir. 
Antropogen (texnogen) və tibbi (vulkan, tayfun, 
qasırğa və s.) amillər sayəsində ətraf mühitin çirklənmə-
si baş verir, yəni təbii tarazlıq pozulur və bu ətraf mühi-
tin keyfiyyətinə mənfi təsir göstərir. Daha doğrusu, ətraf 


59
mühitin bərk, maye, qaz maddələrlə, mikroorqanizmlər-
lə və enerji ilə (şüalanma, səs-küy) çirklənməsi baş ve-
rir, bu isə insanların sağlamlığına, floraya, faunaya, eko-
sistemlərə və bütövlükdə biosferə mənfi təsir göstərir. 
Təbiətdən istifadə iqtisadiyyatının öyrənilmə prosesində 
aşağıdakı kateqoriyaların (anlayışların) mənasının açıl-
masına ehtiyac yaranır: “iqtisadi ziyan”, “zahiri effekt-
lər”, “ictimai rifah” və s. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə